İDMAN
Kristina Mladenoviç əzmkar qələbə sayəsində dörddəbir finala yüksəlib
Bakı, 24 iyul (AZƏRTAC). “Baku Cup 2014”də daha bir tennisçi dörddəbir finala vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, dünya reytinqində 81-ci olan 21 yaşlı fransalı tennisçi Kristina Mladenoviç reytinqdə 76-cı olan 18 yaşlı xorvatiyalı tennisçi Donna Vekiç ilə qarşılaşıb.
İki gənc tennisçinin maraqlı mübarizəsində D.Vekiç ilk setdə rəqibini 6:2 üstələməyi bacarıb. Lakin bundan sonra oyunda dönüş yaradan fransalı tennisçi ikinci seti 6:3 qazanaraq hesabı 1:1 edib. Üçüncü setdə D.Vekiçə heç bir şans verməyən K.Mladenoviç 6:0 hesabı ilə parlaq qələbə qazanıb.
Bu nəticə ilə K.Mladenoviç dörddəbir finala yüksəlib. O, italiyalı tennisçi Françeska Skyavone ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [22:20]
İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib
- 27.04.2024 [20:16]
Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib
- 27.04.2024 [19:39]
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
- 27.04.2024 [18:43]
"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO
- 27.04.2024 [18:09]
Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb
- 27.04.2024 [17:30]
Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib
- 27.04.2024 [16:19]