MƏDƏNİYYƏT
Bülbülün memorial muzeyində beynəlxalq muzeylər günü qeyd olunub






Bakı, 18 may, AZƏRTAC
18 may Beynəlxalq Muzeylər Günü münasibətilə Bülbülün Memorial Muzeyində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fərqanə Cabbarova qonaqları salamlayaraq, həmkarlarını və muzeysevərləri bayram münasibətilə təbrik edib.
Tədbirdə sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı Respublika xüsusi internat məktəbinin şagirdləri dünya və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.