SİYASƏT
MİLLİ MƏCLİSDƏ XÜSUSİ KOMİSSİYA YARADILMIŞDIR
Bakı, 15 dekabr (AZƏRTAC). Dekabrın 15-də Milli Məclisin iclası keçirilmişdir.
İclasda əvvəlcə cari məsələlər müzakirə edilmişdir. ABŞ Konqresinin Nümayəndələr Palatasının separatçı Dağlıq Qarabağ rejiminə 8 milyon dollar ayırmaq planı deputatlar tərəfindən narazılıqla qarşılanmışdır.
Milli Məclisin sədri Oqtay Əsədov bildirmişdir ki, bu vəsait ABŞ-ın 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuşdur. Ancaq sənəd hələ Prezident Barak Obama tərəfindən təsdiq olunmamışdır.
Təkliflərə əsasən bir qrup deputatdan ibarət xüsusi komissiya yaradılmış, ABŞ Prezidentinə və Konqresinə müraciət qəbul edilməsi nəzərə alınmışdır.