Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Küveyt Dövlətinin vəliəhdi Nəvvaf əl-Əhməd əl-Cabir əl-Səbahdan

Rəhimli və mərhəmətli Allahın adı ilə

Zati-aliləri,

Dost Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə öz səmimi salamlarımı və təbrikimi böyük məmnunluq hissi ilə Zati-alinizə çatdırıram.

Sizə möhkəm cansağlığı, səadət və uğurlar, dost Azərbaycan xalqına davamlı tərəqqi və çiçəklənmə arzularımı bildirirəm.

Böyük hörmətlə,

Nəvvaf əl-Əhməd əl-Cabir əl-Səbah

Küveyt Dövlətinin vəliəhdi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin