ELM VƏ TƏHSİL
Müasir cəmiyyətin gender problemləri araşdırılacaq
Bakı, 18 oktyabr, AZƏRTAC
Noyabrın 25-də Azərbaycan Universitetində “Gender problemi və müasir Azərbaycan” mövzusunda elmi-praktik konfrans keçiriləcək.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, konfransın keçirilməsinin əsas məqsədi Azərbaycanda gender bərabərliyinin təmin olunması məsələsini diqqət mərkəzində saxlamaq, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaq, problemlərin təhlili və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etməkdir.
Konfransın işi gender və tarix, dində gender aspektləri, müasir cəmiyyətin gender problemləri, Azərbaycanda gender demokratiyasının inkişafı, iqtisadi nəzəriyyənin gender aspekti, gender tədqiqatlarının hüquqi aspektləri, gender və mədəniyyət, ədəbiyyatımızda gender problemi istiqamətləri üzrə aparılacaq.
Tezislər noyabrın 10-dək qəbul olunur.
Konfransda iştirak etmək istəyənlər tezislərini [email protected] ünvanına göndərə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [19:26]
“Şumerlərin izi ilə” - elmi seminar
- 30.04.2024 [18:11]
BANM-in tələbəsi eyni vaxtda ABŞ-ın 6 nüfuzlu universitetinə qəbul olub
- 30.04.2024 [18:08]
ASAPES türk dövlətləri üçün təqaüd proqramı elan edib
- 30.04.2024 [17:29]
İqtisadçı ekspert AzMİU tələbələri üçün master-klas keçib
- 30.04.2024 [17:21]
Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb
- 30.04.2024 [17:14]