İQTİSADİYYAT
Metronun “28 May” stansiyasının əsas girişi təmirə bağlanacaqdır
Bakı, 9 mart (AZƏRTAC). Cari il mayın axırlarında metronun “28 May” stansiyasının əsas girişi təmirə bağlanacaqdır.
Bakı metropoliteninin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, təmir işlərinə iyun ayında, tədris müəssisələrində tətil başlandıqdan sonra başlamaq planlaşdırılır. Təmir işləri təsdiq olunmuş layihəyə uyğun həyata keçiriləcək və stansiyanın girişini, vestibülünü və eskalatorlarını əhatə edəcəkdir. Hazırda stansiyanın modernləşdirilməsi işləri aparılır.
Təmir zamanı üçcərgəli eskalator sistemini dördcərgəli sistemlə əvəz etmək planlaşdırılır. Eskalatorlar Almaniyadan gətiriləcəkdir.
Stansiyanın əsas girişinin təmiri ilə əlaqədar olaraq sərnişinlər Azadlıq prospektindəki ikinci girişdən, habelə “Cəfər Cabbarlı” stansiyasına girişdən istifadə edəcəklər.