Koreya Respublikasının Prezidenti Pak Kın Hedən
Zati-aliləri,
Milli bayram - 28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaq istəyirəm.
Əminəm ki, ötən illər ərzində ölkələrimiz arasında möhkəmlənmiş dostluq və əməkdaşlıq münasibətləri daha da inkişaf edəcək və xalqlarımıza böyük xoşbəxtlik gətirəcək.
Zati-alilərinizə bir daha möhkəm cansağlığı və Sizin gözəl ölkəyə əbədi firavanlıq arzularımı çatdırıram.
Dərin hörmətlə,
Pak Kın He
Koreya Respublikasının Prezidenti