Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin növbəti plenar iclası keçirilib

İclasda Hesablama Palatasının hesabatı dinlənilib

Bakı, 18 may, AZƏRTAC

Mayın 18-də Milli Məclisin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib.

Əvvəlcə cari məsələlər müzakirə olunub.

Milli Məclisin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri ilə bağlı qərarına münasibət bildirib. Qeyd edib ki, AŞPA-nın bu qərarı ədalətsizdir.

Oqtay Əsədov AŞPA-nın belə əsassız qərarlarının əvvəllər də olduğunu deyib. “Biz Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmiş fransalı deputatın AŞPA-nın Azərbaycanda keçirilən komitə iclasında iştirak etməsi üçün ölkəmizə gəlməsinə icazə vermədik və bizim parlamentə qarşı sanksiya qəbul etdilər ki, Azərbaycanda iki il müddətində heç bir tədbir keçirilməsin. Daha sonra özləri peşman oldular. Çünki alt komitənin iclası burada keçirilməli idi. Maddi imkanları da yox idi. Hətta iclasın keçirilməsi ilə bağlı xahiş də etdilər. Lakin biz buna etiraz olaraq bildirdik ki, sanksiyaya görə iclas keçirə bilmərik və iki il müddətində bundan imtina etdik. Yalnız iki ildən sonra komitə iclasları yenidən Azərbaycanda keçirildi”, - deyə Milli Məclisin sədri vurğulayıb.

Səməd Seyidova qarşı qərarın ədalətsiz olduğunu söyləyən Oqtay Əsədov bildirib ki, bu sanksiya bizə təsir göstərməyəcək. Biz Səməd Seyidovun fəaliyyətinə bələdik. O, nümayəndə heyətinin rəhbəri, komitə sədridir. Azərbaycan nümayəndə heyəti fəaliyyətini bundan sonra da davam etdirəcək.

Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, AŞPA-nın qərarı ikili standartların ölkəmizə birbaşa şamil olunmasıdır. O qeyd edib ki, AŞPA-da yüksək vəzifədə təmsil olunan insanlar qanun-qaydanı pozduğu halda heç bir sanksiyaya məruz qalmırlar. Azərbaycan torpaqlarını işğal edən, etnik təmizləmə siyasəti yürüdən Ermənistan belə sanksiyalara məruz qalmayıb. Ancaq Azərbaycan öz haqq sözünü ortaya qoyanda müəyyən sanksiyalara məruz qalır. Bu da ikili standartların olduğunu göstərir. Biz bu nöqteyi-nəzərdən çox düz yoldayıq. Bu, mənim üçün qüsur yox, şərəfdir. Çünki mən Azərbaycanın maraqlarını qoruyuram. Bir insan kimi bu, təbii ki, mənim üçün o qədər də asan deyil. Bu gün Azərbaycan Prezidentinin apardığı siyasət həm Avropada, həm də dünyada öz təsdiqini tapıb. Biz bu siyasətin bəhrəsini artıq görürük.

Mövzu ətrafında fikirlərini səsləndirən deputatlar da AŞPA-nın böhtan xarakterli sanksiyasının qərəzli olduğunu deyiblər. Qeyd olunub ki, AŞPA-da verilən qərarlar Azərbaycana, ölkəmizin iqtisadi inkişafına qısqanclıqla yanaşan qüvvələr tərəfindən atılan addımdır. Azərbaycanı gözü götürməyənlər ölkəmiz haqqında mənfi imic formalaşdırmaq istəyirlər.

Daha sonra Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı dinlənilib.

Hesablama Palatasının sədri bildirib ki, Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti ilə bağlı hesabat mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilərək təqdim olunub. Hesablama Palatasının Kollegiyası hesabat ili üzrə iş planına uyğun 59 və əvvəlki ildən başlayan və 2017-ci ildə sona çatan 1 tədbir olmaqla 60 nəzarət tədbirinin nəticələri ilə bağlı qərarlar qəbul edib. Nəzarət tədbirlərinin 10-nu analitik təhlil, 50-si audit formasında həyata keçirilib, həmin tədbirlər ümumilikdə 135 qurumu əhatə edib.

Hesabat ilində başa çatdırılmış tədbirlərin sayı 2016-cı il göstəricisindən 20,2 faiz az olsa da, tədbirlərin əhatə dairəsi genişləndirilib və əvvəlki illə müqayisədə təqribən 2 dəfə çoxdur. Əhatə edilmiş vəsaitlərin 79,2 faizi 2015-2016-cı illərə və 12,3 faizi 2017-ci ilə aid olub. Hesabat ilində dövlət büdcəsindən tam maliyyələşən təşkilatlarla yanaşı, beş səhmdar cəmiyyətin və bir məhdud məsuliyyətli cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti audit edilib, məcburi dövlət sosial sığorta haqlarının hesablanılması və ödənilməsi, sosial müavinətlərin və təqaüdlərin verilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini əhatə edən 6 nəzarət tədbiri də aparılıb.

2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dövlət maliyyə nəzarəti sahəsində islahatların tərkib hissəsi kimi bir sıra qanunvericilik aktlarında mühüm dəyişikliklər edilib. Dövlətimizin başçısı tərəfindən həyata keçirilmiş bu dəyişikliklər dövlət vəsaitlərinin nəzarətlə əhatəsinin daha da genişləndirilməsinə, dövlət vəsaitlərinin qənaətli, səmərəli və nəticəli istifadəsini təmin etməklə hesabatlılıq və şəffaflığın artırılmasına xidmət edir. Eyni zamanda, maliyyə və prosedur nöqsanların müəyyən edilməsinə sistemli yanaşmanın tətbiq edilməsinə və təsirli tədbirlərin həyata keçirilməsinə imkan yaradır.

Diqqətə çatdırılıb ki, nöqsan təsnifatına uyğun olaraq, səkkiz istiqamətdə Hesablama Palatası tərəfindən, ümumilikdə, 689 hal üzrə nöqsanlar müəyyən edilib. Bu, 1 audit tədbirinə orta hesabla 13,8 nöqsan düşdüyünü göstərir və bu da 2016-cı ilin göstəricisindən 2,6 vahid çoxdur. Hesabat ilində büdcə qanunvericiliyinin tələblərinə tam əməl edilməməsi, mühasibat uçotu və hesabatlılığın tərtibi, həmçinin dövlət satınalmaları ilə bağlı sahələrdə nöqsanların xüsusi çəkisi daha çoxdur. Vurğulanmalı məqamlardan biri isə hər üç istiqamət üzrə müəyyən edilmiş nöqsanların sayının bir nəzarət tədbirinə düşən orta göstəricisində də artımın olmasıdır. Nəzarət tədbirlərinin nəticəsi olaraq, 2017-ci ildə dövlət büdcəsinə 15,2 milyon manat, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə 1,1 milyon manat, dövlət-təsərrüfat qurumlarının hesablarına 1,7 milyon manat olmaqla, ümumilikdə, 18 milyon manat vəsaitin bərpasına nail olunub. Hesabat ilində xarici valyutada vəsaitin bərpa edildiyini nəzərə almasaq, manatla bərpa edilmiş vəsaitin məbləği 2016-cı ilin göstəricindən 50 faiz çoxdur və 2017-ci ildə Hesablama Palatasının saxlama xərclərini 5,4 dəfə üstələyir.

Ümumiyyətlə, bərpa edilmiş vəsaitlərin strukturunda 2016-cı ildə olduğu kimi, 2017-ci ildə də dövlət gəlirləri sahəsində qanunvericiliyin pozulması nəticəsində bərpa edilmiş vəsaitlərin xüsusi çəkisi daha böyük olub. Hesabat ilində bu, ümumi bərpanın 34,4 faizinə bərabərdir.

Vəsaitlərin bərpası ilə yanaşı, nəzarət tədbirlərinin nəticəsi kimi, bir sıra tədbirlər də həyata keçirilib. 2017-ci ildə 4,5 milyon manat məbləğində işlərin görülməsi, 323,1 min manat məbləğində inventar və avadanlığın qurumlara çatdırılması təmin edilib, dövlət büdcəsi qarşısında 9,3 milyon manat məbləğində borc bağlanılıb.

Vurğulanıb ki, bəzi istiqamətlərdə artıq ödənilmiş vəsaitlərin bərpası bu və ya digər səbəblərdən mümkün olmur. Eyni zamanda, artıq hesablanmış və ödənilmiş pensiya və müavinətlərin bərpasının hissə-hissə aparılması, müvafiq hüquqi məsuliyyətin müəyyən edilməsində mövcud olan problemlər həmin vəsaitlərin tam bərpa olunmaması riskini artırır.

Vəsaitlərin təyinatının dəyişdirilməsi hallarının qanunvericilik aktlarında müəyyənləşdirilmədiyini nəzərə alaraq Hesablama Palatası Vahid Büdcə Təsnifatı ilə müəyyən edilmiş funksional və iqtisadi təsnifat kodunun dəyişdirilməsi ilə yanaşı, funksional fəaliyyətə, xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə vəsaitin icra edilməsi hallarını təyinatın dəyişdirilməsi halları olaraq qəbul edir. Aparılmış tədbirlərlə təyinatın dəyişdirilməsi istiqamətində inzibati və cinayət məsuliyyətinin müəyyən edildiyi dövrədək 42,1 milyon manat məbləğində təyinat dəyişikliyinə yol verildiyi qənaətinə gəlinib. Hesablama Palatası vəsaitin təyinatının dəyişdirilməsi hallarının müəyyən edilməsi istiqamətində müvafiq təkliflərini 2016-cı ildə Nazirlər Kabinetinə təqdim edib.

Dövlət vəsaitlərinin təyinatı üzrə istifadəsi ilə yanaşı, səmərəli istifadəsi də vacib tələbdir və bir-biri ilə sıx əlaqəlidir. Hesablama Palatası 2017-ci ildə 26 qurumda 92 hal üzrə 83,3 milyon manat məbləğində vəsaitin səmərəsiz istifadəsinə yol verildiyini müəyyən edib.

Maliyyə-büdcə nəzarətinin əsas istiqamətlərindən biri kimi, aparılmış ekspert-analitik fəaliyyət çərçivəsində hesabat ilində 117 qurum üzrə büdcə vəsaitlərinin icrası ilə bağlı maliyyə hesabatlarının təhlili aparılıb, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının layihələrinə, dövlət büdcəsinin icrasına rəylər hazırlanaraq Milli Məclisə təqdim edilib.

2017-ci ildə ilk dəfə olaraq Hesablama Palatası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin layihəsinə rəyini hazırlayaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunması üçün müvafiq qaydada Müşahidə Şurasına təqdim edib.

Ekspert-analitik fəaliyyətlə əldə edilmiş nəticələr üzrə maliyyə inzibatçılığının gücləndirilməsi və büdcə qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı hazırlanmış 7 təklif Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilib.

Hesablama Palatası 2017-ci ildə digər nəzarət orqanları - xüsusilə hüquq mühafizə orqanları ilə sıx əməkdaşlığını davam etdirib. Hesabat ilində 4 auditin, o cümlədən dövlət satınalmaları ilə bağlı inzibati xəta halı üzrə 2 tədbirin, yol verilmiş qanunsuz ödənişlərə görə cinayət əlamətləri olan 12 iş olmaqla 2 audit tədbirinin, həmçinin 1 araşdırmanın nəticələri üzrə müvafiq materialları hüquq mühafizə orqanlarına göndərilib. Hüquq mühafizə orqanlarından Hesablama Palatasına təqdim edilmiş məlumatlara görə, hər bir iş üzrə cinayət işi açılıb və tədqiqatlar davam etdirilir.

V.Gülməmmədov deyib ki, 2016-cı ilin dövlət büdcəsinin icrası ilə bağlı hesabat ilində hazırlanmış rəylərin məlumatlılıq səviyyəsinin yüksəldilməsi istiqamətində atılan addımlar Hesablama Palatasının fəaliyyətinə dair beynəlxalq təşkilatlar tərəfindən aparılan dəyərləndirmələrdə yüksək qiymətləndirilib. Bildirilib ki, hesabat ili 2015-2017-ci illər üzrə Strateji İnkişaf Planının başa çatma ili olub və bu planla müəyyən edilmiş 5 istiqamət üzrə çoxsaylı tədbirlər həyata keçirilib.

Sonra hesabat səsə qoyularaq nəzərə alınıb.

İclasda “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olunub. Parlamentin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov qanun layihəsi barədə məlumat verib. Bildirib ki, “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi beş fəsil, 31 maddədən ibarətdir. Diqqətə çatdırılıb ki, bu qanun layihəsi Azərbaycan Respublikası Ələt azad iqtisadi zonasının fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edir. Valeh Ələsgərov ikinci oxunuşdan sonra layihəyə edilmiş dəyişiklikləri diqqətə çatdırdı.

Sonra qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

İclasda “Azərbaycan Respublikasının Hesablama Palatası haqqında” qanun layihəsi də ikinci oxunuşda müzakirəyə çıxarıldı. Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, ali audit qurumu olan Hesablama Palatasının fəaliyyətində son illər əhəmiyyətli keyfiyyət dəyişiklikləri baş verib. Lakin bu qurumun fəaliyyətini tənzimləyən və 1999-cu ildə qəbul edilmiş müvafiq qanun müasir dövrün tələblərinə cavab vermədiyi üçün yeni qanun layihəsi hazırlanıb və birinci oxunuşda Milli Məclisdə qəbul edilib.

Yeni qanunun qəbulu bu sahədə bir sıra problemlərin həllinə kömək edəcək. Birinci oxunuşdan sonra layihənin 41 maddəsinin 31-nə əlavə və dəyişikliklər edilib, layihə daha da təkmilləşdirilib.

Sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Daha sonra deputatlar Əmək Məcəlləsində, “Təhsil haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Dövlət qulluğu haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında” və “Dərman vasitələri haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrini nəzərdən keçiriblər.

Deputatlar qanun layihələri haqqında fikir və təkliflərini səsləndiriblər.

Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq təsdiqlənib.

Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb