Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Anriyə

Əlahəzrət,

Ölkənizin milli bayramı - Böyük Hersoqun təvəllüd günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Lüksemburq xalqına daim sülh və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 19 iyun 2015-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin