CƏMİYYƏT
“Mən də bacarıram!” layihəsi çərçivəsində nəzərdə tutulan təlimlər Gəncə şəhərində keçirilib
Bakı, 26 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə şəhərdəki Gənclər Evində region gəncləri arasında “Mən də bacarıram!” adlı layihə çərçivəsində təlimlər keçirilib.
AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi həyat bacarıqlarını regionlarda yaşayan gənclər arasında təşviq etməkdir.
Layihə çərçivəsində pilot olaraq seçilmiş 15 rayon və şəhərdə gənclərə qərar qəbuletmə, yerli flora və faunanın öyrənilməsi, fövqəladə hallar zamanı davranış qaydaları, vaxtın planlaşdırılması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və s. mövzularda təlimlər və oyunlar təşkil olunub.
Azərbaycan Skautlar Assosiasiyasının Gəncə bölməsinin təlimçiləri tərəfindən keçirilən təlimlərə 60-dan çox gənc cəlb olunub.