Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Moskvada yazıçı-publisist Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabı çapdan çıxıb

Moskvada yazıçı-publisist Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabı çapdan çıxıb

Moskva, 12 noyabr, AZƏRTAC 

Moskvanın “Politiçeskaya ensiklopediya” nəşriyyatında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, yazıçı, Əməkdar Jurnalist Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” (“Ильхам Алиев. Портрет президента на фоне перемен”) kitabı rus dilində çapdan çıxıb.

Nəfis tərtib olunmuş kitabda tanınmış yazıçı-publisist Elmira Axundova postsovet məkanının ən praqmatik siyasi xadimlərindən biri İlham Əliyev haqqında faktlar və materiallar əsasında açıq və inandırıcı şəkildə, sadə və aydın dildə söhbət açır, onun uğur fenomenini təhlil edir. Müəllif “Uğurlu, nüfuzlu şəxsiyyət, prezident olmaq üçün nə etmək lazımdır?”, “Xalqın lideri missiyası nədir?” suallarına cavab axtarır.

Açıq mənbələrdən götürülmüş sənədlərdən, müəllifin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi və Prezident İlham Əliyevi əhatə edən adamlardan şəxsən aldığı nadir müsahibələrdən istifadə olunmuş kitabda toplanmış faktlar, hadisələr və rəylər Azərbaycan Prezidenti haqqında geniş məlumat verir.

Kitabın əvvəlində Elmira Axundova AZƏRTAC-ın fotoarxivindən təqdim olunan fotomateriallara görə agentliyin baş direktoru Aslan Aslanova təşəkkürünü bildirib.

Müəllif xalqının gələcəyi naminə öz üzərinə böyük məsuliyyət götürmüş müasir Azərbaycanın liderinin hakimiyyətə gəldiyi şəraiti təhlil edir.

Ailə kiçik dövlətdir

Şəxsiyyətin dünyaya baxışının, mənəvi dəyərlərinin formalaşmasında əsas məsuliyyət məhz valideynlərin üzərinə düşür. Müəllifin yazdığı kimi, gələcək prezidentin valideynləri - Heydər Əliyev və Zərifə Əliyeva dahi insanlar idi. Yüksək vəzifə, şan-şöhrət sahibi olmalarına baxmayaraq, onlar olduqca sadə, təvazökar, səmimi idilər. E.Axundova yazır: “Bir çox xüsusiyyətləri ona valideynlərindən irsən keçib. Ancaq tərbiyənin də rolu az deyil. Onlar övladlarını, ilk növbədə, şəxsi nümunələri ilə tərbiyə edirdilər. Valideynlərinin əsas öyüdünü - həmişə, hər şəraitdə insanlığını itirməmək təlimini gələcək prezident yaxşı mənimsəmişdi”. Elə ailəyə, yaxınlarına, xalqına sevgi də Heydər Əliyevin və Zərifə Əliyevanın övladlarına aşıladıqları başlıca örnəkdir. Müsahibələrinin birində dövlət başçısı ailəsindən müsbət enerji aldığını, ailəsi ilə fəxr etdiyini deyir: “Axşam evə gələndə, əgər heç bir fövqəladə hal, zəng olmursa, artıq onilliklərdir məni əhatə edən tamamilə başqa mühitə - ailə mühitinə düşürəm”.

Müəllifin fikrincə, Prezidentin şəxsiyyətini daha dəqiq onun xanımı Mehriban Əliyeva səciyyələndirib: “O, heç zaman dəyişmir və ətrafında səmimilik və xeyirxahlıq mühiti yarada bilir. Pafosluq və sünilik onun xarakterinə yaddır. Buna görə də tamamilə fərqli insanlar onunla ünsiyyətə can atırlar. İlham hər zaman öz prinsiplərinə və ideallarına sadiqdir. İşində, Vətənə xidmətdə heç bir kompromisə və sövdələşməyə getmir. Ölkənin və xalqın mənafeyi onun üçün sözsüz prioritetdir”.

Çətin yolun başlanğıcı

Müəllif İlham Əliyevin keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərindən birində - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil aldığı illərdən, müəllimləri və tələbə yoldaşları, artıq sonralar, bu ali məktəbdə mühazirələr oxuduğu dövrdə tələbələri ilə münasibətlərindən yazır. MDBMİ-nin əməkdaşlarından biri Raisa Polevaya İlham Əliyevi belə xatırlayır: “Hələ 1970-ci illərdən tanıdığım İlham Əliyev parlaq şəxsiyyətlər sırasında xüsusi yer tutur. O, qeyri-adi şəxsiyyətdir. İlham Əliyevin tələbələrə, əməkdaşlara, müəllimlərə olduqca xeyirxah münasibəti bizi bir qədər təəccübləndirirdi. Özünüz də başa düşürsünüz ki, institutumuz adi ali məktəb deyil, burada elitar ailələrin övladları təhsil alırdı. İlham Əliyev bütün tələbələrdən seçilirdi”.

Gələcək prezidentin hələ gənc yaşlarından taleyin bir-birinin ardınca vurduğu zərbələrə mətinliklə sinə gərdiyini vurğulayan Elmira Axundova yazır ki, İlham Əliyev hələ gənc yaşlarından zərbələri dəf etməyi öyrənmişdi. Həyat onu heç də həmişə əzizləməyib. Əliyevlər ailəsi XX əsrin 80-ci illərinin ikinci yarısında böyük sarsıntılarla üzləşdi. İlham Əliyev 24 yaşında ən əziz adamını - anasını itirdi. Heydər Əliyevin səhhətində ciddi problemlər yarandı və bunun ardınca da o, vəzifəsindən istefa verməli oldu. İlham Əliyev bu zərbələrə də ləyaqətlə sinə gərib.

Sonrakı illər Azərbaycan xalqının təkidi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı və ölkədə bütün sahələrdə dirçəliş dövrü ilə əlamətdardır. Müəllif yazır ki, Azərbaycanın darmadağın, parçalanmış, müharibələrdən və təzyiqlərdən yorulmuş bir dövründə Heydər Əliyevə sədaqətli komanda lazım idi. Bu komandada əsas mövqelərdən biri - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsi İlham Əliyevə həvalə olundu. O zaman neft şirkətinin prezidenti işləmiş Natiq Əliyev müsahibələrindən birində deyir: “Bilirsiniz, məndən İlham Əliyev haqqında soruşanda onun daim Heydər Əliyevin yanında olmasını yada salıram. Bu isə hər bir siyasətçi üçün ən yaxşı məktəbdir”.

Yeni nəslin lideri

Ulu öndər Heydər Əliyevin vəfatından sonra onun rəhbərliyi dövründə artıq sürətli inkişaf kursu götürmüş Azərbaycanın bu yola sadiq qalacaq güclü, ziyalı, uzaqgörən liderə ehtiyacı var idi. Elmira Axundova yazır ki, prezident seçkilərində İlham Əliyevin namizədliyinin həm Azərbaycan xalqı, həm də dünya və region ölkələrinin aparıcı siyasətçiləri tərəfindən dəstəklənməsi Heydər Əliyevin seçimində yanılmadığını göstərdi, çünki regionun əsas siyasətçiləri və çoxsaylı əcnəbi investorlar üçün İlham Əliyevin Prezidentin oğlu olması faktı önəmli deyildi. Azərbaycanın siyasi və iqtisadi kursunun ardıcıllığı onlar üçün daha vacib idi. Əlbəttə, bu, mühüm amil idi. Ancaq başlıca amil hakim partiyanın yeni nəslinə məxsus parlaq namizədin - İlham Əliyevin şəxsiyyəti idi.

Müəllifin fikrincə, ölkənin yeni liderinin qarşısında artıq fərqli vəzifələr dururdu: “İndi ölkəni tənəzzüldən çıxarmaq, normal inkişaf relsinə qoymaq deyil, gələcəyə sıçrayış etmək, iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qaldırmaq, cəmiyyəti XXI əsrin çağırışlarına uyğun yenidən qurmaq lazım idi”.

Elmira Axundova Azərbaycan dövlətinin başçısının hakimiyyət fenomenini, ölkəmizin sosial modelinin formalaşması prosesini təhlil edərək iqtidarın sosialyönümlü layihələri, vətəndaş birliyinin və sabitliyin əsaslarından olan multikulturalizm ənənələrinin qorunması və inkişafı, idman sahəsində əldə olunan nailiyyətləri mühüm amil kimi önə çəkir. Müəllif yazır: “Müasir Azərbaycan ən cəsarətli arzuların və möhtəşəm layihələrin həyata keçirildiyi coğrafi məkandır. Özü də bu işlər ardıcıl, dəqiq qrafik üzrə görülür. Uğurun sirri ondadır ki, respublikada ən müxtəlif istiqamətlərdə dəqiq, elmi-nəzəri, iqtisadi təmələ əsaslanan modernləşmə strategiyası işlənib hazırlanıb. Bu strategiyada sosial prioritetlər - insan, onun rifahı, sosial müdafiəsi, gələcəyi ön sıradadır”.

Kitabda Prezidentin daxili və xarici, hərbi, sənaye, mədəniyyət, idman, multikulturalizm və informasiya sahələrində siyasətinin ən müxtəlif aspektləri təhlil edilir.

Son söz əvəzi

Kitabın sonunda Elmira Axundova oxucularına müraciətlə yazır: “Siz məndən soruşa bilərsiniz: məgər respublikada problem qalmayıb? Əlbəttə, problemlər var, onlardan qaçmaq çətindir. Ancaq bu, inkişafdan doğan problemlərdir. Ölkənin inkişaf dinamikası göz qabağındadır və İlham Əliyev o qədər müasir və səmərəli işləyir ki, bir çox problemlər yeni işlərin, təşəbbüslərin axarında əriyir, keçmişə çevrilir”.

Müəllifin Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” məqaləsindən gətirdiyi sitatda İlham Əliyevin Azərbaycanın ən yeni tarixində rolu belə müəyyənləşdirilir: “Prezident İlham Əliyevin öz qurucu fəaliyyətində əsaslandığı innovasiyalı inkişaf konsepsiyası ölkənin modernləşməsi, postsənaye cəmiyyəti quruculuğu proqramında müstəsna rol oynayır. Dövlətimizin başçısı sosial-iqtisadi xarakterli mühüm təşəbbüsləri bir-birinin ardınca həyata keçirməklə öz müasirlərində fəaliyyət əzmini coşdurmağa, layiqli gələcəyin möhkəm əsaslarını qurmaq üçün həmfikirlərini arxasınca aparmağa nail oldu. O, xalqa verdiyi sözünün üstündə durdu. Quruculuq sərhədlərini ilbəil genişləndirən nəhəng islahatlar proqramının xalqa faydası göz qabağındadır”.

Rusiyada geniş oxucu kütləsi Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabını Moskvanın və Sankt-Peterburqun bir çox kitab mağazalarından əldə edə bilər. Bu ilin noyabr-dekabr aylarında kitab “Rosspen” nəşriyyatı tərəfindən Moskva Mərkəzi Rəssamlar Evində keçiriləcək intellektual ədəbiyyat yarmarkasında ən yaxşı nəşr kimi təqdim olunacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Leyboristlər Partiyasının lideri parlament seçkilərində səs verib

NBA-da oynamış basketbolçu “Sabah”a keçib

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək gənc cüdoçular məlum olub

Qızlar təhsildə: problemin kökü və həll yolları – ARAŞDIRMA

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı üçün vacib ölkədir – RƏY

Çin və Laos orduları bu ay birgə təlimlərə başlayacaq

Sabah ölkə ərazisində hava əsasən yağmursuz keçəcək

Çinin yük avtomobilləri Orta Dəhliz vasitəsilə daşımalara başlayıb

Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik Qazaxıstandan Çinə keçib

Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər azalıb

Türkiyədə "Qərbi Azərbaycana Qayıdış" Qars Forumu keçirilib

Fransa klubunun futbolçusu skuterlə adam öldürüb

DSMF sədri Belarusun ƏSMF rəhbəri ilə əməkdaşlıq perspektivini müzakirə edib

“Baku Open 2024” Beynəlxalq Şahmat Festivalında V tur başa çatıb

BMU-nu 97.8 balla bitirən məzun magistratura təhsilini süni intellekt ixtisası üzrə davam etdirəcək

Fransanın daxili işlər naziri parlament seçkilərindən sonra istefa verəcək

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında keçirilən görüşdə iştirak etmək üçün “Müstəqillik” Sarayına gəlib YENİLƏNİB VİDEO

Şanxay Əməkdaşlıq Təşkilatının Astana Bəyannaməsi qəbul edilib

“Azəri-Çıraq-Günəşli”nin gəlirləri açıqlanıb

Avro-2024: Niderland –Türkiyə oyununu idarə edəcək hakimlərin adı açıqlanıb

Ötən ay hər bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımın məbləği 2,68 faiz artıb

Azərbaycanın Çinlə münasibətlərinin qarşılıqlı faydaya əsaslanması milli maraqlarımız baxımından xüsusi əhəmiyyətə malikdir - ŞƏRH

MEDİA-nın və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Media ayı” başa çatıb

Şəkidə 64 yaşlı piyadanı maşın vurub

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yaradılmasından 5 il ötür

Botanika İnstitutu ilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun birgə araşdırmaları davam etdirilir

Mərkəzi Bank: Bugünkü hərracda tələb 61,3 milyon dollar təşkil edib

Yasamalda evin qanunsuz sökülməsi ilə bağlı vətəndaşın iddiası araşdırılıb

Anastasiya Lavrina: Böhtan xarakterli qətnamə layihələri ABŞ-ın Azərbaycandakı nüfuzuna xələl gətirir

Mütəxəssis: Vətəndaş kağız üzərində yazılan resept əvəzinə həkimdən elektron resept tələb edə bilər

Azərbaycan həndbol millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılıb EKSKLÜZİV

“SABAH-ın məzunu – 2024” mərasimi keçirilib

Kürdəmirdə yol qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb

Avropa çempionatı: Azərbaycan güləş millisi komanda hesabında üçüncü olub

FHN: Ötən sutka ərzində 39 halda yanğına çıxış olub

Magistraturaya ən aşağı müsabiqə vəziyyətinin olduğu sahələrin adları açıqlanıb

İşğaldan azad edilmiş ərazilərə səfəri təşkil olunan diaspor nümayəndələrinin sayı açıqlanıb

Ceff Bezos “Amazon”un 5 milyard dollarlıq səhmlərini satışa çıxaracaq

Azərbaycanı Cənubi Koreyada təmsil edəcək parataekvondoçular müəyyənləşib

ADMİU məzununun quruluş verdiyi əsər Gənc Tamaşaçılar Teatrının səhnəsində

Ali məktəblərin magistratura səviyyəsinə ayrılmış plan yerlərinin 84.69 faizi dolub

Salyanda pambıq sahələrinə bioloji mübarizə üçün trixoqramma həşəratı buraxılıb

Tramp rəqibi Baydenin seçki yarışından çəkiləcəyini düşünür

Paytaxt məktəblərinin məzunlarına attestatlar verilir

İranda prezident seçkilərinin ikinci turu öncəsi sükut günü başlayıb

6 qitədən, 65 ölkədən 350-yə yaxın çaynik kolleksiyası - Azərbaycanda bir ilk REPORTAJ VİDEO

AFFA rəsmisi Emin Cəfərov UEFA-dan təyinat alıb

Hindistanın Assam ştatında daşqınlar 1,6 milyon insana ziyan vurub

® “Bakcell” ölkədə ilk dəfə VoWiFi texnologiyasını təqdim edib

Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanı təşkil olunacaq

Lionel Messi Amerika Kubokunun 1/4 final mərhələsinin oyununu buraxa bilər

BANM-də “Açıq qapı” günü

Çindən Bakıya Orta Dəhlizlə müntəzəm konteyner blok qatarların göndərilməsinə başlanılıb

Azərbaycan Prezidenti: Bölgədə davamlı sülhün bərqərar olunması prosesinə ABŞ-ın hər zaman dəstək vermək əzmini təqdir edirik

Prezident İlham Əliyev: Azərbaycan ABŞ ilə münasibətlərinə xüsusi əhəmiyyət verir

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Cozef Baydenə

Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında görüş keçirilib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlı bir sıra qaydalar təsdiqlənib

AQTA sədri Ağdam rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək

Lənkəranın bir sıra kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Qarsda “Qərbi Azərbaycana qayıdış” mövzusunda forum keçirilib

Bu il “SABAH” qruplarından 1066 tələbə məzun olur

Azərbaycan ilə Özbəkistan mərkəzi bankları arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının təşkili və keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bülbül vokal məktəbi” tələbə qəbulu elan edir

Taxıl sahələrinin 62,8 faizində biçin başa çatıb - 2 milyon tondan çox məhsul yığılıb

Dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin vəzifələrinin siyahısının, onların geyim formasının, fərqlənmə nişanlarının təsvirinin və daşınması Qaydasının təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Braziliya millisinin tanınmış üzvü İtaliya klubuna keçib

Sürət qatarı sayəsində Ankaradan İstanbula 80 dəqiqə ərzində çatmaq mümkün olacaq

Ötən gün 2 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb

Azərbaycan və Ukrayna münasibətlərinə həsr olunan kitabın növbəti cildi çapdan çıxıb

DİN: İyulun 3-də 3 tüfəng təhvil götürülüb, axtarışda olan 2 nəfər istintaqa təhvil verilib

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində ötən dövrdə 570-dək benefisiar təlimlərə cəlb olunub

DİN: Ötən gün 31 cinayətin üstünün açılması təmin olunub

Azərbaycan millisinin futbolçusu Polşa klubundan ayrılıb

Birinci yarımildə Energetika Nazirliyinə 3 minə yaxın zəng daxil olub

XİN: İQAK-ın Azərbaycanla bağlı ictimai bəyanatı hüquqi baxımdan sual yaradır

Belarus ŞƏT-in tamhüquqlu üzvü oldu

İyulun 7-də 47500-dən çox abituriyentin II və III ixtisas qrupları üzrə imtahan verməsi gözlənilir

Bu gün Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir

Qobustan rayonunda təsərrüfatların 90 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

Astanada ŞƏT-in Zirvə toplantısı keçirilir

İraqın Ali Məhkəmə Şurasının sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib VİDEO

Dünya birjalarında neft ucuzlaşıb

Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti başlayıb

FHN qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Göyçayda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanılıb

Azərbaycan nefti ucuzlaşıb

Bu ilin 6 ayı ərzində 10 rayonda keçirilmiş Aqrar Biznes festivallarında 6756 fermer iştirak edib

Paytaxtın 4 rayonunun qaz təchizatında fasilə yaranacaq

Çində süni intellekt sənayesinin həcmi 70 milyard dolları ötüb

Əlilliyi olan daha 18 gənc Türkiyəyə təcrübə kursuna yola salınıb

Otuz ildən artıq məhkumluq həyatı yaşayan Saatlı sakinindən “Makarov” götürülüb

Prezident İlham Əliyevin Astana Sammitində iştirakı Azərbaycana bir sıra üstünlüklər qazandırır - ŞƏRH

ABŞ Yaponiyada 48 ədəd F-35A qırıcısı yerləşdirməyi planlaşdırır

Yaponiyada 5,4 bal gücündə zəlzələ baş verib

CNN: İsrail və HƏMAS atəşkəs razılaşmasına yaxındır

Ali Radanın deputatı: Ukraynaya F-16 qırıcıları bu ay gətiriləcək

Paytaxtın Mikayıl Müşfiq küçəsində avtobusların hərəkəti məhdudlaşdırılır