Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Mikayıl Hüseynov: Rusiya azərbaycanlıları Rusiyada parlament seçkilərində fəal iştirak etmiş və “Yedinaya Rossiya” partiyasına səs vermişlər

Moskva, 5 dekabr (AZƏRTAC). Ümumrusiya Azərbaycan Konqresinin baş katibi Mikayıl Hüseynov AZƏRTAC-a verdiyi müsahibədə demişdir: “Azərbaycan diasporunun nümayəndələri Dövlət Dumasına dekabrın 4-də keçirilmiş seçkilərdə səsvermədə fəal iştirak etmişlər”.

O demişdir ki, Konqresin Rusiyadakı bütün regional bölmələrinin rəhbərlərindən alınmış məlumata görə həmvətənlərimiz ÜAK-ın III qurultayında konqresin müraciətinə cavab olaraq parlament seçkilərində çox fəal iştirak etmiş və “Yedinaya Rossiya” Partiyasına səs vermişlər. M.Hüseynov demişdir: “Mən Rusiya vətəndaşları olan, seçkilərdə iştirak etmiş, öz vətəndaş mövqeyini ifadə etmiş və Rusiyanın daha da inkişafına yönəlmiş siyasi xətti dəstəkləmiş bütün azərbaycanlılara səmimi minnətdarlığımı bildirmək istərdim. Çoxmillətli Rusiyanın tərkib hissəsi olan Azərbaycan diasporu bu seçkilərdə iştirak edərək siyasi sistemin sabitliyinə tərəfdar olduğunu bildirmiş, ölkəni geriyə, populizm və ictimai parçalanma dövrünə yuvarlanmaqdan müdafiə etmiş çoxluğun yanında qalmışdır. Rusiyanın bütün Azərbaycan diasporunu birləşdirən Ümumrusiya Azərbaycan Konqresi bundan əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də ölkəni modernləşmə və tərəqqi yolu ilə aparan “Yedinaya Rossiya” Partiyasını dəstəkləmişdir. Azərbaycan diasporu hələ seçkiqabağı mübarizənin başlanğıcında ölkənin əsas siyasi hadisəsinə cəlb edilmişdir, çünki həmvətənlərimiz bu cəmiyyətə sıx inteqrasiya etmiş, onun ayrılmaz tərkib hissəsinə çevrilmişlər. Onlar iqtisadiyyata böyük töhfə verir, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər”.

Mikayıl Hüseynov seçkiqabağı kampaniya dövründə ÜAK-ın diasporla öz işini necə qurması barədə sualı şərh edərək bildirmişdir ki, lap yaxın vaxtlarda diasporun həyatında mühüm ictimai-siyasi hadisə baş vermişdir - bu təşkilatın üçüncü qurultayı keçirilmişdir. O demişdir: “Siyasi baxımdan, qurultay həmvətənlərimizin fəaliyyətinin güclənməsinə, ölkə üçün bu qlobal siyasi hadisədə onların iştirakına ciddi təkan vermişdir. Bunu xatırlatmaq kifayətdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qurultay nümayəndələrinə təbrik məktubunda Rusiyanın ictimai-siyasi həyatında iştirak etməyə maksimum maraq göstərməyin zəruriliyi qeyd edilmişdir. Eyni fikir ÜAK-ın III qurultayının nümayəndələrinin çıxışlarında da səslənmişdir”.

Mikayıl Hüseynov daha sonra bildirmişdir ki, Azərbaycan diasporu hələ seçkiqabağı dövrdə də fəallıq göstərmişdir. O demişdir: “Federal KİV-lər bizim fəallığımıza biganə qalmamışlar. Məsələn, noyabrın 30-da “Respublika Başkiriya” qəzetində “Azərbaycan Konqresi Rusiyanın indiki hakimiyyətinin milli siyasətini dəstəkləyir” sərlövhəli məqalə dərc edilmişdir. Bununla yanaşı, Azərbaycan diasporunun nümayəndələrinin Yaroslavl vilayətindən olan senator Anatoli Lisitsın ilə görüşü (29 noyabr 2011-ci il) Yaroslavl vilayət qəzetlərinin əsas xəbəri olmuşdur. Omsk vilayətində çıxan “Arqumentı nedeli” qəzeti də öz səhifələrində bizim bu regiondakı fəallarımızın “Yedinaya Rossiya” Partiyasında deputatlığa namizədlərlə görüşünə xüsusi diqqət ayırmışdır.

Ümumrusiya Azərbaycan Konqresinin rəhbərliyi “Yedinaya Rossiya” Partiyasının Kazan, Uxta, Ulyanovsk, Perm, Krasnoyarsk şəhərlərindəki, Kemerovo və Bryansk vilayətlərindəki, Primorsk diyarındakı, Komi, Çeçenistan və İnquş respublikalarındakı nümayəndələrinin görüşlərində məmnuniyyətlə qeyd edir. Zabaykalye diyarı qanunvericilik məclisinin sədrinin müavini ilə Azərbaycan diasporunun görüşünü xüsusi qeyd etmək lazımdır. Bütün bunlar Azərbaycan diasporunun nümayəndələrinin onlar üçün ikinci Vətənə çevrilmiş Rusiyanın gələcəyinin quruculuğu işində bilavasitə marağı olmasını və bu işdə iştirakını əks etdirir. Bunlar bəlağətli sözlər deyildir. Yadınızdadırsa, hələ vaxtilə sarsılmaz hesab edilən Sovet İttifaqı dövründə milyonların sevimlisi, SSRİ xalq artisti Müslüm Maqomayev bu cür suallara həmişə qısa bir cümlə ilə cavab verərdi: “Azərbaycan mənim atam, Rusiya anamdır”. Doğrudan da, valideynləri ayırmaq olmadığı kimi, biz də özümüzü ümumi ailəmizdən kənarda təsəvvür edə bilmərik. Məhz bu səbəbdən biz hər iki ölkəyə kömək etməyə və onları dəstəkləməyə hazırıq”.

ÜAK-ın baş katibi Mikayıl Hüseynov sonda qeyd etmişdir ki, Azərbaycan diasporu “Yedinaya Rossiya” Partiyasına səs verməklə bu siyasi partiya ilə daha sıx əməkdaşlığa ümid edir. O vurğulamışdır: “Biz əminik ki, “Yedinaya Rossiya” fraksiyası Rusiyanın əzəmətini və nüfuzunu bundan sonra da artıracaqdır. “Yedinaya Rossiya” Partiyası çoxmillətli Rusiyanın miniatür formasını xatırladır. Biz istərdik ki, bu partiyanın çoxmillətli fəalları Rusiyada milli siyasət və tolerantlıq məsələlərinə xüsusi diqqət yetirsin. Biz inanırıq ki, “Yedinaya Rossiya” Partiyasının və bütövlükdə yeni parlamentin üzvlərinin ardıcıl və məqsədyönlü fəaliyyəti bu partiyanın başladığı kursu uğurla davam etdirməyə imkan verəcək və çoxmillətli ölkəmizin sakinlərinin xoşbəxt gələcəyi naminə yeni zəfərlərlə əlamətdar olacaqdır”.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO