İQTİSADİYYAT
Mənşəyi bəlli olmayan polietilen torbalar məhv edilmişdir
Bakı, 2 dekabr (AZƏRTAC). Məlumat verildiyi kimi, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Nəsimi rayonu, M.Qaşqay küçəsi, 22/23 ünvanında Qurban Qəhrəmanova məxsus mağazada aparılan yoxlama zamanı aşkar edilmiş 243 kiloqram mənşəyi bəlli olmayan və üzərində istifadə təyinatına uyğun lazımi məlumatlar göstərilməmiş polietilen torbaların məhv edilməsi barədə Qurban Qəhrəmanova icrası məcburi göstəriş verilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, göstərişin icrası ilə əlaqədar, 243 kiloqram mənşəyi bəlli olmayan polietilen torbalar Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [19:37]
Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq
- 10.05.2024 [18:41]
Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir
- 10.05.2024 [18:39]
Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək
- 10.05.2024 [14:49]
BP-də çalışan azərbaycanlı işçilərin sayı artıb
- 10.05.2024 [13:17]