Azərbaycan Dövlət İnformasiya Agentliyi

Maltanın Prezidenti xanım Mari-Luiz Koleyro Prekadan

Zati-aliləri,

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə, Azərbaycan Respublikasının hökumətinə və xalqına Malta xalqının adından və şəxsən öz adımdan ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Fürsətdən istifadə edib Zati-alinizə möhkəm cansağlığı və əmin-amanlıq, xalqınıza davamlı tərəqqi arzu edirəm. Ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli əlaqələrin, o cümlədən neft və qaz sahəsində əməkdaşlığımızın daha da güclənəcəyinə inanıram. Əminəm ki, enerji sahəsində əlaqələrimiz xalqlarımızın mənafeyi naminə digər sahələrdə də əməkdaşlığımızın inkişafında mühüm rol oynayacaq.

Hörmətlə,

Xanım Mari-Luiz Koleyro Preka

Maltanın Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin