Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Müəyyən yaş həddindən sonra profilaktik olaraq ildə bir dəfə qanın ümumi analizinin aparılması tövsiyə olunur

Müəyyən yaş həddindən sonra profilaktik olaraq ildə bir dəfə qanın ümumi analizinin aparılması tövsiyə olunur

Bakı, 29 noyabr, AZƏRTAC

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Könül Kərimova qan analizləri, analizdən əvvəl diqqət edilməli məqamlar, qan analizinin nəticələrinə təsir edən faktorlarla bağlı sualları cavablandırıb. AZƏRTAC həmin müsahibəni təqdim edir.

- Könül xanım, qan analizi verməzdən əvvəl nələrə diqqət edilməlidir?

- Qan analizlərinin dürüst nəticələrini əldə etmək üçün bir çox məqamlara diqqət yetirmək lazımdır. Bu həm xəstəliyin diaqnozunun qoyulmasına və eyni zamanda, müalicə tədbirlərinin seçilməsi üçün olduqca vacibdir.

Qan analizinə hazırlıq prosesi aparılacaq tədqiqatın məqsədindən birbaşa asılıdır və bu məqsədi adətən müalicə həkimi müəyyən etməlidir. Yəni, ən doğru yol odur ki, laborator müayinəyə həkim göndərişi ilə müraciət olunsun. Eyni zamanda, həkim analizləri verməzdən əvvəl hazırlıq tövsiyələri haqqında xəstəni məlumatlandırmalıdır. Bu tövsiyələr ümumi və ayrı-ayrı göstəricilər üçün xüsusi xarakter daşıyır.

Adətən ümumi və biokimyəvi analiz üçün qanın səhər saatlarında götürülməsi tövsiyə olunur. Qan almadan öncə ən az 8 saat, optimal olaraq isə 12 saatlıq aclıq müddəti tələb olunur və qanalmadan öncə yalnız su içilməsinə icazə verilir. Qanalmadan əvvəl saqqız çeynəmək və ya siqaret çəkmək arzuolunmazdır. Həmçinin qan ianə edilən gün intensiv fiziki işlə məşğul olmamaq məsləhətdir.

- Qan analizindən neçə gün öncə dərman qəbulunu dayandırmaq lazımdır?

- Sağlamlığa zərər verməmək üçün dərman qəbulu yalnız müalicə həkiminin icazəsi ilə tamamilə dayandırıla bilər. Tədqiqat üçün dərman qəbuluna başlamazdan əvvəl və ya onların qəbulunun dayandırılmasından ən az 10-14 gün keçdikdən sonra qan alına bilər. Hər hansı bir dərman müalicəsinin effektivliyinə nəzarət etmək məqsədilə analiz dərmanın qəbulu müddətində və son qəbulundan 7-14 gün sonra təkrar aparılması məqsədyönlü hesab edilir. Əgər hər hansı bir dərman preparatı daimi olaraq qəbul edilirsə və həmin preparatın qan analizində yoxlanılacaq göstəricilərə təsiri yoxdursa, onun qəbulu davam etdirilə bilər.

Ümumi qaydalar bütün qan analizlərinin növlərinə aiddir, lakin bəzi tədqiqatlar xüsusi hazırlıq və əlavə məhdudiyyətlər tələb edir ki, bu məhdudiyyətlər artıq müalicə həkimi tərəfindən qoyulmalıdır.

- Hansı xəstəliklərin təyinatı qan analizi ilə aparılmır?

- Əlbəttə ki, təcrübəli həkim yalnız gözləri və əlləri ilə ilkin diaqnoz qoya bilir: xəstənin ümumi görünüşü, dərisinin, selikli qişalarının, dilin rəngi, hətta yerişinin xüsusiyyətinə əsaslanaraq. Lakin lazım olan müayinələrdən imtina edilməməlidir, çünki ilk baxışdan aşkar görünən xəstəlik halı belə mütləq tədqiqatların əsasında təsdiqlənir və həkim bu məlumatları əldə etməlidir.

Ümumiyyətlə, qan sistemi orqanizmin bütün orqan və toxumalarının fəaliyyətini dəstəklədiyi üçün istənilən patoloji vəziyyət və ya xəstələnmə hallarında ümumi qan analizinin aparılması məqsədyönlü hesab edilir. Hətta müəyyən yaş həddindən sonra profilaktik olaraq ildə bir dəfə qanın və sidiyin ümumi analizinin müntəzəm olaraq aparılması tövsiyə olunur. Bu müayinələr əsasında məsələn, daxili orqanların (qaraciyər, mədəaltı vəz, böyrəklər) fəaliyyətində yaranan dəyişiklikləri və yaxud metabolizm pozuntularını vaxtında aşkar edib qarşısını almaq olur.

- Hansı faktorlar analizin nəticəsinə təsir edə bilər?

- Laboratoriya nəticələri bioloji və analitik amillərin təsirinə məruz qalır. Əgər analitik variasiya (dəyişkənlik) testin icraolunma şərtlərindən asılıdırsa, bioloji dəyişkənlik bir çox amillər kompleksindən asılıdır. Bioloji dəyişkənlik faktorları (fizioloji amillər, ətraf mühit amilləri, nümunə götürmə şəraiti, toksik və müalicəvi amillər) laboratoriya nəticələrinə təsir göstərə bilər. Onlardan bəziləri patoloji prosesdən asılı olmayaraq laborator nəticələrin referens dəyərlərindən həqiqi olaraq çıxa bilir. Bu amillərə fizioloji qanunauyğunluqlar (irqin, cinsin, yaşın, bədən tipinin, fərdi fəaliyyətinin xarakteri və həcminin, qidalanmanın təsiri); ətraf mühit amilləri (iqlim, geomaqnit amilləri, ilin və günün vaxtı, yaşayış mühitində su və torpağın tərkibi, sosial mühit); peşə və məişət zəhərli maddələri (alkoqol, nikotin, narkotik) və yatrogen təsirlər (diaqnostik və müalicəvi prosedurlar, dərmanlar); analiz nümunəsinin götürmə şərtləri (qida qəbulu, fiziki fəaliyyət, bədən mövqeyi, nümunə götürmə zamanı stres) və digərləri daxildir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya