Azərbaycan Dövlət İnformasiya Agentliyi

MİLLİ MƏCLİSİN SƏDRİ MURTUZ ƏLƏSGƏROVUN ÇIXIŞI

Hörmətli mərasim iştirakçıları!

Azərbaycan xalqının bütün tarixi ərzində yetirdiyi ən böyük siyasi və dövlət xadimi olan ümummilli liderimiz Heydər Əliyev özünün möhtəşəm fəaliyyəti ilə bir həqiqəti təsdiq etmişdir: tarixi şəxsiyyətlər yaradır. Bu sözlər aforizm deyil, ictimai gerçəkliyə, müstəqil dövlətimizin yaxın tarixinə praqmatik baxışın ortaya çıxardığı nəticədir. Əksər hallarda, zaman keçdikcə böyük şəxsiyyətlər tarixin fövqünə yüksəlir, layiq olduqları yeri tuturlar. Lakin bəzən şəxsiyyətin tarixdə yerini müəyyənləşdirmək üçün zamana ehtiyac qalmır. Belə fenomenal şəxsiyyətlər bütövlükdə bir xalqın, bir millətin adını özündə ehtiva edirlər. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev məhz belə nadir, fenomenal şəxsiyyətlərdən biridir.

“Siz xoşbəxt xalqsınız ki, Heydər Əliyev kimi bir şəxsiyyət yetirmisiniz” kəlməsini dünyanın çağdaş düzümünü müəyyənləşdirən siyasətçilərin və dövlət xadimlərinin, politoloqların, ictimai xadimlərin dilindən dəfələrlə eşitmişik. Bu xoşbəxtliyi doya-doya yaşayaraq, “Heydər Əliyevsiz Azərbaycan, Azərbaycansız Heydər Əliyev yoxdur” həqiqətini çoxdan düşüncəmizə hakim etmişik. Bu, bənzətmə deyil, faktdır: dünyada Heydər Əliyev qədər xalqına yaxın, onun bütün milli xüsusiyyətlərini bilən, inkişafı üçün bütün səy və bacarığını sərf edən, öz xalqı ilə qürrələnən az siyasətçi tapmaq olar.

Azərbaycanın siyasi, ictimai, mədəni, sosial həyatının elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyev qüdrəti, Heydər Əliyev qayğısı, Heydər Əliyev yanğısı hiss edilməsin. Bəşər tarixində bu baxımdan böyük öndərimizlə müqayisə edilə biləcək dövlət xadimlərinin sayı olduqca azdır. Öz xalqını və dövlətini məhv olmaqdan xilas edən, tarixə Xilaskar və Qurucu kimi düşən dahilərin sayı isə daha azdır. Bəşəriyyətin çoxəsrlik tarixi ərzində yetişən bu dahi dövlət xadimləri içərisində ümummilli liderimiz Heydər Əliyev xüsusi yer tutur.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Abutalıb Səmədovun müəllifi olduğu “Böyük Xilaskar” və “Azərbaycanın qurtuluş tarixi” kitabları böyük öndərimiz Heydər Əliyevin xilaskarlıq missiyasına həsr olunmuşdur. Bu gün təqdimat mərasiminə toplaşdığımız bu kitablarda ötən əsrin 90-cı illərinin əvvəllərində məhv olmaq, parçalanmaq həddinə gətirilmiş Azərbaycan dövlətini xilas etmək üçün ümummilli liderimizin üzləşdiyi təhlükələr, çəkdiyi əziyyətlər, göstərdiyi fədakarlıq və qəhrəmanlıq geniş əksini tapmışdır.

Təbiətin dəyişməz qanunları bizi 1993-cü ilin vahiməli günlərindən uzaqlaşdırdıqca, tariximizin bu dönüş məqamında, Azərbaycanın “olum ya ölüm” ayrıcında qaldığı çağlarda canlı şahidi olduğumuz vətəndaş hünərinin, siyasətçi qəhrəmanlığının qədir-qiymətini daha yaxşı anlayırıq. Ölkədə faktiki olaraq qardaş qırğını başlanmış, erməni işğalı, separatçılıq meyilləri dövlətin mövcudluğu üçün böyük təhlükə yaratmışdı. Azərbaycan bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək fəlakətinin bir addımlığında idi.

O vaxt elə görünürdü ki, Azərbaycan hər tərəfdən onun üstünə ayaq açan təhlükələrin qarşısında duruş gətirə bilməyəcək, çətinliklə əldə etdiyi müstəqilliyi, əsrin əvvəllərindəki kimi, yenə də itirəcək, xalqımız kölə vəziyyətinə düşəcəkdir.

Lakin xoşbəxtlikdən belə olmadı, çünki Azərbaycan xalqının Heydər Əliyev kimi dahi övladı vardı. Dar ayaqda xalq öz övladını köməyə çağırdı, Heydər Əliyev isə canından artıq sevdiyi xalqının səsini eşidib, onun imdadına çatdı. “Xalq mənə ümid bəsləyir. Mən də bu ümidi doğrultmaq üçün həyatımın qalan hissəsini xalqa bağışlamışam və ona qurban veməyə hazıram” söyləyərək, özünü alovlara atdı.

Əslinə qalsa, Azərbaycanın faciələrinin əsası 1987-ci ilin oktyabr ayında Heydər Əliyev SSRİ rəhbərliyində tutduğu yüksək vəzifələrdən uzaqlaşdırıldıqdan sonra qoyulmuşdu. Məhz bu istefa Azərbaycana qarşı hazırlanmış məkrli planların həyata keçirilməsi yolunda ilk addım oldu. Təsadüfi deyildi ki, bu hadisədən heç bir ay keçməmiş “Dağlıq Qarabağ problemi” ortaya atıldı və bundan sonra Azərbaycan öz tarixinin ən dəhşətli faciələrini yaşadı. Həmin faciəli dövrdə bütün təhlükələrə baxmayaraq, Azərbaycana qayıdan Heydər Əliyevə Bakıda yaşamağa imkan vermədilər və o, Naxçıvana getmək məcburiyyətində qaldı. Bu tarixi qayıdışdan sonra qədim Naxçıvan torpağı müstəqillik uğrunda mübarizəmizin önünə çıxdı və xalqımızın müstəqilliyə qovuşmasında müstəsna rol oynadı.

Həmin dövrdə blokada şəraitində yaşamasına baxmayaraq, dayanmadan inkişaf edən Naxçıvandan fərqli olaraq, respublikanın digər yerlərində vəziyyət sürətlə pisləşirdi. 1993-cü ilin əvvəllərində respublikada hakimiyyət tam iflic vəziyyətinə düşmüşdü.

AXC-Müsavat rejiminin səriştəsizliyi və acizliyi üzündən hərc-mərcliyin dövlət həyatının bütün sahələrinə sirayət etməsindən, ölkədə hökm sürən başıpozuqluqdan, hakimiyyət uğrunda didişmədən, əslində, milli ordunun olmamasından istifadə edən təcavüzkar Ermənistan öz havadarlarının köməyinə arxalanaraq, torpaqlarımızı işğal edir, yüz minlərlə soydaşımızı yerindən-yurdundan didərgin salırdı. Sürətlə gedən dağılma prosesinin məntiqi nəticəsi kimi, 1993-cü ilin ortalarında Azərbaycan real vətəndaş müharibəsi, təhlükəli separatçılıq meyilləri ilə üz-üzə dayanmışdı.

Belə bir çıxılmaz şəraitdə Azərbaycan xalqı yeganə ümidini Heydər Əliyevə bağlamışdı, ölkənin düşdüyü ağır bəlalardan yalnız onun zəkası sayəsində xilas ediləcəyinə inanırdı.

1993-cü ilin iyununda, Azərbaycan millətinin və dövlətçiliyinin müqəddəratının həll edildiyi bir məqamda xalq öz qeyrətli oğlunu haraya çağırdı, Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşdi. Möhtərəm Heydər Əliyev bütün xalqın arzu və təkidi ilə yenidən hakimiyyətə gəldikdən sonra dövlətimizin əsil müstəqillik tarixi başlandı.

Həqiqi lider olan nəhəng şəxsiyyətlərin tarixi qayıdışı nadir hadisədir, onun şahidi olmaq heç də hər nəslin qismətinə düşmür. Bu mənada biz özümüzü xoşbəxt insanlar saya bilərik, ona görə ki, zəmanəmizin böyük siyasi möcüzələrindən birinin – Heydər Əliyevin tarixi qayıdışının şahidləriyik.

Sözün həqiqi mənasında, dünya siyasətçisi olan Heydər Əliyevin həmin faciəli günlərdə həyata keçirdiklərini başqa cür deyil, yalnız siyasi qəhrəmanlıq, vətəndaş hünəri adlandırmaq olar. Bu gün tam inamla söyləmək olar ki, əgər o vaxt ölkədə baş verən hadisələrə Heydər Əliyevin şəxsi müdaxiləsi olmasaydı, Azərbaycan adlı dövlətin varlığına çoxdan son qoyulmuşdu.

Tamamilə təbiidir ki, sonralar ölkənin qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq, möhtərəm Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü “Milli qurtuluş günü” kimi dəyərləndirmişdir. Milli Məclisin həmin tarixi qərarında deyilir: “Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq, ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsil mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan böyük ürəkli vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi”.

Azərbaycan dövlətinin xilaskarı, ümummilli liderimiz Heydər Əliyevin Vətənimiz naminə apardığı qəhrəmanlıq mübarizəsinə həsr olunmuş “Böyük Xilaskar” və “Azərbaycanın qurtuluş tarixi” kitabları son dərəcə dəyərli əsərlərdir. Milli Məclisin deputatı Abutalıb Səmədovun ciddi axtarışlarının və böyük zəhmətinin nəticəsi olan bu kitablar tariximizin ən şərəfli səhifələrini öyrənməkdə gələcək nəsillərə yardımçı olacaqdır. Eyni zamanda inanıram ki, arxiv materialları və rəsmi sənədlərə əsasən yazılmış bu kitablar yaxın tariximizi saxtalaşdırmağa, təhrif etməyə çalışanlara qarşı mübarizədə də mühüm rol oynayacaqdır.

Hörmətli mərasim iştirakçıları!

İcazə verin, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövləti və xalqı naminə müqəddəs mübarizəsinə həsr olunmuş “Böyük Xilaskar” və “Azərbaycanın qurtuluş tarixi” kitablarının təqdimat mərasimini açıq elan edim.

X X X

Çıxış üçün Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə söz verilidi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir