Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kot-d’İvuar Respublikasının Prezidenti Zati-aliləri cənab Alassane Uattaraya

Hörmətli cənab Prezident,

Kot-d’İvuar Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 4 avqust 2015-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin