İDMAN
Mitçell Obi: Azərbaycan xalqı çox mehriban və qayğıkeşdir
Bakı, 24 sentyabr (AZƏRTAC). Mən vətənimə qayıdanda hamıya deyəcəyəm ki, heç olmasa həyatınızda bircə dəfə Bakını ziyarət edin. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AİPS) İcraiyyə Komitəsinin üzvü, Əlcəzairdəki “Mastersports” idman saytının sədri Mitçell Obi demişdir.
Artıq bir neçə gündür Bakıda olduğunu bildirən M.Obi şəhərimizin, xüsusilə İçərişəhərin, Qız qalasının çox gözəl olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, Azərbaycan xalqı çox mehriban və qayğıkeşdir.
Qonaq Azərbaycanda keçirilən FİFA U-17 qadınlararası dünya çempionatının yüksək səviyyədə təşkil edildiyini, mundialın açılış mərasiminin isə çox möhtəşəm olduğunu vurğulamışdır.