REGİONLAR
Könüllü gənclər Vətən müharibəsi iştirakçıları ilə görüşüblər
![](/files/galleryphoto/2022/2/1200x630/16593656754661559227_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16593656752246620064_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16593656754300820884_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/165936567596743369_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/1659365675220013004_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16593656756174435894_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16593656755418344111_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/2/1200x630/16593656755703823555_1200x630.jpeg)
Naxçıvan, 1 avqust, AZƏRTAC
Naxçıvan şəhərində yerləşən Gənclik Mərkəzində könüllü gənclərin Vətən müharibəsi iştirakçıları ilə görüşü təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Gənclər Fondunun birgə təşkil etdiyi görüşdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi barədə danışıblar. Qeyd edilib ki, haqq mübarizəmizin şanlı zəfərlə başa çatması Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və bacarığı, qətiyyətli mövqeyi, qəhrəman əsgər və zabitlərimizin rəşadəti, xalq-ordu birliyi sayəsində mümkün olub. İstər ön, istərsə də arxa cəbhədə gedən fəal mübarizəmizin sonunda tarixi ədalət bərpa olunub.
Vurğulanıb ki, ölkəmizdə qazilərimizə və şəhid ailələrinə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir.
Görüşdə çıxış edən Vətən müharibəsi iştirakçısı baş leytenant Fərdi Cəlilov qeyd edib ki, döyüşlər başlanan gündən sona qədər xalqımızı qələbə ilə müjdələyəcəyimizə inanırdıq. Fərdi Cəlilov qazi adını daşımasından qürur duyduğunu bildirib.
Çay süfrəsi ətrafında gəncləri maraqlandıran sualların cavablandırıldığı görüşdə hərbçilərimiz gənclərlə döyüş xatirələrini bölüşüb, Vətən sevgisi ilə yaşamağın, ölkəmizin müstəqilliyinə xidmət etməyin qürurverici olduğunu vurğulayıblar. Gənclər isə şəhidlərimizin və hərbçilərimizin həyat yolunun vətənpərvərlik məktəbi olduğunu və bu məktəbdən hər zaman bəhrələnəcəklərini qeyd ediblər.
Sonra Vətən müharibəsi iştirakçılarına təşəkkürnamələr təqdim olunub.