İQTİSADİYYAT
Lənkəranda “Regional marketinqin cənub regionunun iqtisadi inkişafında rolu” mövzusunda seminar keçirilmişdir
Lənkəran, 2 dekabr (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə nazirliyin Bakı Biznes Tədris Mərkəzi “Regional marketinqin cənub regionunun iqtisadi inkişafında rolu” mövzusunda seminar keçirmişdir.
Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, qurumun Lənkəran regional bölməsinin, Bakı Biznes Tədris Mərkəzinin əməkdaşları, həmçinin cənub regionuna daxil olan Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad rayonlarının icra hakimiyyəti və bələdiyyələrinin nümayəndələri iştirak etmişlər.
Seminarda regional marketinq üzrə fəaliyyət planının hazırlanması, monitorinq sisteminin yaradılması və potensial istifadəçilərin məlumatlandırılması barədə müzakirələr aparılmışdır.
Tədbir çərçivəsində, həmçinin iştirakçılara “Regional marketinq” kitabçası paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.