SİYASƏT
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olmuşdur
Bakı, 12 aprel (AZƏRTAC). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının iclası olmuşdur.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən vətəndaş Şahverdiyeva Məlahət Babulla qızının məhkəmə aktlarından təqdim etdiyi şikayətinə baxılaraq icraata qəbul edilməsi haqqında qərardad çıxarılmışdır.
Şikayətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun mayın 7-nə təyin edilmiş iclasında baxılacaqdır.