SİYASƏT
MÜSTƏQİL AZƏRBAYCAN HEYDƏR ƏLİYEVİN ŞAH ƏSƏRİDİR
AZƏRTAC xəbər verir ki, bu fikir 18 oktyabr – Dövlət Müstəqilliyi günü münasibətilə Bərdə rayonunda keçirilmiş tədbirdə səslənmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini və şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların məzarlarını ziyarət etmişlər.
Tədbirdə Azərbaycanın müstəqillik qazanması, ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyin möhkəmlənməsi, dövlət quruculuğu və ölkəmizin beynəlxalq aləmə inteqrasiya edilməsi sahəsində görülən işlərdən danışılmışdır. Qeyd olunmuşdur ki, müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin şah əsəridir.
Natiqlər ölkənin hər yerində olduğu kimi, Bərdə rayonunda da prezident seçkilərinin yüksək səviyyədə keçirilməsindən danışmış, ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevin yenidən prezident seçilməsini respublikamızın gələcək inkişafı, xalqımızın sosial rifahı yolunda mühüm hadisə kimi qiymətləndirmişlər.
Tədbir maraqlı bayram konserti ilə davam etdirilmişdir.