DÜNYA
Minskdə “Kiberməkanda (internetdə) nifrət, ksenofobiya və bunlarla əlaqədar dözümsüzlüyün qızışdırılmasına qarşı mübarizə” mövzusunda seminar keçiriləcək
Bu barədə AZƏRTAC-a Belarus Xarici İşlər Nazirliyindən məlumat verilib.
Tədbir bu ölkənin xarici siyasət idarəsinin təşəbbüsü, BMT-nin Belarusdakı nümayəndəliyinin və BMT-nin İnsan haqları üzrə Ali Komissarı İdarəsinin dəstəyi ilə keçiriləcək.
Seminarda BMT-nin İnsan haqları Şurasının milli azlıqlar üzrə xüsusi məruzəçisi, BMT-nin İnsan haqları üzrə Ali Komissarı İdarəsinin, habelə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələri iştirak edəcəklər.
Seminarda əsas məruzəçilər kimi Belarusun bir sıra aparıcı mətbu və elektron KİV-lərinin təmsilçiləri çıxış edəcəklər.
Tədbirdə kiberməkanda və KİV-lərdə irqi ayrı-seçkilik, ksenofobiya və dözümsüzlüyün digər formalarına qarşı mübarizə sahəsində milli və beynəlxalq təcrübənin müzakirəsi planlaşdırılır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk