Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Litvanın ölkəmizə göstərdiyi marağın ana xəttini Azərbaycanın son illərdə qazandığı böyük uğurlar təşkil edir - Şərh

Litvanın ölkəmizə göstərdiyi marağın ana xəttini Azərbaycanın son illərdə qazandığı böyük uğurlar təşkil edir - Şərh

Bakı, 24 may, AZƏRTAC

Azərbaycan-Litva iqtisadi əlaqələrinin zəngin tarixi var. Belə ki, hələ Sovet İttifaqı dövründən respublikalar arasında iqtisadi-mədəni əlaqələr yüksək səviyyədə olub. Bundan əlavə, Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. 2007-ci ildə dövlətlərimiz arasında strateji əməkdaşlıq haqqında saziş imzalanıb. Hazırda Azərbaycan ilə Litva arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq üzrə 41 sənəd mövcuddur. Ötən il tərəflər arasında iqtisadi dövriyyə təqribən 33 milyon dollar həcmində olub. Əvvəlki rəqəmlər bizə onu deməyə əsas verir ki, tərəflər arasında iqtisadi əlaqələrin geniş potensialı var və bunun reallaşdırılması istiqamətində geniş imkanlar mövcuddur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli söyləyib.

O qeyd edib ki, iqtisadi inkişaf baxımından Azərbaycanla Litva arasında oxşar cəhətlər də çoxdur. Belə ki, ölkəmiz Cənubi Qafqaz, Litva da Baltikyanı dövlətlər arasında ən inkişaf etmiş iqtisadiyyata malikdir. Həmçinin ölkəmiz kimi, Litva da nəqliyyat-logistika infrastrukturunu şaxələndirib və ərazisində müasir tələblərə cavab verən yollar var. Bu gün iki ölkənin həm siyasi, həm də iqtisadi cəhətdən bir-birinə verəcəyi töhfələr çoxdur.

“Litva Avropa İttifaqının (Aİ) təhsil səviyyəsi üzrə ən inkişaf etmiş ölkələrindəndir. Burada ali təhsilli gənclərin sayı ölkə əhalisinin 56 faizindən çoxunu təşkil edir. Bu göstəriciyə görə Litva Aİ-də lider mövqedədir. Litva, eyni zamanda, ölkəmizdə Avropa İttifaqının 26 tvinniq layihəsi üzrə işlər görür. Hazırda 200-dən çox azərbaycanlı tələbə bu ölkədə təhsil alır.

Litva Baltik dənizindəki ən böyük limana - Klaypeda limanına malikdir ki, bu da gələcəkdə Azərbaycanın Orta Dəhlizdə imkanlarını artıracaq, üstəlik, açıq dəniz limanlarına çıxmaq üçün geniş imkanlar yaradacaq. Həmçinin Litvada 7 Azad İqtisadi Zona (AİZ) fəaliyyət göstərir. Bu zonalar investisiya mühitinə və Aİ bazarlarına çıxış əldə etmək üçün çox əlverişli məkanlardır. Bu da bizim sahibkarlara, o cümlədən qeyri-neft sektorunda fəaliyyət göstərən biznes subyektlərinə Avropa bazarlarına çıxış üçün əlverişli şərait yarada bilər. Litvada hazırda digər Baltik ölkələrini birləşdirən geniş qaz şəbəkəsi də mövcuddur. Bu da Baltikyanı ölkələrə, həmçinin Şərqi və Şimali Avropaya qaz nəqli imkanlarımızı daha da genişləndirir. Bu gün ölkələrimiz arasında müxtəlif sahələr - energetika, “yaşıl enerji”, nəqliyyatın təhlükəsizliyi, ətraf mühitin qorunması, gənclər, səhiyyə, pensiya islahatı, İT və mina əleyhinə layihələr üzrə əməkdaşlıq haqqında sazişlər imzalanıb. Bir sözlə, Litva İşğaldan azad olunan bölgələrimizdə “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyası əsasında yaşayış məntəqələrinin qurulmasına, İT sahəsində mütəxəssislərin yetişdirilməsinə, qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verə bilər”, - deyə ekspert vurğulayıb.

Azərbaycanla Litvanın Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində də uğurla əməkdaşlıq etdiklərini söyləyən E.Kərimli bildirib ki, bu gün ölkəmizin Avropanın enerji təminatındakı əhəmiyyətli rolu artmaqdadır. Bu baxımdan Litva Azərbaycanın enerji resurslarının nəqli şəbəkəsinin daha da şaxələndirilməsində və inkişafında körpü rolunu oynayacaq. Litvanın ölkəmizə göstərdiyi marağın ana xəttini Azərbaycanın son illərdə qazandığı böyük uğurlar təşkil edir.

Təsadüfi deyil ki, dövlətimizin başçısının rəsmi səfəri zamanı əməkdaşlıq üçün konkret təkliflər irəli sürüldü. Litvanın Prezidenti Azərbaycanın imkanlarını qiymətləndirərkən ölkəmizin qlobal iqtisadiyyatda oynadığı rolun daha da artacağına diqqət çəkdi. O, Asiya ilə Avropanın kəsişdiyi məkanda yerləşən Azərbaycanın qlobal ticarətdə ən mühüm rollardan birini oynadığını və oynayacağını etiraf etdi. Üstəlik, Avropa İttifaqı Azərbaycanın əsas ticari tərəfdaşıdır, Litva da Aİ-nin üzvü kimi bu əməkdaşlıq münasibətlərinin bir parçası olaraq ölkəmizlə əlaqələrin gələcəyinə inamla baxır. Azərbaycan da öz növbəsində Litva ilə strateji münasibətlərin davamında, biznes əlaqələrinin möhkəmləndirilməsində maraqlıdır. Litva Prezidentinin öz ölkəsinin inkişaf göstəriciləri ilə bağlı təqdim etdiyi məlumatlar Vilnüsdə keçirilən biznes forumun işgüzar əlaqələrin qurulması üçün yaxşı fürsət və uğurlu təməl olduğunu söyləməyə əsas verir.

“Litva müasir rəqəmsal infrastruktura malikdir. Münasib tariflərə əsaslanan bu infrastruktur Avropa İttifaqında ən yaxşılar sırasındadır. Ölkənin digər üstünlükləri isə inkişaf etmiş şose və dəmir yolu xətləri, hava və dəniz nəqliyyatı sahələrindədir. Litva innovativ və yüksək texnoloji sektorlar üzərində də fəal çalışır. Həmçinin son on ildə elektrik enerjisi istehsalı sahəsində böyük işlər icra edilib, qaz və maye qaz terminalının tikintisi layihələri həyata keçirilib. Bu dövlətin hazırda enerji sahəsi günəş və külək enerji parklarından ibarətdir. Litva yaxın zamanlarda Baltik dənizində ilk dəfə olaraq külək enerji parkını yaradacaq.

Bundan başqa, bu ölkə ərzaq məhsullarını 150-dən artıq ölkəyə ixrac edir. Burada adambaşına düşən ümumi daxili məhsulun payı Avropa İttifaqının orta göstəricisinə sürətlə yaxınlaşıb və bu reytinqdə İrlandiyadan sonra gəlir. Bütün bunlar Azərbaycana da Litva ilə əməkdaşlığı gücləndirməyə stimul verir. Heç şübhəsiz, hər iki ölkənin imkanları qarşılıqlı maraq yaradır və bu da əməkdaşlıq üçün ciddi potensial deməkdir. Bu potensial isə dövlətlər arasındakı münasibətləri daha sıx, eyni zamanda, uzunmüddətli mərhələyə daşıyacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əlilliyi olan daha 18 gənc Türkiyəyə təcrübə kursuna yola salınıb

Otuz ildən artıq məhkumluq həyatı yaşayan Saatlı sakinindən “Makarov” götürülüb

Prezident İlham Əliyevin Astana sammitində iştirakı Azərbaycana bir sıra üstünlüklər qazandırır - ŞƏRH

ABŞ Yaponiyada 48 ədəd F-35A qırıcısı yerləşdirməyi planlaşdırır

Yaponiyada 5,4 bal gücündə zəlzələ baş verib

CNN: İsrail və HƏMAS atəşkəs razılaşmasına yaxındır

Ali Radanın deputatı: Ukraynaya F-16 qırıcıları bu ay gətiriləcək

Paytaxtın Mikayıl Müşfiq küçəsində avtobusların hərəkəti məhdudlaşdırılır

Sorğu: Amerikalıların 80 faizi Baydenin yenidən prezident seçilmək üçün çox yaşlı olduğunu düşünürlər

Beyindəki zaman hüceyrələri alimləri təəccübləndirib

Estoniya əcnəbilərin ölkədə hərbi təlim keçməsinə icazə verilməsini təklif edib

İspaniyadakı qəbiristanlıqlar günəş enerjisi sahələrinə çevriləcək

ABŞ Ukraynaya 2,3 milyard dollarlıq yardım paketini təsdiqləyib

COP29 iştirakçı ölkələr üçün iqlim böhranının həlli istiqamətində konkret addımlar atmağa bir fürsətdir

ABŞ-da sursat istehsal edən zavodda partlayış olub, xəsarət alanlar var

İsraildə Qərbi Nil qızdırmasından 11 nəfər ölüb

Araşdırma: 390 min insanın məlumatları əsasında multivitaminlərin ömrü uzatmadığı müəyyənləşib

İsrail girovlarla bağlı HƏMAS-dan cavab aldığını bildirib

Ağ ev: Bayden seçki kampaniyasını tərk etməyi düşünmür

Altı nəfərin həyatına son qoyan “Beril” qasırğası Yamaykaya doğru irəliləyir

Avropa çempionatı: Azərbaycan güləşçisi ikinci olub

Astanada nümayəndə heyətlərinin başçılarının şərəfinə qeyri-rəsmi şam yeməyi verilib

Prezident İlham Əliyev: Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin artması bizi sevindirir

Si Cinpin: Azərbaycan və Çin yaxşı dostlardır, yaxşı tərəfdaşlardır

Bayden Ukraynaya əlavə 150 milyon dollar hərbi yardım göndərilməsi barədə göstəriş verib

XİN: Astana görüşü Azərbaycanın, Pakistanın və Türkiyənin strateji tərəfdaşlıq əlaqələrinin yeni istiqamətlərdə genişlənməsinə təkan verəcək

Ayxan Hacızadə: Azərbaycan və Çin liderlərinin görüşü bir daha göstərdi ki, ölkələrimizin siyasi əlaqələri tarixinin ən yüksək səviyyəsindədir

Özbəkistanda Qeyri-Maddi Mədəni İrs İnstitutu yaradılır

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

Ankarada keçirilən təlimlərdə media nümayəndələrinə müdafiə mexanizmlərindən istifadənin yolları öyrədilib

Türkiyə və Rusiya prezidentləri ticarət əlaqələrinin genişləndirilməsini müzakirə ediblər

Türkiyə müdafiə şirkətlərinin məhsulları dünyanın 185 ölkəsində uğurla istifadə edilir

Zaqatala Suvarma Sistemləri İdarəsinin əməkdaşı iş başında dünyasını dəyişib

Türkiyə inşaatçıları 6 ayda xaricdə 7,6 milyard dollarlıq sifarişlər alıblar

Çinin Sian şəhərindən Bakıya həftəlik yük qatarı marşrutu istifadəyə verilib VİDEO

Peterburq Beynəlxalq Hüquq Forumunda cinayətlərin profilaktikası barədə Azərbaycan təcrübəsindən danışılıb

Yazıçı Vladimir Boqomolovun anadan olmasının 100 ili tamam olur

Londonda avtobus dayanacağında tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb

A.Mirzoyan: Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmağa hazırdır

Britaniyada parlament seçkiləri: Leyboristlər qalib olacaqları təqdirdə nələr vəd ediblər?

Məscidlərdə vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsahibənin nəticəsi açıqlanıb

İrakli Kobaxidze: Gürcüstan regionda təhlükəsiz və sabit mühitin yaradılmasına töhfə verməyə hazırdır

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə Məzun Günü

"İTi Zəka-2" hakatonunun növbəti mərhələsi başa çatıb

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş olub YENİLƏNİB-2 VİDEO

Türkiyə XİN: Tarixi və mədəni simvola siyasi məqsədlərlə verilən reaksiyaları qınayırıq

“Qəmər bəyim Şeyda. Zülmün daşqını” kitabı çapdan çıxıb

Yaponiyada holoqrafik portretli əsginaslar buraxılır

Astana Zirvə görüşü təmasların daha da sıx qurulması baxımından çox əhəmiyyətlidir ŞƏRH

BSU-da elmi seminar: Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji potensialının inkişafı

ABŞ-da meşə yanğınları səbəbindən 13 min nəfər təxliyə edilib

Ötən ay 23 aptekdə yoxlama aparılıb

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub

Vəzifəli şəxsin qanunsuz əməlləri barədə cinayət işi başlanılıb

Kimya Elmləri üzrə Problem Şurasının iclasında səkkiz dissertasiya mövzusu müzakirə edilib

Naxçıvanda ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbi “Kembric” statusu alıb

Çin Azərbaycanın təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyib

Azərbaycan və Kamerun arasında idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın iki həndbol hakimi Açıq Avropa çempionatına təyinat alıb

Elektron Təhlükəsizlik Xidməti və Gürcüstanın Rəqəmsal İdarəetmə Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Hotellərə ulduz dərəcələri verilib və rezervasiya platformasının təqdimatı keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin “Çağrı mərkəzi” istifadəyə verilib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsi fəaliyyət göstərir

Astanada “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub

Tanınmış basketbolçu ilə müqavilə yenilənir

Azərbaycan və Rusiya teatrları arasında əməkdaşlıq əlaqələri genişlənəcək

AAYDA CAREC proqramına üzv ölkələrin tədbirində iştirak edib

Azərbaycan cüdoçuları Paris Olimpiadasına İspaniyada hazırlaşırlar

Səbail rayonunda saxlanılan şəxslərdən 16 kiloqram narkotik vasitə götürülüb VİDEO

Bakıda Ətraf Mühit, Sosial və İdarəetmə Sammiti işə başlayıb VİDEO

Türkiyə ilə Azərbaycan arasında din sahəsində qarşılıqlı fəaliyyət müzakirə olunub

Bakıdakı Rus evində professor Rauf Nərimanbəyliyə həsr olunmuş konsert olub

Sus kəndində ilk körpə dünyaya gəlib

“Real Madrid”in stadionu DÇ-2030-un final oyununa ev sahibliyi edəcək

Vatikan rəsmisi Azərbaycanda dini və mədəni müxtəlifliyin qorunması üçün yaradılan şəraiti yüksək qiymətləndirib

RF Federasiya Şurası Rusiya nümayəndə heyətinin ATƏT PA-da fəaliyyətini dayandırması qərarını yekdilliklə dəstəkləyib

® ABB-nin dəstəyi ilə daha bir uşaq futbol komandası formalaşdırıldı

Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü keçirilib   YENİLƏNİB-2 VİDEO

Azərbaycan dilindən istifadə: uğurlar, problemlər, vəzifələr - dəyirmi masa

Azərbaycan Badminton Federasiyası Botsvanaya invertar ianə edib

Fuad Nağıyev: Turizm və hotelçilik sənayesi COP29-a tam hazırdır

Milli Ulduz Təsnifatı əsasında 200-dən çox hotelə ulduz dərəcələri təyin edilib

Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” Məntəqəsində 750-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

Hərbi Prokurorluq Daxili Qoşunlarla birlikdə tədbir keçirib

KOB-ların yaşıl iqlim maliyyələşməsində rolunun artırılması sahəsində seminar keçiriləcək

Parlament seçkiləri ilə əlaqədar YAP-ın Mərkəzi Seçki Qərargahı yaradılıb

Firuddin Əliyev: İşğaldan azad olunmuş yerlərdə Xüsusi Mühafizə Olunan Təbiət Ərazisi yaradılacaq VİDEO

Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanı özünün ən fəal tərəfdaşlarından biri hesab edir  - RƏY

Azərbaycanda geoparkların yaradılması nəzərdə tutulur

Misirdə yeni hökumətin andiçmə mərasimi keçirilib

İngiltərə klubu Seneqal millisinin futbolçusunu transfer edib

Naxçıvan gimnastlarının məşq şəraiti standartlara uyğunlaşdırılır

Astanada Azərbaycan ilə Qazaxıstan arasında imzalanmış Səhmdarlar Müqaviləsinin mübadiləsi mərasimi olub VİDEO

Əməkdar artist Ağalar Bayramovun yaradıcılıq gecəsi keçirilib

Regionlardan olan şagirdlər BMU-nun laboratoriyaları ilə tanış olublar

Xidmət rəisi: Bu ilin ilk altı ayı ərzində milli parklara 80 minə yaxın turist gəlib

Nəqliyyat dəhlizlərinin genişləndirilməsində Azərbaycan-ŞƏT əməkdaşlığı ŞƏRH

Naxçıvanda dönərxanada nöqsanlar aşkar olunub

Cəlilabadda ilk dəfə Neolit dövrünə aid kəndin izləri aşkarlanıb FOTO VİDEO