REGİONLAR
Lənkəran Regional Mədəniyyət İdarəsində onlayn müşavirə keçirilib
![](/files/galleryphoto/2020/1/1200x630/15873935981950745825_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15873935986166915668_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/158739359862737148_1200x630.jpg)
Lənkəran, 20 aprel, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Regional Mədəniyyət İdarəsində Astara, Lənkəran və Lerik rayonlarının mədəni-maarif müəssisələrinin rəhbərləri ilə onlayn müşavirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müşavirədə çıxış edən Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli bütün dünyanı öz cənginə alan koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi dövründə bölgədə mədəniyyət sahəsində həlli vacib məsələləri diqqətə çatdırıb.
Sonra xüsusi karantin dövründə görülən işlər barədə mədəni-maarif müəssisələrinin rəhbərlərinin məlumatları dinlənilib.
Onlayn qaydada keçirilən tədbirdə Mədəniyyət Nazirliyinin “Evdə qal, evdə yarat” layihəsi çərçivəsində hazırlanan videoçarxların keyfiyyətinin artırılması, əhatə dairəsinin genişləndirilməsi, distant dərslər zamanı verilən tövsiyələrə əməl edilməsi, onlayn konsertlərin və tədbirlərin təşkili, sosial şəbəkələrdə fəallığın artırılması, dezinfeksiya tədbirlərinin mütəmadi aparılması, 65-dən yuxarı yaşda olan keçmiş mədəniyyət işçiləri ilə əlaqələrin saxlanılması, onlara qayğı göstərilməsi, lazımi ərzaq və tibbi avadanlıqlarla kömək edilməsi və digər məsələlər müzakirə edilib.
Sonda müzakirə edilən məsələlərlə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.