Azərbaycan Dövlət İnformasiya Agentliyi

Küveyt Dövləti Nazirlər Kabinetinin sədri Cabir əl-Mübarək əl-Həməd əl-Səbahdan

Zati-aliləri,

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə və dost Azərbaycan xalqına salamlarımızı və səmimi təbriklərimizi çatdırırıq.

Bu xoş fürsətdən istifadə edərək, Küveyt Dövlətini və Azərbaycan Respublikasını bir-birinə bağlayan dostluq münasibətlərinə xüsusi önəm verib ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi, ölkələrimiz arasındakı əməkdaşlıq sahələrinin genişlənməsi istəyimizi bildirir və bunun dost xalqlarımızın mənafeyinə cavab verməsini arzulayırıq.

Zati-alinizə ən səmimi təbriklərimizi çatdırır, Sizə cansağlığı və rifah, dost Azərbaycan Respublikasına davamlı inkişaf arzu edirik.

Dərin hörmətlə,

Cabir əl-Mübarək əl-Həməd əl-Səbah

Küveyt Dövləti Nazirlər Kabinetinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin