Liberiya Respublikasının Prezidenti Ellen Conson-Serlifdən
Zati-aliləri,
Sizə və Zati-alinizin şəxsində Azərbaycan hökumətinə və xalqına Respublika Günü münasibətilə ən səmimi təbriklərimi, xoş arzularımı çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək əmin olduğumu bildirirəm ki, Zati-aliniz Azərbaycan xalqını daha böyük iqtisadi tərəqqiyə və sülhə qovuşduracaqdır. Ümidvarıq ki, ölkələrimiz arasında mövcud olan səmimi dostluq əlaqələri xalqlarımızın qarşılıqlı mənafeyi naminə daha da güclənəcəkdir.
Zati-aliləri, xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin.
Ellen Conson-Serlif
Liberiya Respublikasının Prezidenti