Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Kuryerlər üçün təlim: Qidanın adı, dadı, təzəsi-boyatı və... doğru çatdırılmamasının fəsadı - REPORTAJ VİDEO

Bakı, 7 oktyabr, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin əməkdaşları üçün növbəti təlim keçirib. Ötən ay 4 şirkətin 12, bu ay isə 6 şirkətin 34 əməkdaşı üçün keçirilən təlimlərdə qida məhsullarının daşınması və çatdırılması tələbləri barədə ətraflı məlumat verilib.

Təlimçi, AQTİ-nin təlim mərkəzi şöbəsinin böyük mütəxəssisi Vüsal Əmirxanov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Təlimlərdə iştirakçılara qida məhsullarının daşınması və çatdırılması qaydaları, eləcə də daşınma və çatdırılma zamanı istifadə olunan vasitələr, onların materialı və ləvazimatlara dair tələblər barədə ətraflı izahat verilib. Şirkət əməkdaşları qida məhsullarının çirklənmə növləri və mənbələri, şəxsi sağlamlıq, gigiyena, temperaturun idarə edilməsi, təmiz, izolyasiyalı çatdırılma çantalarının düzgün seçilməsi və istifadəsi, daşınma və çatdırılma zamanı yol verilən nöqsanlar, həmin nöqsanların aradan qaldırılması üsulları və onların üzərinə düşən vəzifələr barədə məlumatlandırılıb. Təlim iştirakçıları ilə qida məhsullarının xüsusiyyətindən asılı olaraq daşınma şərtləri və həmin proses zamanı soyuq və isti zəncir prinsipləri, bu sahədə olan qabaqcıl təcrübələrlə əlaqədar fikir mübadiləsi aparılıb. İnteraktiv təlim zamanı sahibkarlıq şirkətlərinin nümayəndələrinə daşınma şirkətlərinin üzləşdikləri problem və onların həlli yolları ilə əlaqədar məsləhət və tövsiyələr də çatdırılıb. Bu il yanvarın 1-dən qüvvəyə minən qida təhlükəsizliyi haqqında qanunda qida zəncirini əhatə edən bütün iştirakçılar üçün xüsusi tələblər qoyulub. Həmin tələblərin bir qismi məhsulla rəftar və qida emalı müəssisələrində ümumi qaydalarla əlaqədardır. Təcrübə göstərir ki, daşınma xidmətlərinin əməkdaşları çox vaxt tez xarab olan məhsulların çatdırılması ilə məşğul olurlar. Həmin məhsulların isə spesifik çatdırılma zənciri var və bu zaman xüsusi təhlükəsizlik qaydalarına əməl olunmalıdır. Daşınma xidmətini həyata keçirən əməkdaşlar xüsusi fərdi mühafizə vasitələrindən istifadə etməli və çatdırılma zamanı qıda məhsullarını mümkün qədər ətraf mühit amillərindən təcrid olunması qayğısına qalmalıdırlar”.

Vüsal Əmirxanov isti və soyuq qidaların çatdırılması özəlliklərindən bəhs edərək vurğulayıb: “İsti qidalar bişirildikdən sonra 2 saat müddətində 65 dərəcədən yuxarı temperaturda lazımi ünvana çatdırılmalıdır. Bunun üçün xüsusi çatdırılma ləvazimatları - termoboks adlanan xüsusi termal çantalardan istifadə olunması zəruridir. Soyuq zəncirlə hazırlanan qidalar - birinci növ salatlar, soyuq içkilər və kokteyllərin çatdırılması zamanı 0-+4 dərəcə temperaturun gözlənilməsi əsas şərtdir və temperatur rejimi bundan yüksək olmamalıdır. Burada bir məqam da qida məhsullarının mal qonşuluğu prinsipidir. Çox həssas qoxuya malik olan qida məhsulları çox qoxulu qidalardan təcrid olunmalıdır və daha yaxşı olar ki, ayrı-ayrı qablarda sifarişçiyə çatdırılsın. Buraya xüsusilə süd və süd məhsulları, qoxu və kənar iylərə çox həssas qidalar aiddir. Hisə verilmiş məhsulların çatdırılması zamanı xüsusi təcrid olunmuş baryerlərdə, dondurulmuş qida məhsulları isə xüsusi buzlu konteynerlərdə və yaxud soyuqluq mühiti yarada bilən ventilyasiya olan termal çantalarda daşınmalıdır. Nəzərə almaq lazımdır ki, həmin məhsullar -18 dərəcə temperaturdan yüksək olmayan şəraitdə ünvana çatdırılmalıdır. Termal çantaların üstünlüyü məhsulun xarici mühit amillərindən qorumasında və istehlakçıya yüksək səviyyədə çatdırılmasında mühüm rol oynayır”.

AZƏRTAC təlimdə iştirak edən daşıyıcı şirkətlərin nümayəndələrinin də fikirlərini də öyrənməyə çalışıb. Daşıma şirkətlərindən birinin əməkdaşı Elvin Həsənov çalışdığı müəssisənin daşımalar zamanı qaydalara əməl etdiyini deyib: “Qablaşdırma zamanı qida və qeyri-qida məhsullarının ayrı-ayrılıqda olmasına həmişə xüsusi diqqət yetirmişik. Fərqli məhsulların bir-biri ilə təmasına, qida məhsulunun çirklənməsinə və orqanoleptik xüsusiyyətlərinin dəyişməsinə səbəb olan şəraitin yaranmasına yol verilməməlidir. Eyni zamanda, qida məhsullarının daşınması üçün istifadə olunan qablar müvafiq temperatur, rütubət və digər zəruri mikroiqlim şəraitində daşınma ilə yanaşı, həmçinin temperatur və rütubətin izlənilməsinə də imkan verməlidir. Tez xarab olan məhsulların çatdırılması yalnız xüsusi izolyasiya edilmiş qablar və xüsusi temperatur şəraiti olan avadanlıqlar vasitəsilə təmin edilməlidir”.

Digər şirkətin əməkdaşı Əfsanə Həsənova isə bunları bildirib: “Sifariş edilmiş qida məhsulu şəxsi gigiyena qaydalarına ciddi əməl olunmaqla müştərilərə çatdırılmalıdır. Şəxsi gigiyena qaydalarına riayət etmək qida mənşəli, eləcə də yoluxucu xəstəliklərin qarşısının alınmasının ən effektiv üsullarından biridir. Belə ki, qidanın səbəb olduğu xəstəliklər çox vaxt çirklənmiş əllər vasitəsilə yaranır. Ona görə də bu fəaliyyət sahəsi ilə məşğul olanların saçlarını qapalı saxlayan baş örtüklərindən və əlcəklərdən istifadə etməsi vacib şərtdir. İstifadə zamanı çirklənən və ya zədələnən əlcəklər yenisi ilə əvəz olunmalıdır. Əllərin gigiyenası zamanı dırnaqların təmizliyinə də diqqət yetirilməlidir. Dırnaqlarda çirk və mikroblar infeksiyanın yayılmasına səbəb olduğuna görə də onu qısa və təmiz saxlamaq tələb olunur. Daşıma şirkətinin əməkdaşlarının ətriyyatdan istifadə etməsi də yolverilməzdir, çünki həmin qoxu qida məhsullarına hopa, sifarişçini narazı sala bilər”.

Daşıma şirkətinin kuryeri Cəfər Əmiraslanov isə bunları deyib: “Bu fəaliyyət sahəsi ilə məşğul olduğum dörd ildir. Əvvəllər aptekdən dərman məhsullarının çatdırılması ilə məşğul olurdum. Şəkərli diabet xəstələri üçün insulin preparatının çatdırılması soyuq paketlərdə və temperatur rejimi gözlənilməklə aparılmalıdır, əks halda onun keyfiyyəti itə bilər. Ona görə bunu xüsusi diqqətdə saxlayırdım. Bizim şirkətdə təmizliyə əməl olunması hər bir daşıyıcının fəaliyyətində əsas məsələdir. Hər sifariş yerinə yetirdikdən sonra nəqliyyat vasitəsi ciddi şəkildə təmizlənir və ona daim nəzarət olunur”.

Digər daşıma şirkətinin əməkdaşı Vüsal Əliyev qida ilə qeyri-qida məhsulunun eyni qabda daşınması məsələsinə toxunub: “Bəzi hallarda maddi tərəfini üstün tutan şirkətlər müxtəlif tərkibli qidaların ayrı-ayrı qablarda daşınması qayğısına qalmırlar. Əlbəttə ki, bu, sifarişçidə haqlı narazılığa səbəb olur. Ona görə də bu məsələyə xüsusi diqqət yetirmək lazım gəlir”.

Şirkət əməkdaşı Samuray Mustafayevin mövqeyi isə belə oldu: “Məhsulların çatdırılması prosesində istehsalçı şirkətin də üzərinə xeyli məsuliyyət düşür. Bəzən məhsulun paketlənməsi zamanı qaydalara tam riayət olunmur, üst-üstə yığılan paketlərdə bir məhsulun digərinin üzərinə hopma halları baş verir. Son vaxtlar bu sahədə bir sıra məsələlər yoluna qoyulsa da, bunun tam qaydaya salındığını da demək olmaz”.

O, dezinfeksiyaedici vasitələrdən düzgün istifadə qaydalarından bəhs edib: “Müntəzəm təmizlik-dezinfeksiya tədbirləri nəqliyyatın səthindəki patogenləri məhv edir ki, bu da qidanın, yeməklərin çirklənməsi ehtimalını aradan qaldırır. Həm də bu zaman yalnız qida sahəsində istifadə üçün təsdiq edilmiş dezinfeksiyaedicilərdən istifadə olunmalıdır. Bu tip məhlullar mikroorqanizmləri effektli şəkildə məhv edir, eyni zamanda, qidanın tərkibində və keyfiyyətində hər hansı dəyişikliyə səbəb olmur. Dezinfeksiya işlərindən sonra nəqliyyat vasitəsinin içərisi mütləq havalandırılmalıdır. Qida ilə təmasda olan səthlərin dezinfeksiyasından sonra su ilə durulanması da mütləqdir. Şirkətimiz daşınma ilə məşğul olan motosiklet və mopedləri spirt, əlcək və maskalarla təmin edib, hər sifariş yerinə yetirildikdən sonra nəqliyyat vasitəsinin təmizliyi yoxlanılır. Buna əməl etməyənlərə xəbərdarlıq edilir, töhmət verilir və daha ağır şəkildə cəzalandırılır”.

 

Kuryerlər üçün təlim: Qidanın adı, dadı, təzəsi-boyatı və... doğru çatdırılmamasının fəsadı -  REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beyləqana dolu yağıb VİDEO

Silahlı Qüvvələr Günü şəhid ailələrinin üzvləri Zəngilan və Cəbrayılda olublar VİDEO

Lerikdə torpaq sürüşməsi baş verib, Lənkəran - Lerik yolu bağlanıb

ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn Azərbaycana səfər edəcək

® BVLGARI Luvr muzeyində sərgilənəcək “Torloniya Mərmərləri” sərgisinin əsas sponsorudur

Faktiki hava: Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında saniyədə 27 metrə çatır

Hikmət Hacıyev: Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslərə revanşizm xülyalarından tamamilə əl çəkməyi tövsiyə edirik

İnger Anderson Şirvan Milli Parkında ceyran sürüsünü müşahidə edib

Şuşa və Ağdamda “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbir keçiriləcək

Keçmiş məhkumdan külli miqdarda narkotik vasitə aşkarlanıb

“Neftçi”nin yeni baş məşqçisi bəlli olub

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

Sumqayıt ayparaçılarının yeni sədri seçilib

Azərbaycan Ordusu öz inkişafının ən parlaq dövrünü yaşamaqdadır ŞƏRH

Kür çayına düşən iki nəfərin axtarışları davam etdirilir VİDEO

ADAU-da “Məzun günü” keçirilib VİDEO

Avropa Liqası: "Şerif" - "Zirə" oyununun hakimləri bəlli olub

Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb VİDEO

Şuşada Qarabağ müharibəsi qaziləri, hərbçilərimiz və şəhid ailələrinin üzvləri ilə görüş təşkil edilib

Azərbaycan Bellapais Beynəlxalq musiqi festivalında

Bakıda gənc oğlanı qəsdən öldürməkdə şübhəli bilinən iki şəxs tutulub

Azərbaycanın ICESCO üzrə sözçüsü: “By Youth For Youth” tədbirinin ilk dəfə ölkəmizdə keçirilməsi qürurvericidir

Silahlı Qüvvələr Gününə həsr olunmuş fləş-mob VİDEO

Culian Assanc Avstraliyada ailəsi ilə görüşüb - tarixi an

Gürcüstanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirilib

İqtisadiyyat Nazirliyində AİB-lə əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib

Bakıda qara maska taxaraq quldurluq edənlər saxlanılıb

Çempionlar Liqası: “Sabah” basketbol komandasının rəqibləri müəyyənləşib

ETSN sözçüsü: Hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündür

İstanbulun tarixi “Validə Sultan” gəmisində “Zəngəzur sənətkarlığı” sərgisi açılıb

Yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır

Silahlı Qüvvələr Günü münasibətilə Ulu Öndərin və şəhidlərimizin məzarları ziyarət olunub VİDEO

Azərbaycanı "Asiya Uşaqları" Oyunlarında 8 boksçu təmsil edəcək

Gürcüstan mətbuatında AZƏRTAC-ın xüsusi müxbirinin Silahlı Qüvvələr Gününə həsr olunmuş məqaləsi dərc edilib

“By Youth For Youth” Beynəlxalq Forumu işini Bakıda davam etdirir

Qərbi Azərbaycan İcması BMT-nin ali komissarını insan hüquqları məsələsinə ikili standartlar prizmasından yanaşmamağa çağırıb

Hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü təşkil edilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirilib

Prezident İlham Əliyev İtaliyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib  YENİLƏNİB VİDEO

BMT-nin Ətraf Mühit Proqramının nümayəndələri Kür çayına balıq buraxıblar

Nazirlik: Siyəzəndə təsərrüfatların 80 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

Azərbaycanda son 25 gün ərzində 165 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Qəbələnin Nohurqışlaq kəndi ərazisində güclü küləyin aşırdığı ağaclar magistral yoldan götürülüb VİDEO

Ukrayna ordusunda yeni qoşun qüvvələri yaradılıb

Kuala-Lumpurda Şuşanın tarixi haqqında film təqdim edilib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələri ilə tək yumruq, tək ürək olmağa davam edəcəyik

NATO ilə Azərbaycan arasında güclü siyasi dialoq və əməkdaşlıq əlaqələri qurulub

Azərbaycan hər zaman ordu quruculuğunu inkişaf etdirəcək – ŞƏRH

ATƏT-in iclasında Qərbi azərbaycanlıların qayıdış hüququndan danışılıb VİDEO

Azərbaycan klubu rusiyalı qapıçını transfer edib

ETSN: Çaylarda suyun səviyyəsi izlənilir

Avro-2024: Türkiyə millisi bu gün Çexiya ilə qarşılaşacaq

Qarabağda ucalan azadlıq bayrağı müzəffər Ordumuzun şərəf əsəri kimi dəyərləndirilir ŞƏRH

Azərbaycanda küləkli hava şəraiti iyunun 27-si səhərədək davam edəcək

Nazirlik: Əmək, məşğulluq və sosial müdafiə sahələrində e-xidmətlərin dairəsi genişləndirilir

DİN: Ötən gün 57 cinayətin üstü açılıb

Leysan nəticəsində Qax və Qəbələ rayonları ərazisindən axan çaylardan sel keçib

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Azərbaycan idmançıları VIII "Asiya Uşaqları" Oyunlarında ilk medalı qazanıb

Güclü küləklə müşayiət olunan leysan yağışları Qəbələdə fəsadlar törədib VİDEO

Azərbaycan Ordusu 106 yaşında: Silahlı Qüvvələrimiz istənilən döyüş tapşırığını icra etməyə qadirdir

Ağcabədidə oğurluğa görə əvvəllər məhkum olunmuş şəxs yenidən saxlanılıb

Ruslan Stefançuk: Ukraynanın NATO Sammitindən real gözləntiləri var

Silahlı Qüvvələr Günü təkcə hərbçilərin deyil, bütün xalqımızın bayramıdır - ŞƏRH

Paris Olimpiya Oyunları proqnozlaşdırılan güclü istilər səbəbindən təhlükə altındadır

Culian Assanc azadlığa buraxılıb VİDEO

Araşdırma: Qəzəbli insanlar çətinliklərin öhdəsindən daha yaxşı gəlirlər

ABŞ-ın keçmiş vitse-prezidenti: Culian Assanc mühakimə olunmalı idi

Aralıq dənizində 7 min illik yol tapıldı

Ərdoğan: Türkiyəyə zərər vurmaq məqsədi daşıyan istənilən cəhdlərin qarşısı qətiyyətlə alınacaq

Keniya Prezidenti: Etirazçılarla dialoq konstitusiya mexanizmlərinə əsaslanmalıdır

Diş çıxaran dərmanın nə vaxt buraxılacağı açıqlanıb

Rusiya əsirliyindən azad edilənlər arasında “Azovstal”ın 52 müdafiəçisi var

ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub

Culian Assancın təyyarəsi Sakit okeanda yerləşən Saypan adasına eniş edib

Şərur rayonunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib

Avro-2024: Daha iki yığma 1/8 finala vəsiqə qazanıb

Prezident İlham Əliyev Milli Qəhrəman Natiq Qasımovla bağlı paylaşım edib

Yaponiya İmperatoru və xanımı üçün Bukinqem sarayında rəsmi ziyafət verilib

Naxçıvanın dağ kəndlərinin avtomobil yollarında yaranan məhdudiyyət aradan qaldırılır

Rusiya və Ukrayna BƏƏ-nin vasitəçiliyi ilə əsirləri dəyişdiriblər

Keniyada etirazlar nəticəsində 10 nəfər ölüb

Naxçıvan Dövlət Universitetində məzun günü keçirilib

Müdafiə naziri: Azərbaycan müstəqilliyini bərpa edəndən ikili standartlarla qarşılaşırıq

Avro-2024: Daha 3 ölkənin yığması 1/8 finala vəsiqə qazanıb

Müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələr Günü ərəfəsində AZƏRTAC-a və AzTV-yə müsahibə verib

Azərbaycanın müdafiə naziri: Qarşıya vəzifə qoymuşuq ki, özümüzü digər mərmilərlə, raketlərlə təmin edək

“Zərərli vərdişlərin gənc nəslin tərbiyəsinə, mənəviyyatına mənfi təsirləri” mövzusunda tədbir keçirilib

Azərbaycan güləşçiləri Avropa çempionatına 4 medalla başlayıblar

Zakir Həsənov: Antiterror əməliyyatına dünyada unikal əməliyyat kimi baxırlar

İcma sədri: Ermənistan tərəfinin dialoqdan yayınması ədalətli irəliləyişə mane olur

SOCAR ilə VNG şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Bakıda Moskva Quberniya Teatrının artistlərinin ustad dərsi: Mədəniyyətlərarası qarşılıqlı əlaqə hər zaman sərvətdir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

N.S.Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı