Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Mina qurbanları, onların ailə üzvləri və Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin AŞPA prezidenti Tini Koksa birgə müraciəti

Mina qurbanları, onların ailə üzvləri və Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin AŞPA prezidenti Tini Koksa birgə müraciəti

Bakı, 22 noyabr, AZƏRTAC

Mina qurbanları, onların ailə üzvləri və Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Tini Koksa birgə müraciət ünvanlayıblar.

AZƏRTAC müraciəti təqdim edir.

“Biz - Ermənistanın və onun hərbi birləşmələrinin mina terrorundan əziyyət çəkən qurbanlar, onların ailə üzvləri, yaxınları, bu sahədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları olaraq, Avropa Şurası Parlament Assambleyasının prezidenti cənab Tini Koksa, AŞPA deputatlarına açıq məktubla müraciət edirik. Biz bu günlərdə Bakıda səfərdə olmuş AŞPA-nın Azərbaycan üzrə məruzəçisinin Ermənistanın Azərbaycana qarşı mina müharibəsində zərər çəkmiş şəxslərlə, onların ailə üzvləri, mina problemi üzrə ixtisaslaşmış QHT-lərlə görüşlərdən imtina etməsini Avropa Şurası dəyərlərinin ələ salınması, insan hüquq və azadlıqlarına qarşı hörmətsizlik kimi qəbul edirik.

AŞPA kimi özünü insan hüquqları təsisatı adlandıran bir təşkilatın bəzi dövlətlərin, dairələrin əlində oyuncağa çevrilməsini qəti şəkildə pisləyirik. Azərbaycanın hazırda ən böyük problemi olan mina məsələsinə bu cür münasibət bəsləyən, bu barədə susan, mina qurbanları ilə görüşməyə üzü olmayan təşkilat xəcalət çəkməlidir.

AŞPA nümayəndələrinin bu davranışı Ermənistanın mina terroruna birbaşa dəstək olmaqla, iyrənc hərəkətdir.

Yaxın müddətə qədər işğaldan azad edilən ərazilərdə 1 milyondan artıq mina və partlamamış hərbi sursat olması ehtimal olunurdu. 2020-ci ildə 44 günlük müharibədən sonra da Ermənistan Laçın yolu ilə minalar daşıyaraq Azərbaycan ərazilərində basdırmaqda davam etdi. Biz unutmamışıq ki, Avropa Şurası Parlament Assambleyası buna etiraz etmək əvəzinə, Laçın yolunda Ermənistanın qanunsuz hərbi birləşmələrinin və yüklərinin Azərbaycan ərazilərinə maneəsiz keçidini, başqa dövlətin torpaqlarında terrorçuluq fəaliyyətini davam etdirməsini müdafiə etdi. 2023-cü il sentyabrın 19-20-də uğurlu antiterror tədbirləri nəticəsində nəzarətə götürülmüş ərazilərdə daha 500 mindən artıq mina və partlamamış sursat olduğu üzə çıxdı. Bu, o deməkdir ki, son 3 ildə Azərbaycan ərazilərinin minalanması bir gün də olsun dayanmayıb, əksinə, daha da artıb. Mina ilə əlaqədar beynəlxalq hesabat sənədlərində Ermənistanın mina istehsal edən ölkələr siyahısına daxil etməsi bunun növbəti sübutudur. Dünyada Azərbaycan qədər mina ilə çirklənmiş ikinci ölkə tapmaq çətindir. Laçın yolu vasitəsilə Ermənistanın Azərbaycana mina daşımasını qızğın müdafiə edənlərdən biri elə indi Azərbaycana göndərdiyiniz Liz Kristoffersen idi.

Buna görə də mina qurbanları Avropa Şurasının bu utancverici münasibətindən, Azərbaycana qarşı ikili standartlarından təəccüblənmir. Ötən dövrdə Avropa Şurası Parlament Assambleyası bir dəfə də olsun üzv dövlət kimi Ermənistana Azərbaycan torpaqlarından hərbi birləşmələrini geri çəkməyə, mina xəritələrini təhvil verməyə çağırış etmədi. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün ötən illər ərzində Avropa Şurası Parlament Assambleyasında kök salan islamofobiyanın, ksenofobiyanın, azərbaycanofobiyanın, lobbi və korrupsiya şəbəkəsinin qurbanı oldu, onların insan hüquq və azadlıqları Fransada mənzillənmiş beynəlxalq təşkilatda heçə sayıldı.

Bizim müraciətimizdən sonra da Avropa Şurası Parlament Assambleyasının prezidenti kimi siz buna susacaqsınızsa, daha insan hüquq və azadlıqlarından danışmağa mənəvi haqqınız olmamalıdır.

Bizi qəbul edin və dinləyin. Ermənistanın mina terrorundan necə əziyyət çəkdiyimizi, nələr itirdiyimizi, ailələrimizin, yaxınlarımızın əlilliyimizə görə hansı iztirablar içərisində olduğunu görün. Biz də insanıq, bizim də hüquqlarımız və arzularımız var. Əgər Avropa Şurası, Avropa Şurasının Parlament Assambleyası həqiqətən insan hüquqları təsisatıdırsa, bizi eşitmək, bizə kömək etmək onun əsas öhdəliyi olmalıdır.

İmzalar:

1. Qasımov Rey - “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri;

2. Səfixanov Hafiz - “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri;

3. Mirzəyev Umud - Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti;

4. Minadan zərərçəkən Məmmədov Zabil Əlastan oğlu;

5. Minadan zərərçəkən Məmmədzadə Vidadi Vəli oğlu;

6. Minadan zərərçəkən Zeynalov Telman Bəbir oğlu;

7. Mina partlayışı nəticəsində həlak olan Əhmədov Yasin Ələsgər oğlunun ailə üzvü Əhmədov Ələsgər Əziz oğlu;

8. Minadan zərərçəkən Əhmədov Asif Ələsgər oğlu;

9. Minadan zərərçəkən Xudiyev Asəf Mürsəl oğlu;

10. Minadan zərərçəkən Babayev Ramil Nazim oğlu;

11. Mina hadisəsi nəticəsində həlak olmuş Yaqubov Fəxrəddin Yaqub oğlunun ailə üzvü Yaqubov Elşən Yaqub oğlu;

12. Mina hadisəsi nəticəsində həlak olmuş Qəhrəmanov Üzeyir Xəlil oğlunun ailə üzvü Qəhrəmanov Məhəmməd Xəlil oğlu;

13. Mina hadisəsi nəticəsində həlak olmuş Hacıyev Şakir Məhərrəm oğlunun ailə üzvü Hacıyeva Şəbnəm Şakir qızı;

14. Mina hadisəsi nəticəsində həlak olmuş Hacıyev Firuddin Məhərrəm oğlunun ailə üzvü Qədimzadə Tural Firuddin oğlu;

15. Mina hadisəsi nəticəsində həlak olmuş Hüseynov Zülfüqar Adışirin oğlunun ailə üzvü Hüseynov Adışirin Zülfüqar oğlu;

16. Mina hadisəsi nəticəsində həlak olmuş Adilzadə Zibeydə Şakir qızının ailə üzvü Səfərov Samir Məhərrəm oğlu;

17. Minadan zərərçəkən Əhmədov Toğrul Vilayət oğlu;

18. Minadan zərərçəkən Əhmədov Orxan Kamil oğlu;

19. Mina hadisəsi nəticəsində həlak olmuş Babayev Zabil Qabil oğlunun ailə üzvü Babayev Fədakar Qabil oğlu;

20. Minadan zərərçəkən Ələkbərov Elgün Mahmud oğlu;

21. Minadan zərərçəkən Mirzəyev Elməddin Tofiq oğlu;

22. Mina hadisəsi nəticəsində həlak olmuş İmanov Bəhruz Telman oğlunun ailə üzvü İmanov Azad Telman oğlu;

23. Minadan zərərçəkən Muxtarov Azad Aydın oğlu;

24. Mina hadisəsi nəticəsində həlak olmuş Quliyev Mehman Allahverdi oğlunun ailə üzvü Quliyev Şahin Allahverdi oğlu;

25. Mina partlayışı nəticəsində həlak olmuş Ələsgərov Müstəqim Allahverən oğlunun ailə üzvü Ələsgərov Şaiq Müstəqim oğlu;

26. Minadan zərərçəkən Verdiyev Niyaməddin Hikmət oğlu;

27. Minadan zərərçəkən Əzimzadə Hafiz Səlim oğlu;

28. Mina hadisəsi nəticəsində həlak olmuş Hüseynov Bayram və Hüseynov Razinin, o cümlədən xəsarət almış Hüseynov Anarın atası, minadan zərərçəkən Hüseynov Akif Muxtar oğlu;

29. Minadan zərərçəkən Məmmədov Emin Həsən oğlu;

30. Minadan zərərçəkən Quliyev Arif Sabir oğlu;

31. Mina hadisəsi nəticəsində həlak olmuş Abışov Sirac Abış oğlunun ailə üzvü Səmədov Şirzad Abış oğlu;

32. Mina hadisəsi nəticəsində həlak olmuş İbrahimov Məhərrəm Əli oğlunun ailə üzvü İbrahimov Əsgər Əli oğlu;

33. Minadan zərərçəkən Aslanov Xanlar Fazil oğlu;

34. Mina hadisəsi nəticəsində həlak olmuş Həmidov Elsəvər Sovet oğlunun ailə üzvü Həmidov Faiq Sovet oğlu;

35. Minadan zərərçəkən Əbilov Mahir Ramiz oğlu;

36. Mina hadisəsi nəticəsində həlak olmuş Qəndiyev Vüsal Firuddin oğlunun ailə üzvü Qəndiyev Firuddin İsmayıl oğlu;

37. Minadan zərərçəkən Vəliyev Ruhin Sultan oğlu;

38. Minadan zərərçəkən Cabbarov Nicat Novruz oğlu;

39. Minadan zərərçəkən Pənahov Rodik Şəmsəddin oğlu;

40. Minadan zərərçəkən Əliyarov Sadir Heydər oğlu;

41. Minadan zərərçəkən Əsgərov Elnur Asif oğlu;

42. Mina hadisəsi nəticəsində həlak olmuş Alışov Oktay Bayram oğlunun ailə üzvü Alışov Nəsib Oktay oğlu;

43. Mina hadisəsi nəticəsində həlak olmuş Mahmudov Bəxtiyar Mahmud oğlunun ailə üzvü Mahmudov Şəhriyar Mahmud oğlu;

44. Minadan zərərçəkən Qurbanov Abdulla Novruz oğlu;

45. Minadan zərərçəkən Novruzov Ruhin Ələddin oğlu;

46. Minadan zərərçəkən Cəfərova Tamam Aslan qızı;

47. Minadan zərərçəkən Babaşov Xəzər Tarıyel oğlu;

48. Minadan zərərçəkən Ələsgərov Abdulla Həmid oğlu;

49. Minadan zərərçəkən Əsgərov Məsim Həsən oğlu;

50. Minadan zərərçəkən Əliyev Sahib İsa oğlu;

51. Minadan zərərçəkən Sadıxov Samir Sabiroviçin ailə üzvü Sadıxov Eldar Sabiroviç;

52. Minadan zərərçəkən Quliyev Fərhad Hüseynağa oğlunun ailə üzvü Quliyev Famil Hüseynağa oğlu;

53. Minadan zərərçəkən Həsənov Zaməddin Qələndər oğlu;

54. Minadan zərərçəkən Əbilov Famil İlyas oğlunun ailə üzvü Əbilov Amil İlyas oğlu;

55. Minadan zərərçəkən Nurəliyev Elçin Xanbala oğlunun ailə üzvü Nurəliyev Əhmədağa Xanbala oğlu;

56. Minadan zərərçəkən Ağalarov Əli Əlibaba oğlu;

57. Minadan zərərçəkən Hüseynov Asif Novruz oğlunun ailə üzvü Hüseynov Vüsal Asif oğlu”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransa klubunun futbolçusu skuterlə adam öldürüb

DSMF sədri Belarusun ƏSMF rəhbəri ilə əməkdaşlıq perspektivini müzakirə edib

“Baku Open 2024” Beynəlxalq Şahmat Festivalında V tur başa çatıb

BMU-nu 97.8 balla bitirən məzun magistratura təhsilini süni intellekt ixtisası üzrə davam etdirəcək

Fransanın daxili işlər naziri parlament seçkilərindən sonra istefa verəcək

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında keçirilən görüşdə iştirak etmək üçün “Müstəqillik” Sarayına gəlib YENİLƏNİB

Şanxay Əməkdaşlıq Təşkilatının Astana Bəyannaməsi qəbul edilib

“Azəri-Çıraq-Günəşli”nin gəlirləri açıqlanıb

Avro-2024: Niderland –Türkiyə oyununu idarə edəcək hakimlərin adı açıqlanıb

Ötən ay hər bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımın məbləği 2,68 faiz artıb

Azərbaycanın Çinlə münasibətlərinin qarşılıqlı faydaya əsaslanması milli maraqlarımız baxımından xüsusi əhəmiyyətə malikdir - ŞƏRH

MEDİA-nın və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Media ayı” başa çatıb

Şəkidə 64 yaşlı piyadanı maşın vurub

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yaradılmasından 5 il ötür

Botanika İnstitutu ilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun birgə araşdırmaları davam etdirilir

Mərkəzi Bank: Bugünkü hərracda tələb 61,3 milyon dollar təşkil edib

Yasamalda evin qanunsuz sökülməsi ilə bağlı vətəndaşın iddiası araşdırılıb

Anastasiya Lavrina: Böhtan xarakterli qətnamə layihələri ABŞ-ın Azərbaycandakı nüfuzuna xələl gətirir

Mütəxəssis: Vətəndaş kağız üzərində yazılan resept əvəzinə həkimdən elektron resept tələb edə bilər

Azərbaycan həndbol millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılıb EKSKLÜZİV

“SABAH-ın məzunu – 2024” mərasimi keçirilib

Kürdəmirdə yol qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb

Avropa çempionatı: Azərbaycan güləş millisi komanda hesabında üçüncü olub

FHN: Ötən sutka ərzində 39 halda yanğına çıxış olub

Magistraturaya ən aşağı müsabiqə vəziyyətinin olduğu sahələrin adları açıqlanıb

İşğaldan azad edilmiş ərazilərə səfəri təşkil olunan diaspor nümayəndələrinin sayı açıqlanıb

Ceff Bezos “Amazon”un 5 milyard dollarlıq səhmlərini satışa çıxaracaq

Azərbaycanı Cənubi Koreyada təmsil edəcək parataekvondoçular müəyyənləşib

ADMİU məzununun quruluş verdiyi əsər Gənc Tamaşaçılar Teatrının səhnəsində

Ali məktəblərin magistratura səviyyəsinə ayrılmış plan yerlərinin 84.69 faizi dolub

Salyanda pambıq sahələrinə bioloji mübarizə üçün trixoqramma həşəratı buraxılıb

Tramp rəqibi Baydenin seçki yarışından çəkiləcəyini düşünür

Paytaxt məktəblərinin məzunlarına attestatlar verilir

İranda prezident seçkilərinin ikinci turu öncəsi sükut günü başlayıb

6 qitədən, 65 ölkədən 350-yə yaxın çaynik kolleksiyası - Azərbaycanda bir ilk REPORTAJ VİDEO

AFFA rəsmisi Emin Cəfərov UEFA-dan təyinat alıb

Hindistanın Assam ştatında daşqınlar 1,6 milyon insana ziyan vurub

® “Bakcell” ölkədə ilk dəfə VoWiFi texnologiyasını təqdim edib

Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanı təşkil olunacaq

Lionel Messi Amerika Kubokunun 1/4 final mərhələsinin oyununu buraxa bilər

BANM-də “Açıq qapı” günü

Çindən Bakıya Orta Dəhlizlə müntəzəm konteyner blok qatarların göndərilməsinə başlanılıb

Azərbaycan Prezidenti: Bölgədə davamlı sülhün bərqərar olunması prosesinə ABŞ-ın hər zaman dəstək vermək əzmini təqdir edirik

Prezident İlham Əliyev: Azərbaycan ABŞ ilə münasibətlərinə xüsusi əhəmiyyət verir

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Cozef Baydenə

Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında görüş keçirilib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlı bir sıra qaydalar təsdiqlənib

AQTA sədri Ağdam rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək

Lənkəranın bir sıra kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Qarsda “Qərbi Azərbaycana qayıdış” mövzusunda forum keçirilib

Bu il “SABAH” qruplarından 1066 tələbə məzun olur

Azərbaycan ilə Özbəkistan mərkəzi bankları arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının təşkili və keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bülbül vokal məktəbi” tələbə qəbulu elan edir

Taxıl sahələrinin 62,8 faizində biçin başa çatıb - 2 milyon tondan çox məhsul yığılıb

Dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin vəzifələrinin siyahısının, onların geyim formasının, fərqlənmə nişanlarının təsvirinin və daşınması Qaydasının təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Braziliya millisinin tanınmış üzvü İtaliya klubuna keçib

Sürət qatarı sayəsində Ankaradan İstanbula 80 dəqiqə ərzində çatmaq mümkün olacaq

Ötən gün 2 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb

Azərbaycan və Ukrayna münasibətlərinə həsr olunan kitabın növbəti cildi çapdan çıxıb

DİN: İyulun 3-də 3 tüfəng təhvil götürülüb, axtarışda olan 2 nəfər istintaqa təhvil verilib

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində ötən dövrdə 570-dək benefisiar təlimlərə cəlb olunub

DİN: Ötən gün 31 cinayətin üstünün açılması təmin olunub

Azərbaycan millisinin futbolçusu Polşa klubundan ayrılıb

Birinci yarımildə Energetika Nazirliyinə 3 minə yaxın zəng daxil olub

XİN: İQAK-ın Azərbaycanla bağlı ictimai bəyanatı hüquqi baxımdan sual yaradır

Belarus ŞƏT-in tamhüquqlu üzvü oldu

İyulun 7-də 47500-dən çox abituriyentin II və III ixtisas qrupları üzrə imtahan verməsi gözlənilir

Bu gün Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir

Qobustan rayonunda təsərrüfatların 90 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

Astanada ŞƏT-in Zirvə toplantısı keçirilir

İraqın Ali Məhkəmə Şurasının sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib VİDEO

Dünya birjalarında neft ucuzlaşıb

Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti başlayıb

FHN qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Göyçayda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanılıb

Azərbaycan nefti ucuzlaşıb

Bu ilin 6 ayı ərzində 10 rayonda keçirilmiş Aqrar Biznes festivallarında 6756 fermer iştirak edib

Paytaxtın 4 rayonunun qaz təchizatında fasilə yaranacaq

Çində süni intellekt sənayesinin həcmi 70 milyard dolları ötüb

Əlilliyi olan daha 18 gənc Türkiyəyə təcrübə kursuna yola salınıb

Otuz ildən artıq məhkumluq həyatı yaşayan Saatlı sakinindən “Makarov” götürülüb

Prezident İlham Əliyevin Astana Sammitində iştirakı Azərbaycana bir sıra üstünlüklər qazandırır - ŞƏRH

ABŞ Yaponiyada 48 ədəd F-35A qırıcısı yerləşdirməyi planlaşdırır

Yaponiyada 5,4 bal gücündə zəlzələ baş verib

CNN: İsrail və HƏMAS atəşkəs razılaşmasına yaxındır

Ali Radanın deputatı: Ukraynaya F-16 qırıcıları bu ay gətiriləcək

Paytaxtın Mikayıl Müşfiq küçəsində avtobusların hərəkəti məhdudlaşdırılır

Sorğu: Amerikalıların 80 faizi Baydenin yenidən prezident seçilmək üçün çox yaşlı olduğunu düşünürlər

Beyindəki zaman hüceyrələri alimləri təəccübləndirib

Estoniya əcnəbilərin ölkədə hərbi təlim keçməsinə icazə verilməsini təklif edib

İspaniyadakı qəbiristanlıqlar Günəş enerjisi sahələrinə çevriləcək

ABŞ Ukraynaya 2,3 milyard dollarlıq yardım paketini təsdiqləyib

COP29 iştirakçı ölkələr üçün iqlim böhranının həlli istiqamətində konkret addımlar atmağa bir fürsətdir

ABŞ-da sursat istehsal edən zavodda partlayış olub, xəsarət alanlar var

İsraildə Qərbi Nil qızdırmasından 11 nəfər ölüb

Araşdırma: 390 min insanın məlumatları əsasında multivitaminlərin ömrü uzatmadığı müəyyənləşib

İsrail girovlarla bağlı HƏMAS-dan cavab aldığını bildirib

Ağ ev: Bayden seçki kampaniyasını tərk etməyi düşünmür