RƏSMİ XRONİKA
KUBA RESPUBLİKASI DÖVLƏT ŞURASININ VƏ NAZİRLƏR ŞURASININ SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB FİDEL KASTRO RUSA
Hörmətli cənab Sədr,
Kubanın milli bayramı – Azadlıq günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətləri əməkdaşlıq imkanlarımızın genişlənməsi üçün daim möhkəm zəmin olacaqdır.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 25 dekabr 2007-ci il.