Mahir Emreli 3 klubdan cavab gözləyir
Bakı, 4 iyun, AZƏRTAC
Azərbaycan millisinin futbolçusu Mahir Emreli bir neçə klubla danışıqlar aparır.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, ötən mövsümün sonunda Almaniyanın “Nürnberq” komandasından ayrılan 28 yaşlı forvarda həddindən artıq çox təklif var.
Lakin təcrübəli futbolçu qərar verməyə tələsmir. Hazırda azad agent olan hücumçu daha səviyyəli komandada oynamaq istəyir. M.Emreli bu səbəbdən əsas 3 klubdan cavab gözləyir. Həmin komandaların adları açıqlanmasa da, tərəflərin müqavilə detallarını, xüsusilə maliyyə məsələlərini müzakirə etdikləri bildirilir.
Futbolçunun yeni klubunun adına yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, Mahir Emreli “Nürnberq”in heyətində ötən mövsümü 25 oyunda 11 qol və 1 məhsuldar ötürmə ilə tamamlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [21:35]
Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində
- 03.06.2026 [19:46]
Dünya Kuboku: Azərbaycan millisi növbəti qələbəsini qazanıb
- 03.06.2026 [18:58]
“Araz-Naxçıvan” 41 yaşlı kapitanı ilə müqaviləni yeniləyib
- 03.06.2026 [18:33]
Azərbaycan idmançıları ötən ay 231 medal qazanıblar
- 03.06.2026 [18:17]
Azərbaycan millisinin voleybolçusu klubundan ayrılıb
- 03.06.2026 [18:12]
Güləşçilərin sağlamlığının qorunması istiqamətində vacib addımlar atılacaq
- 03.06.2026 [17:41]