Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
London, 17 may, AZƏRTAC
Böyük Britaniya hökuməti Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. AZƏRTAC-ın xəbərinə görə, Britaniya hökuməti elan edib ki, Rusiya və KXDR-in qeyri-qanuni tərəfdaşlığı səbəbindən Şimali Koreyanın bir, Rusiyanın isə iki şirkətinə sanksiyalar tətbiq olunub, onların aktivləri dondurulub. Şimali Koreyanın “Paekyanqsan” şirkətinin Rusiya ilə KXDR arasında neft məhsullarının ötürülməsi ilə KXDR-in hərbi proqramlarının asanlaşdırılmasında iştirak etdiyi bildirilib.
Qeyd edək ki, Britaniya hökuməti daha əvvəl Rusiyanın Şimali Koreyadan alınan ballistik raketlərdən Ukraynaya qarşı istifadə etmək qərarını pisləyib.
ABŞ isə bu həftənin əvvəlində Ukraynada istifadə üçün ballistik raketlər də daxil olmaqla, Rusiya ilə Şimali Koreya arasında silah ötürülməsini asanlaşdıran üç rus şirkətinə və iki Rusiya vətəndaşına qarşı sanksiyalar tətbiq edib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]
Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub
- 19.09.2026 [23:00]
Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər
- 19.09.2026 [22:54]
Naxçıvanda “Velo Fest” velosiped festivalı
- 19.09.2026 [22:33]
Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram
- 19.09.2026 [22:22]
Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır
- 19.09.2026 [22:09]
Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH
- 19.09.2026 [21:53]