SİYASƏT
MİLLİ MƏCLİSİN DEPUTATI AVROPA SİYASƏT MƏRKƏZİNİN DİALOQUNDA İŞTİRAK EDƏCƏKDİR
Bakı, 25 noyabr (AZƏRTAC). Milli Məclisin deputatı Asim Mollazadə Avropa Siyasət Mərkəzi tərəfindən təşkil olunmuş “Şərq tərəfdaşlığı təşəbbüsü” çərçivəsində “Təhlükəsizlik və sabitlik üzrə siyasi dialoq”da iştirak etmək üçün noyabrın 26-dan 28-dək Brüsseldə olacaqdır.
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Belarus nümayəndələrinin, həmçinin Avropa İttifaqının komissarlarının qatılacağı tədbirdə bölgədə təhlükəsizlik və inkişaf məsələləri müzakirə olunacaqdır.
Tədbirdə proqrama daxil olan ölkələrin hazırkı münasibətləri və perspektivləri barədə də fikir mübadiləsi aparılacaqdır.