Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mingəçevir Dövlət Universiteti və Ankara Hacı Bayram Veli Universitetinin birgə təşkilatçılığı ilə konfrans keçirilib

Bakı, 26 may, AZƏRTAC

Mingəçevir Dövlət Universiteti (MDU) və Ankara Hacı Bayram Veli Universiteti (AHBVU) arasında əməkdaşlıq çərçivəsində “Tarixi Zəfərdən sonra və postpandemiya dövründə Azərbaycan-Türkiyə turizm əməkdaşlığında yeni imkanlar” mövzusunda birgə elmi konfrans keçirilib.

MDU-dan AZƏRTAC-a bildiriblər ki, “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən konfransın açılışında iştirakçıları salamlayan AHBVU-nun rektoru Yusuf Tekin, ilk növbədə, iki qardaş ölkənin universitetləri arasında işbirliyindən məmnunluğunu ifadə edib. AHBVU olaraq MDU ilə hərtərəfli əməkdaşlığa daim açıq olduqlarını bəyan edən Y.Tekin uğurla davam edən birgə tədbirlərin qarşılıqlı faydalılığından söz açıb.

Turizm təhsilinin inkişaf etdirilməsinin ikitərəfli əməkdaşlıqda əsas hədəflərdən biri olduğunu qeyd edən rektor yaxın gələcəkdə MDU ilə işbirliyinin yeni keyfiyyət səviyyəsinə yüksələcəyinə əminliyini bildirib.

Tarixi Zəfərdən sonra işğaldan azad edilmiş bölgələrə əhəmiyyətli dərəcədə artan turizm maraqlarının yeni imkanlar yaratdığını vurğulayan Y.Tekin birgə konfransın mövzusunun aktuallığını diqqətə çatdırıb. O, qardaş universitetlər arasında işbirliyinin inkişafına göstərdikləri dəstəyə görə bütün akademik və inzibati heyət üzvlərinə təşəkkür edib və konfransın işinə uğurlar arzulayıb.

Açılış nitqində Türkiyənin çağdaş və yenilikçi ali təhsil müəssisələrindən biri olan AHBVU ilə işbirliyindən məmnun olduğunu qeyd edən MDU-nun rektoru Şahin Bayramov birgə təşkil edilən konfransı ikitərəfli əməkdaşlıq çərçivəsində atılan növbəti uğurlu addım kimi dəyərləndirib.

Ş.Bayramov Müzəffər Ali Baş Komandanımızın və qəhrəman Azərbaycan əsgərinin sayəsində 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərin ölkəmizin yeni mərhələdə inkişafı üçün böyük imkanlar qazandırdığını diqqətə çatdırıb. Doğma Qarabağın dirçəldilməsi, eləcə də bölgənin zəngin turizm potensialının inkişaf etdirilməsinin dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edən rektor birgə konfransın əhəmiyyətini vurğulayıb.

Azərbaycan-Türkiyə qardaşlığının nümunələrindən biri kimi qiymətləndirilə bilən universitetlər arasında qarşılıqlı faydalı əməkdaşlığın davamlı olmasını arzulayan rektor birgə konfransın keçirilməsində dəstəyi olan hər iki ali təhsil müəssisəsinin əməkdaşlarına, məruzəçilərə və iştirakçılara təşəkkürünü bildirib.

Konfransın moderatoru, AHBVU-nun professoru Azize Hassan açılış nitqlərindən sonra proqramda nəzərdə tutulmuş mövzuları diqqətə çatdırıb və sözü məruzəçilərə verib.

“Türkiyə ali təhsil sistemində turizm” mövzusunda çıxış edən AHBVU-nun professoru Selma Meydan Uygur turizm təhsilinin məzmunu, əhəmiyyəti və məqsədləri, Türkiyədə turizm təhsilinin tarixi inkişafı və mövcud vəziyyəti, turizm təhsilinin quruluşu və formalarından danışıb, AHBVU Turizm fakültəsinin ali təhsil proqramları, tədris planları və beynəlxalq mübadilə proqramları haqqında ətraflı məlumat verib, Turizm Tətbiq və Araşdırma Mərkəzinin fəaliyyətindən söhbət açıb.

“COVID-19 pandemiyası dövründə Türkiyə turizminə gələcək baxış” mövzusunda çıxış edən AHBVU-nun professoru Bilgehan Gülcan pandemiyadan əvvəl dünyada və Türkiyədə turizmin inkişafı, Türkiyənin qlobal turizm bazarında mövqeyi, pandemiyanın qlobal turizmə təsirləri, dəyişən turizm trendləri və Türkiyənin inkişaf planları, “Türkiyə 2023: turizm strategiyası”nın məqsəd və hədəflərindən bəhs edib. Türkiyə-Azərbaycan turizm işbirliyinin mövcud vəziyyəti haqqında danışan məruzəçi post-pandemiya dövründə turizm əməkdaşlığının inkişafında meydana çıxan yeni imkanları diqqətə çatdırıb.

“Qarabağın turizm ehtiyatları” mövzusunda çıxış edən MDU-nun müəllimi Mədinə Quliyeva əzəli yurdumuz Qarabağın zəngin turizm potensialı, işğaldan azad edilmiş bölgələrdə turizmin ekoloji, tarixi, mədəni, dağ, qış, ov, sağlamlıq və digər növlərinin inkişafı üçün mövcud imkanlar, turizm potensialının ölkə xaricində tanıdılması istiqamətində görülən təbliğati işlər və yeni turizm məhsullarının yaradılması perspektivlərindən danışıb.

“Qarabağda turizm sahəsinə investisiya qoyuluşunun prioritet istiqamətləri” mövzusunda çıxış edən MDU-nun müəllimi Cəlil Bağırov Qarabağın dirçəldilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən sistemli və irimiqyaslı işlərdən, regionun hərtərəfli inkişafında turizmin rolundan, bölgənin investorlar üçün cəlbedici olan turizm imkanlarından, turizm sektoruna xarici investisiyaların təşviq edilməsindən və digər məsələlərdən danışıb.

Konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb və suallar ətraflı cavablandırılıb.

Sonda yekun nitqi söyləyən MDU rektorunun müşaviri Hamiz Mahmudov və AHBVU Turizm fakültəsinin dekanı İrfan Yazıcıoğlu birgə əməkdaşlıq çərçivəsində reallaşdırılan və yüz əllidən çox iştirakçının qatıldığı faydalı elmi konfransın təşkilinə göstərdikləri dəstəyə görə hər iki universitetin rəhbərliyinə və məruzəçilərə təşəkkür ediblər.

Qeyd edək ki, MDU və AHBVU arasında əməkdaşlıq əlaqələri 2021-ci ilin mart ayında qurulub. Sözügedən əməkdaşlığın əsas istiqamətlərindən biri kimi hər iki universitetin akademik heyət üzvləri, tələbə və magistrantlarının iştirakı ilə ortaq konfransların keçirilməsi nəzərdə tutulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Son iki ayda “Könüllü DOST” proqramına 229 nəfər cəlb olunub

İtkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq təhvil verilib

“Bir sual, bir cavab”: Novruz xatirələri – Ramiz Quliyev VİDEO

DİN: Ötən gün polis əməkdaşları tərəfindən 31 cinayətin açılması təmin olunub

“Bir sual, bir cavab”: Novruz xatirələri – Rəşad Məcid VİDEO

Demə, Səməd Vurğun gəldi-gedərdir...

Ölkə ərazisinin əksər bölgələrində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Əvvəllər məhkum olunmuş şəxsdən 4 kiloqram marixuana götürülüb

21 Mart - Beynəlxalq Novruz Günüdür

Ağsuda zəlzələ olub

Londonda yarımstansiyada güclü partlayış baş verib

ABŞ Dövlət Departamenti: Rusiya və Ukrayna atəşkəsə həmişəkindən daha yaxındır

NATO müttəfiqlərinin silah ehtiyatlarını 30% artırmağı planlaşdırır

Yuxu real təcrübələrin yadda saxlanmasına necə təsir edir? - ARAŞDIRMA

Yeni araşdırma körpəlik xatirələri haqqında yenilikləri təqdim edir

Şimali Koreya yeni hava hücumundan müdafiə raketini sınaqdan keçirib

Donald Tramp Təhsil Departamentinin ləğvi ilə bağlı sərəncam imzalayıb

Moldovada İkinci Dünya müharibəsinə aid kütləvi partlayıcı sursat zərərsizləşdirilib

Londonda Novruz bayramı qeyd olunub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Tramp: ABŞ və Ukrayna tezliklə faydalı resurslarla bağlı saziş imzalayacaq

Tutuquşuların danışma qabiliyyəti insan beynindəki nitq mexanizmləri ilə oxşardır - ARAŞDIRMA

Aİ-nin aparıcı ölkələri Parisdə Ukrayna ilə bağlı yeni sammit keçirəcək

İsrail ordusu Qəzza zolağının cənubunda əməliyyatlara başlayıb

Gürcüstan Millətlər Liqasında Ermənistanı darmadağın edib

Gürcüstan və Ermənistanın hökumət başçıları regiondakı vəziyyəti müzakirə ediblər

Xocalıda Novruz konserti keçirilib VİDEO

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib

Millətlər Liqası: Türkiyə millisi doğma meydanda Macarıstanı məğlub edib

Könüllülərin iştirakı ilə Novruz bayramına həsr olunmuş “Xonça Fest” keçirilib

“Portu”nun futbolçusu Türkiyə millisində debüt edib

Naxçıvanda hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq edilib

Bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

“Uşaqların dünyaya alternativ baxışı” devizi altında “Alter Eco” sərgisinin açılışı olub

Novruz bayramı günündə Abşeron rayonunda şəhidlərimizin məzarları və ailələri ziyarət edilib

Volodimir Zelenski Rusiyaya qarşı sanksiyaların yumşaldılması şərtlərini açıqlayıb

Azərbaycanlı rəssamın əsəri UNESCO-nun sertifikatına layiq görülüb

Qərbi Afrika QHT-ləri Fransanın “Bollore” qrupunun oğurladığı vəsaitləri qaytarmasını tələb edir

Fernandu Santuş Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

“Məcməüş-şüəra ədəbi məclisi və XIX əsrin ikinci yarısı -XX əsrin əvvəllərində Bakı ədəbi mühiti” – yeni monoqrafiya

Azərbaycan Ordusunun mövqeləri Gorus və Basarkeşər istiqamətlərindən atəşə tutulub

Almaniyalı klavesin və orqan ifaçısı Leonard Şik ilk dəfə Azərbaycanda çıxış edəcək

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı qeyd edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

ADY rayonlararası istiqamətlərdə 3800-ə yaxın sərnişinin rahat və təhlükəsiz səfərini təşkil edib

Baş Dövlət Yol Polisi İdarəsindən xəbərdarlıq: Yollarda görünüş məhdudlaşacaq!

Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 18 metrədək güclənib - FAKTİKİ HAVA

Böyük Britaniyada hər beş yetkin insandan biri hələ də iş axtarmır

Fransa Bankı: 2024-cü ildə xalis zərər 7,7 milyard avro olub

Gəncədə Novruz bayramı münasibətilə ümumşəhər tədbiri keçirilib

Respublika Gənclər Kitabxanasında akademik Fəraməz Maqsudovun 95 illiyi münasibətilə vəsait hazırlanıb

Brüsseldə Azərbaycan Mədəniyyəti Günü keçirilib

Naxçıvanda “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu” yaradılıb

Qax Dövlət Kukla Teatrı bayram günlərində uşaqları yeni tamaşa ilə sevindirir

Novruz bayramı ərəfəsində Lənkəranda yerli turistlər üstünlük təşkil edir - REPORTAJ

Sabah magistral yollarda görmə məsafəsi 300-800 metrədək məhdudlaşacaq

Azərbaycan Ordusunda Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilib

Şamaxıda avtomobil dərəyə yuvarlanıb, xəsarət alanlar var VİDEO

Ayxan Abbasov Antalyada Emre Belezoğlu ilə görüşüb

Sağlamlıq imkanları məhdud 50-dək uşaq oftalmoloji müayinədən keçib

MDB dəmir yolu administrasiyaları arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Aktau şəhərində Azərbaycan guşəsi açılıb

Şalva Papuaşvili: “Fransa səfirinin biganəliyinin nəticəsidə İctimai Yayım Xidmətinin jurnalisti nifrət hədəfinə çevrilib”

Novruz bayramı ərəfəsində şəhid ailələri ziyarət edilib

Ordubadda ağır yol qəzası olub, 4 nəfər xəsarət alıb

Şimali Makedoniyadakı faciəli yanğında xəsarət alanlardan 4 nəfəri İtaliyaya gətirilib

BMT-nin Baş katibi: Paris iqlim Sazişinin məqsədləri hələ də əlçatandır

Müdafiə Nazirliyinin rəhbər heyəti Baş Klinik Hospitalı ziyarət edib VİDEO

Vətən müharibəsi şəhidi Ələddin Səidovun ailəsini ziyarət edilib

Papa Fransisk tənəffüs dəstəyi olmadan nəfəs almağa başlayıb

BSU-nun rəhbərliyi Qubada məktəblilərlə görüşüb

Şagird: Naxçıvan Dövlət Universitetində IELTS mərkəzinin olması böyük fürsətdir

“Deutsche Bank” 2 min iş yerini ixtisar edəcək

Polşada Novruz bayramı qeyd olunub

Gürcüstan parlamenti narkotik cinayətlərinə görə cəzanı sərtləşdirir

Azərbaycanlı tələbə: Məqsədim ölkəmizin kosmos və innovasiya sahəsində güclü mövqe qazanmasına töhfə verməkdir

Britaniya yüksək rütbəli hərbi liderlərin qapalı görüşünə ev sahibliyi edir

Laçında kreativ Novruz suvenirləri hazırlanıb VİDEO

Cəbrayılda Novruz ilə bağlı bayram konserti təşkil olunub VİDEO

Bayramla əlaqədar bütün avtovağzal və avtostansiyalar martın 19-dan gücləndirilmiş iş rejimində çalışır

Cəlilabadda polis 9 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlayıb

Azərbaycana yaz fəsli qədəm qoydu

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə Türkiyənin Cağaloğlu Anadolu Liseyi qardaşlaşıb

SOCAR-ın prezidenti “ExxonMobil” Korporasiyasının vitse-prezidenti ilə görüşüb

Qəbələdə şəhid ailələri və müharibə əlilləri üçün iftar süfrəsi açılıb

NBA: Daha 11 oyun keçirilib

Xırdalanada yaşayış binasında yanğın baş verib

“Bir sual, bir cavab”: Novruz xatirələri – Məbud Məhərrəmov VİDEO

İğdırda Azərbaycan-Türkiyə Novruz tədbiri keçirilib

Babək rayonunda minik avtomobili yanıb

İlk dəfə bütün ölkəni əhatə edəcək “Azərbaycan Şahmat Turu” layihəsi keçiriləcək

YAP Gəncə şəhər təşkilatı bayram sovqatı paylayıb

Argentina millisində növbəti itki yaşanıb

Su təchizatına qoşulma sahəsində çalışan əməkdaşlara təlimlər keçirilib

“Bir sual, bir cavab”: Novruz xatirələri – Çingiz Abdullayev VİDEO

Niderland millisinin aparıcı üzvü sıradan çıxıb

İstanbul Böyükşəhər Bələdiyyəsi üzvlərinin terror təşkilatları ilə əlaqələri müəyyən edilib

Azərbaycan teatrının əfsanəvi Məcnunu

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb

Millətlər Liqası: Türkiyə Macarıstanı, Xorvatiya Fransanı qəbul edəcək