REGİONLAR
Milli-mənəvi dəyərlərimizin inkişafında qadınların müstəsna rolu var
![](/files/galleryphoto/2019/1/1200x630/15519455351482842117_1200x630.jpg)
![](/files/galleryphoto/2019/1/1200x630/15519455356203139615_1200x630.jpg)
![](/files/galleryphoto/2019/1/1200x630/15519455354245945791_1200x630.jpg)
![](/files/galleryphoto/2019/1/1200x630/15519455352159238954_1200x630.jpg)
![](/files/galleryphoto/2019/1/1200x630/15519455351896317728_1200x630.jpg)
![](/files/galleryphoto/2019/1/1200x630/15519455355163729271_1200x630.jpg)
![](/files/galleryphoto/2019/1/1200x630/15519455354535033343_1200x630.jpg)
![](/files/galleryphoto/2019/1/1200x630/15519455353328419765_1200x630.jpg)
![](/files/galleryphoto/2019/1/1200x630/15519455354414527693_1200x630.jpg)
![](/files/galleryphoto/2019/1/1200x630/1551945535308865952_1200x630.jpg)
![](/files/galleryphoto/2019/1/1200x630/15519455353594155277_1200x630.jpg)
![](/files/galleryphoto/2019/1/1200x630/15519455353133256297_1200x630.jpg)
Quba, 7 mart , Elxan Yusifli, AZƏRTAC
Milli-mənəvi dəyərlərimizin formalaşması, qorunması və inkişafında qadınların müstəsna rolu var. Hazırda Quba rayonunda 10-dan çox qadın sahibkar fəaliyyət göstərir. Təhsil sahəsində çalışan iki minə yaxın qadından 21 nəfəri məktəb direktoru, 15-i isə bağça müdirləridir. Rayon bələdiyyələrindən 3-nün sədri qadındır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Qubada 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən bayram tədbirində söhbət açılıb.
Rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxışında zərif cinsin nümayəndələrini əlamətdar bayram münasibətilə təbrik edib, Azərbaycan qadınlarının respublikanın ictimai-siyasi həyatında mühüm rolundan danışıb. Qeyd olunub ki, milli-mənəvi dəyərlərimizin formalaşması, qorunması və inkişafında qadınların müstəsna rolu var.
Çıxış edənlər ölkəmizdə qadınlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə bir qrup fəal qadına rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunub.
Bayram tədbirində yerli və paytaxtdan gələn incəsənət nümayəndələri konsert proqramı ilə çıxış ediblər.