RƏSMİ SƏNƏDLƏR
Latviya Azərbaycanlılarının “Azəri” Cəmiyyətinin sədri Ulduzxan Əhmədovdan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
İcazə verin, Latviya Azərbaycanlılarının “Azəri” Cəmiyyəti adından Sizi Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə ürəkdən təbrik edim.
Biz, Latviyada yaşayan azərbaycanlılar qürur hissi duyuruq ki, Sizin rəhbərliyiniz ilə tarixi Vətənimiz həm sosial-iqtisadi baxımdan, həm də dövlətçiliyin möhkəmləndirilməsi sahəsində gündən-günə tərəqqi edir.
Dərin hörmət və ehtiramla,
Ulduzxan Əhmədov
Latviya Azərbaycanlılarının “Azəri” Cəmiyyətinin sədri