ELM VƏ TƏHSİL
Milli –mənəvi dəyərlərimizi qoruyaq
Bakı, 24 noyabr, AZƏRTAC
Azərbaycan Universitetində Azərbaycanlıların Həmrəyliyinə Dəstək İctimai Birliyinin (İB) təşkilatçılığı ilə “Milli-mənəvi, əxlaqi dəyərlərimizi qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbir “Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və milli-mənəvi dəyərlərin qorunması” layihəsi çərçivəsində reallaşdırılıb.
Mərasimdə İB-in sədri Tofiq Əlizadə çıxış edərək informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə milli-mənəvi, əxlaqi dəyərlərimizin qorunmasının və təbliğinin dövlətimizin inkişafı üçün önəmli olduğunu söyləyib.
Universitetin humanitar fənlər fakültəsinin dekanı Mahir Talışlı, Azərbaycan filologiyası və jurnalistika kafedrasının müdiri Ülviyyə Rəhimova və digər ziyalılar layihənin aktuallığının əhəmiyyətini vurğulayaraq, müasirliyin fonunda milli-mənəvi dəyərlərin aşınmasının səbəblərinin araşdırılması, problemin həll yollarının tapılması, bu dəyərlərin təbliğinin kimi aktual məsələlərə toxunublar.