Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Müasir güclü Azərbaycan onu göstərir ki, Prezident İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olmağı bacarıb – Təhlil

Müasir güclü Azərbaycan onu göstərir ki, Prezident İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olmağı bacarıb – Təhlil

Bakı, 12 yanvar, AZƏRTAC

Azərbaycanda fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri bir neçə aspektdən təhlil edilə bilər. Əvvəla qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsi və 2023-cü il 19-20 sentyabr tarixli antiterror tədbirləri nəticəsində qazandığımız zəfərlər sayəsində müstəqillik tariximizdə ilk dəfə bütün ərazilərimiz boyu seçkilər keçirmək, xalqımızın iradəsinin ifadəsini təmin etmək imkanları qazanmışıq. Ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edilmiş bir ölkənin bütün ərazilərində yerləşən seçki məntəqələrində vətəndaşların siyasi iradəsinin ifadəsi olacaq bu seçkilərin keçirilməsi həm də tarixi zərurətdir. Eyni zamanda, seçkilər Azərbaycanın qazandığı zəfərləri həzm edə bilməyən kənar güclərin ölkə daxilində xalq-hakimiyyət birliyinə zərbə vurmaq, onların çirkin vəsaitləri ilə maliyyələşən marginal qruplar, müxtəlif radikal dini qruplaşmalar, bir sıra qeyri-hökumət təşkilatları və mətbuat orqanları vasitəsilə hökumətin uğurlu siyasətinə kölgə salmaq, cəmiyyətdə süni narazılıq yaratmaq cəhdlərinə dövlətimizin uğurlu əks gedişidir. Sözsüz ki, belə təzyiq mexanizmləri işə yaramayacaq. Digər tərəfdən, fevralın 7-də keçiriləcək seçkilər ölkəmizdə xalq-hakimiyyət birliyinin möhkəmliyinin, Azərbaycan xalqının mövcud hakimiyyətə, yəni, Prezident İlham Əliyev siyasətinə böyük inam və etimadının daha bir nümayişi olacaq. Bu baxımdan növbədənkənar prezident seçkiləri xalq-hakimiyyət birliyinin davamlılığını sübuta yetirəcək uğurlu siyasi gediş kimi də dəyərləndirilməlidir. Həmçinin bu seçkiləri dövlət başçısının Azərbaycan xalqı qarşısında 20 illik fəaliyyəti ilə bağlı hesabatı kimi də qiymətləndirmək olar.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Anar Əliyev deyib.

Politoloq bildirib ki, Prezident İlham Əliyevin ötən 20 ildə həyata keçirdiyi idarəetmənin, yürütdüyü siyasətin nə qədər uğurlu olduğunu açıq-aydın şəkildə, tutarlı faktlarla ifadə etmək çox rahatdır, amma, eyni zamanda, həm də ciddi məsuliyyət tələb edir. Çünki son 20 il ərzində xalqımızın və dövlətimizin mənafelərinin təmini istiqamətində istisnasız olaraq bütün sahələrdə qazanılmış genişmiqyaslı nəticələrin təhlili və cəmiyyətə çatdırılması hər birimizdən həm də məsuliyyətli vətəndaş mövqeyi tələb edir. Nəzərə alsaq ki, cəmiyyətimiz bu gün anti-Azərbaycan qüvvələrin yalnız yalan və böhtanlara söykənən informasiya təzyiqi altındadır, o zaman məsuliyyətimiz daha da artır. Dövlətimizin başçısı 2003-cü ildə ilk dəfə prezident seçilərkən seçicilər qarşısında verdiyi vədlərin demək olar hamısını yerinə yetirib.

“Bu yazıda xüsusilə iki fikir üzərində dayanmaq istəyirəm: seçkilər ərəfəsində və ötən dövrdə dövlətimizin başçısı tərəfindən dəfələrlə və qətiyyətlə ifadə olunmuş “mən Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini təmin edəcəyəm və hər bir azərbaycanlının Prezidenti olacağam” fikirlərinin bu gün tam olaraq yerinə yetirildiyini fəxrlə söyləyə bilirik. Bu məqamda 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri çərçivəsində edilən uğurlu gedişlər, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin təmin olunması, Azərbaycanın beynəlxalq aləmdə durmadan artan nüfuzu, eyni zamanda, vətəndaşların rifah halının getdikcə yaxşılaşması, sosial iqtisadi imkanlarımızın, maddi gəlirlərimizin artırılması istiqamətində atılan addımlar xüsusi vurğulanmalıdır.

Regionların sosial-iqtisadi vəziyyəti ilə bağlı bir sıra konkret göstəricilər ölkəmizin inkişafının real mənzərəsini ifadə edir

2003-cü illə müqayisədə regionların sosial-iqtisadi vəziyyəti ilə bağlı bir sıra konkret göstəricilər də ölkəmizin inkişafının real mənzərəsini ifadə edir. Vaxtilə paytaxtda və digər böyük şəhərlərdə cəmləşməyə məcbur qalan – urbanizasiya prosesinin iştirakçısı olan region sakinləri üçün iş yerlərinin yaradılması, iş şəraitinin yaxşılaşdırılması, normal maddi gəlirlərlə, tibb, təhsil, kommunal xidmətlərlə təmin edilmə və bir çox digər amillər ölkə miqyasında deurbanizasiya prosesinin başlanması ilə xarakterizə olundu. Təsadüfi deyil ki, son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair 4 mühüm Dövlət proqramı qəbul və icra edilib. Məhz bu Dövlət proqramlarında insanların regionlara geri dönüşü, məskunlaşması və iş yerləri ilə təminatı, onların sosial rifahının yüksəldilməsi hədəf və məqsəd kimi qarşıya qoyulub. Təsadüfi deyil ki, sözügedən Dövlət proqramları çərçivəsində respublikanın regionlarına yatırılmış investisiyalar 104 milyard manat həcmində qiymətləndirilir”, - deyən A.Əliyev diqqətə çatdırıb ki, həmçinin 2003-cü illə müqayisədə 2022-ci ildə regionlar üzrə məhsul istehsalının nominal həcmi 14 dəfəyə yaxın artıb. Bu, təbii ki regionlarda kənd təsərrüfatı və emal sənayesinin inkişaf sürətini, açılan yeni iş yerlərini, vətəndaşların sosial rifahının, maddi gəlirlərinin artım tempini göstərir. 2023-cü ilin ilk 6 ayına olan məlumata əsasən, 2003-cü ildən etibarən təkcə bölgələrimizdə yaradılan 52 mindən çox emal sənaye müəssisəsi üzrə təxminən 1,8 milyondan çox yeni iş yeri açılıb. Ötən 20 il ərzində regionlarda bir neçəsi beynəlxalq səviyyəli olmaqla, ümumilikdə 8 hava limanı tikilib və ya yenidən qurulub. Burada işğaldan azad olunmuş ərazilərimizdə - Füzuli və Zəngilanda açılan beynəlxalq hava limanlarını xüsusi qeyd etmək lazımdır. Füzuli Beynəlxalq Hava Limanının dünyada bəlkə də analoqu olmayan şəkildə, ən qısa müddətdə inşa olunaraq istifadəyə verilməsi faktı xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, sayca doqquzuncu olan Laçın hava limanının da tikintisi davam etdirilir. Bütün bunlar da öz növbəsində işğaldan azad olunmuş regionlarımızın Azərbaycan iqtisadiyyatının inkişafına və Böyük Qayıdışa ciddi töhfəsi kimi qiymətləndirilməlidir. Ötən 20 ildə regionlarımızda yol infrastrukturunun inkişaf etdirilməsi istiqamətində də ciddi addımlar atılıb. Regionlarda iqtisadi inkişafın əsas drayverlərindən biri kimi məhz turizm potensialından səmərəli istifadə edilməsi üçün 17 min kilometrdən çox avtomobil yolu inşa edilib və ya əsaslı şəkildə təmir olunub, eləcə də 500-dən artıq körpü və tunel tikilib.

Elmin, təhsilin və tibbi xidmətlərin səviyyəsinin yüksəldilməsi Prezident İlham Əliyevin fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi

Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin hakimiyyəti dövründə dövlətimizin fəaliyyətinin əsas prioritet istiqamətlərdən biri də elmin və təhsilin səviyyəsinin yüksəldilməsi olub. Azərbaycan vətəndaşları dövlətimizin başçısının gənclərin daha yüksək biliklərə yiyələnmələri üçün ən zəruri addımların atılmasına, müxtəlif istiqamətli proqramların hazırlanmasına və həyata keçirilməsinə dəstək verdiyinin hər zaman şahidi olublar. Təsadüfi deyil ki, ötən 20 ildə ölkədə 3300-dən artıq məktəb, 450-dən çox uşaq bağçası tikilib və ya əsaslı şəkildə təmir olunub. Bu, regionlarımızda, hətta ucqar kəndlərimizdə belə vətəndaşlarımızın yüksək təhsilə əlçatanlığının təmin olunmasına, gənclərimizin daha yaxşı təhsil almalarına və peşəkar kadrlar kimi yetişmələrinə ciddi dövlət dəstəyidir. Məhz bu siyasətin nəticəsidir ki, azərbaycanlı tələbələrin dünyanın aparıcı universitetlərində təhsil almaları və peşəkar kadrlar kimi ölkəmizə qayıdaraq işlə təmin olunmalarını əhatə edən, xaricdə təhsilin dövlət tərəfindən maliyyələşdirilməsi ilə bağlı Dövlət proqramları qəbul edilib. Həmin Dövlət proqramları çərçivəsində minlərlə Azərbaycan gənci dünyanın müxtəlif yerlərində yerləşən nüfuzlu universitetlərdə təhsillərini davam etdirmək imkanları qazanıblar. Diqqətəlayiq haldır ki, belə Dövlət proqramlarından bəhrələnənlər arasında bölgələri təmsil edən gənclərimiz əhəmiyyətli paya sahibdirlər.

Eyni zamanda, Prezident İlham Əliyev hakimiyyəti dövründə vətəndaşların, xüsusilə bölgə sakinlərinin sağlamlığına, onların zəruri tibbi xidmətlərə əlçatanlılığının təmin edilməsinə xüsusi diqqət yetirib. Belə həssas yanaşmanın və hədəfyönümlü dövlət siyasətinin nəticəsidir ki, ötən 20 ildə bölgələrimizdə 550-dən çox tibb müəssisəsi tikilib istifadəyə verilib və ya əsaslı şəkildə təmir olunub. Bundan başqa, regionlarda gənclərin asudə vaxtlarının səmərəli təşkili və onların pis vərdişlərdən uzaqlaşması məqsədilə idman məktəblərinin yaradılması, idmana cəlb edilərək sağlam gələcəklərinin təmin edilməsi də Azərbaycan Prezidentinin daim diqqət mərkəzində saxladığı məsələlərdən olub. Belə ki, təsis edilən ayrı-ayrı idman məktəbləri, məşq və toplantı mərkəzləri ilə yanaşı, ötən dövrdə bölgələrimizdə 41 Olimpiya İdman kompleksi gənclərin istifadəsinə verilib.

“Bütün bunlar onu göstərir ki, dövlətimizin başçısı İlham Əliyev doğrudan da 2003-cü ildə ilk dəfə Prezident seçilərkən dediyi kimi, hər bir azərbaycanlının Prezidenti olmağı bacarıb. Prezident İlham Əliyev vətəndaşların ehtiyaclarının qarşılanması, onların ləyaqətli həyat şəraitinin təmin edilməsi istiqamətində var gücü ilə çalışıb və qarşıya qoyulan hədəflərə nail olunub. Odur ki, Azərbaycan xalqının növbədənkənar prezident seçkilərində İlham Əliyevin 20 illik səmərəli və çox böyük nəticələrlə şərəfli tariximizə qızıl hərflərlə yazılmış fəaliyyətinə layiqli qiymət verərək, növbəti dövr üzrə bir daha Azərbaycanın Lideri seçəcəyinə əminəm. Əslində, bu seçimlə biz ölkəmizin fevralın 7-dən etibarən daha fərqli və böyük inkişaf mərhələsinin əsasını qoymuş olacağıq. Beləliklə, Azərbaycan bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə qələbədən-qələbəyə yürüyəcəkdir”, - deyə A.Əliyev qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapdı

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür