CƏMİYYƏT
Narkotik vasitənin ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 26 may, AZƏRTAC
Narkotik vasitənin ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Astara Gömrük idarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından piyada yolla ölkəmizə gələn Azərbaycan Respublikası vətəndaşının üzərində aparılan şəxsi yoxlama zamanı zərurət yarandığından həmin şəxs tibbi müayinədən keçirilib. Yoxlama zamanı onun daxili orqanından - düz bağırsağından 3 ədəd bağlamada ümumi çəkisi 63,410 qram narkotik vasitə-heroin və 47,230 qram psixotrop maddə-metamfetamin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]