Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub
Bakı, 17 may, AZƏRTAC
Azərbaycanın kişi voleybol millisi Qızıl Avropa Liqasında ilk oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Fərid Cəlalovun rəhbərlik etdiyi kollektiv Bakıda Rumıniya seçməsini qəbul edib. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində oynanılan görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi ikinci görüşünü mayın 19-da Bakıda Ukrayna seçməsinə qarşı keçirəcək.