Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin payız sessiyası başa çatmışdır

Bakı, 28 dekabr (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, dekabrın 28-də Milli Məclisin payız sessiyasının sonuncu iclası keçirilmişdir.

Milli Məclisin Sədri Oqtay Əsədov bildirmişdir ki, iclasın gündəliyinə 17 məsələ daxil edilmişdir.

Gündəliyin təsdiqindən sonra Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Vergi Məcəlləsinə və “Xüsusi iqtisadi zonalar haqqında” Qanuna təklif olunan dəyişikliklər barədə məlumat vermişdir. Bildirilmişdir ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, malların Azərbaycan ərazisinə müvəqqəti idxalına dair maddə daha da təkmilləşdirilir, “Xüsusi iqtisadi zonalar haqqında” Qanuna təklif olunan dəyişikliklər isə redaktə xarakterlidir.

Müzakirələrdən sonra hər iki qanun layihəsi səsə qoyularaq qəbul edilmişdir.

Sonra “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Sərhəd qoşunları haqqında” və “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunlara da dəyişikliklər olunmuşdur.

Milli Məclis Efiopiya Demokratik Respublikasında (Əddis-Əbəbə şəhərində) Azərbaycan Respublikasının səfirliyinin təsis edilməsinə də razılıq vermişdir.

İclasda “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Birgə Bəyanatı, “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında”, “Azərbaycan Respublikası Hökuməti və Bosniya və Herseqovina Nazirlər Şurası arasında diplomatik və xidməti pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” sazişlər, “Azərbaycan Respublikası Hökuməti və Bosniya və Herseqovina Nazirlər Şurası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiya təsdiq edilmişdir.

Bildirilmişdir ki, bu sənədlər ölkəmizin beynəlxalq münasibətlərinin inkişafına və Azərbaycan xalqının milli maraqlarına xidmət edir.

Deputatlar “Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında” Sazişə, eləcə də Azərbaycan Respublikasının İnzibati Xətalar, Əmək və Cinayət Məcəllələrinə təklif olunan dəyişikliklərə də münasibət bildirmişlər. Qeyd olunmuşdur ki, bu dəyişikliklər ölkə qanunvericiliyinin inkişafına xidmət edir. Sonra hər üç layihə səsə qoyularaq qəbul olunmuşdur.

“Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında” qanun layihəsi ilə bağlı bildirilmişdir ki, bu dəyişiklik Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə əhalinin gəlirlərinin artması istiqamətində həyata keçirilən sistemli tədbirlərdən biridir. Bu dəyişiklik banklarda əmanətləri olan əhalinin maraqlarına xidmət edir.

Layihənin əhəmiyyətini nəzərə alan deputatlar onu səsə qoyaraq qəbul etdilər.

Sonra Milli Məclisin deputatı Azay Quliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin müraciətinin mətnini oxumuşdur. Sənəd səsə qoyularaq təsdiq edilmişdir (müraciətin mətni qəzetlərin bugünkü nömrəsində dərc olunmuşdur).

İclasa yekun vuran parlamentin sədri Oqtay Əsədov bildirmişdir ki, bununla da Milli Məclisin payız sessiyasının sonuncu iclası başa çatır. Bu gün biz həm sessiyaya, həm də ilə yekun vururuq. Bu il ərzində 24 iclas keçirilmiş, payız sessiyasında 253 qanun və qərar qəbul edilmişdir.

Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətləri tam həcmdə yerinə yetirilmişdir. Milli Məclis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin və islahatların qanunvericilik bazasının möhkəmləndirilməsinə öz töhfəsini vermişdir.

Milli Məclisin sədri qeyd etmişdir ki, ötən dövrdə parlamentin xarici əlaqələri daha da inkişaf etdirilmişdir. Nümayəndə heyətlərimiz il ərzində 44 ölkəyə 297 səfər etmişlər. Millət vəkillərimiz 2 ölkədə keçirilən prezident seçkilərini, 7 ölkədə keçirilən parlament seçkilərini müşahidə etmiş, beynəlxalq fəaliyyətlərində çox aktiv olmuşlar.

Bu il 48 xarici dövlətin və 15 beynəlxalq təşkilatın 156 nümayəndə heyəti Milli Məclisdə olmuşdur. Ümumilikdə il ərzində parlamentdə 1091 nəfər xarici qonaqla görüş olmuş, 5 beynəlxalq tədbir keçirilmişdir. Milli Məclis nüfuzlu parlament qurumlarının toplantılarına ev sahibliyi etmişdir. Aprel ayının əvvəllərində Milli Məclisdə Avronest Parlament Assambleyasının 2-ci plenar sessiyası, noyabr ayının sonlarında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 40-cı plenar sessiyası, bu yaxınlarda isə GUAM Parlament Assambleyasının beşinci iclası keçirilmişdir. GUAM-ın tarixində ilk dəfə olaraq təşkilatın üzvü olan ölkələrdən başqa 5 beynəlxalq parlament təşkilatının nümayəndəsi bu tədbirdə iştirak etmişdir. Hər üç tədbir yüksək səviyyədə təşkil olunmuşdur və bunu iştirakçılar da, qonaqlar da xüsusi qeyd etmişlər.

Sədr diqqətə çatdırdı ki, Milli Məclisin uğurlu fəaliyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Hesab edirəm ki, xalqın maraqları üzərində qurulmuş bu siyasət elə Milli Məclisin də siyasətidir.

Oqtay Əsədov Prezident İlham Əliyevə, onun ailəsinə və Milli Məclisin deputatlarına və xalqımıza qarşıdan gələn bayramlar – Dünya Azərbaycanlılarının həmrəylik Günü və Yeni İl münasibətilə təbriklərini çatdırmışdır.

Sonra Milli Məclisin sədri Oqtay Əsədov payız sessiyasını bağlı elan etmiş və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.

Bununla da Milli Məclisin payız sessiyası başa çatmışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək