Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Kot d`İvuar Respublikasının Prezidenti Alasane Ouattaradan

Cənab Prezident,

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə Kot d`İvuar hökuməti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Zati-aliləri, bu əlamətdar bayram münasibətilə Sizə möhkəm cansağlığı və səadət, dost Azərbaycan xalqına həmrəylik, rifah və tərəqqi arzu edirəm.

Sizi əmin etmək istəyirəm ki, Kot d`İvuar Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan uğurlu dostluq və əməkdaşlıq münasibətlərini daha da inkişaf etdirmək üçün Zati-alinizlə birlikdə işləməyə daim hazıram.

Dərin hörmətlə,

Alasane Ouattara

Kot d`İvuar Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin