REGİONLAR
Naxçıvan MR Ali Məclisi tərəfindən ötən il ərzində 17 qərar, 9 qanun qəbul olunub
Naxçıvan, 9 yanvar, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi tərəfindən 2023-cü il ərzində 17 qərar, 9 qanun qəbul olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan MR Ali Məclisinin 1 fevral–31 may 2023-cü il tarixdəki yaz sessiyasında 2 plenar iclas, 3 komitə iclası keçirilib, 4 qanun qəbul olunub, 1 qanunda dəyişiklik edilib, 2 qanun ləğv edilib, 4 qərar qəbul olunub.
1 iyun–30 sentyabr 2023-cü il tarixdə baş tutan növbədənkənar sessiyada 1 plenar iclas, 2 komitə iclası keçirilib, 3 qanun qəbul olunub, 3 qanunda dəyişiklik edilib, 4 qərar qəbul olunub.
2 oktyabr–30 dekabr 2023-cü il tarixdə baş tutan payız sessiyasında 9 plenar iclas, 6 komitə iclası keçirilib, 2 qanun qəbul olunub, 3 qanunda dəyişiklik edilib, 9 qərar qəbul olunub.