ELM VƏ TƏHSİL
Məktəbəhazırlıq qruplarına qəbul üzrə müraciətlərin çox olduğu məktəblərdə hansı prioritetlər nəzərə alınmalıdır
Bakı, 3 avqust, AZƏRTAC
Avqustun 5-dən 2022-2023-cü tədris ili üzrə dövlət ümumtəhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start veriləcək.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, siniflərdə şagird sıxlığı və məktəbə qəbulla bağlı daha çox müraciət olunan bir sıra məktəblərdə məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat zamanı aşağıda qeyd edilən uşaqların məktəbə qəbulu üzrə üstünlük hüquqları təmin olunur:
- Valideyni ((qanuni nümayəndəsi) və ya uşaq) qeydiyyat ünvanı üzrə həmin məktəb üçün müəyyən edilmiş ərazidə qeydiyyatda olanlar;
- Valideynləri (qanuni nümayəndələri) həmin məktəbdə işləyənlər;
- Bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanlar.
Xatırladaq ki, məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq. Elektron sənəd qəbulu sistemindən istifadə üçün ödəniş tələb olunmur.
Qeydiyyat prosesi sentyabrın 14-də yekunlaşacaq.