Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası ilə uğurla yekun vurub

Naxçıvan, 26 yanvar, AZƏRTAC

Yanvarın 26-da Naxçıvan Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının 2021-ci ilin yekunları ilə bağlı tədbiri keçirilib.

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi idmana da böyük diqqət və qayğı ilə yanaşılır. Bu qayğıdan bəhrələnən idman federasiyalarından biri də Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasıdır. Ötən il ərzində iki şahmatçımız beynəlxalq titul qazanıb, bir şahmatçımızın adı isə Naxçıvan Muxtar Respublikasının Gənc İstedadlarının “Qızıl Kitabı”na salınıb. Bu, Naxçıvan şahmatının daim inkişafda olduğunun göstəricisidir. Ötən il Naxçıvan şahmatçıları ölkə və beynəlxalq turnirlərdə uğurla iştirak ediblər. Şahmat müəllimlərinin dərsləri tədris etməsi ilə yanaşı, kitablar yazması, tərcümə etməsi və istedadlı şahmatçılar hazırlamaları şahmatın muxtar respublikada kütləviliyinin, inkişafının göstəricisidir. Bu sahədə görülən işlər beynəlxalq şahmat ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir, nümunə kimi göstərilir.

Vurğulanıb ki, federasiya hər il yeni proqramlar hazırlayır, təklifləri dəyərləndirir, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edir. Təhsil Nazirliyi ilə birgə şahmatı tədris edən muxtar respublika müəllimlərinin sertifikasiyası keçirilir, onlarla görüşlər təşkil olunur. Bu da şahmatın inkişafına böyük təkandır. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə federasiya qarşılıqlı əlaqələr əsasında birgə çalışır, şəhər və rayonlarda yarışlar keçirilir. Rayon bölmələri daim öz fəaliyyətlərini gücləndirir. Əlavə olaraq il ərzində rayon və şəhər məktəblərində valideynlərlə, şahmatçılar və müəllimlərlə görüşlər keçirilir.

Qeyd edilib ki, Ali Məclis Sədrinin tapşırıqlarına, diqqət və qayğısına əsasən, bu il də Şahmat Federasiyası öz işini təqvim planına uyğun quracaq və şahmatın inkişafı üçün yaradılan şəraitdən səmərəli istifadə edəcək. Federasiya rəhbəri çıxışının sonunda göstərilən diqqət və qayğıya görə federasiyanın məşqçi və idmançıları adından minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov vurğulayıb ki, muxtar respublikada müasir şahmat infrastrukturu formalaşdırılıb. Rayon mərkəzlərində yeni şahmat məktəbləri, Naxçıvan şəhərində Şahmat Mərkəzi, ümumtəhsil məktəblərində şahmat sinifləri yaradılıb. Şahmat mərkəzi və məktəbləri 67 ən yeni müasir kompüter və 9 elektron lövhə, həmçinin şahmatla bağlı elektron tədris vəsaitləri ilə təchiz olunub. Eyni zamanda ümumtəhsil məktəblərində şahmat sinifləri 490 ayaqlı, 500 asma və 3910 stolüstü şahmat dəsti ilə təchiz edilib. 2019 və 2020-ci illərdə keçirilən sertifikasiyada şahmatı tədris edən və uğurlu nəticə göstərən 505 müəllimə ümumtəhsil məktəblərində şahmat fənnini tədris etməsinə icazə hüququ verən sertifikat verilib. Federasiyanın hazırladığı “Pillə-pillə”, “Debütdə buraxılmış səhvlərə aid 1000 oyun”, “Naxçıvan şahmat diyarıdır”, “Şahmat incilərini tapmaq” və “Həvəskardan ustaya qədər” kitabları ümumtəhsil məktəblərində şahmat fənninin yüksək səviyyədə tədris olunmasına öz töhfəsini verib. Uşaq-Gənclər Şahmat məktəbləri tərəfindən federasiya ilə birlikdə 132-si məktəbdaxili, 73-ü məktəblilərarası, 76-sı tempo yarışı, 93-ü rayon birinciliyi, 18-i muxtar respublika birinciliyi, 20-si Azərbaycanın rayonları arasında onlayn yoldaşlıq görüşü, 12-si Türkiyə və Pakistan şahmatçıları arasında onlayn yoldaşlıq görüşü, 2-si isə Beynəlxalq yarış səviyyəsində olmaqla, ümumilikdə, 426 şahmat yarışı keçirilib.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı çıxış edərək deyib ki, Ali Məclis Sədrinin rəhbərliyi altında muxtar respublikada idman və idmançılara dövlət qayğısı ən yüksək səviyyədədir. Naxçıvan idmanının maddi-texniki imkanları sayəsində yeniyetmə və gənclərin bu sahəyə marağı günü-gündən artmaqdadır. Nazirlik idmanın inkişafı və təbliğinə nail olmaq üçün muxtar respublikanın bütün idman federasiyaları ilə qarşılıqlı fəaliyyət göstərir və bu sahədə dövlət siyasətini həyata keçirir. 2021-ci il Naxçıvan şahmatı üçün uğurlu olub. Belə ki, Birinci “Naxçıvan Premium Turniri”ndə qazanılan etimad nəticəsində muxtar respublika ilk dəfə olaraq şahmat üzrə ölkə çempionatına ev sahibliyi edib. Naxçıvan zəka sahiblərinin titullu şahmatçılarla bir yarışda iştirak etməsi onlar üçün böyük təcrübə olmaqla yanaşı, gələcək nailiyyətlər üçün zəmin yaradıb. Bunun nəticəsidir ki, idmançılarımız Serbiyada keçirilən beynəlxalq turnirin qaliblərindən olub, 1 şahmatçımız Ruminiyada keçirilən Avropa çempionatında milli komandamızın heyətində çıxış edib və il sonunda FIDE ustası adına layiq görülüb. Naxçıvan şəhəri və bölgələrdə federasiyanın bölmə və qrupları fəaliyyət göstərir. Həmin bölmələrdə, ümumilikdə, 233 qrup üzrə 3106 uşaq, yeniyetmə və gənc idmanın bu növü ilə məşğul olur.

Sonra Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədr müavini Emin Hacıyevin hesabatı dinlənilib.

Sonda federasiyanın 2021-ci il üçün mükafat fondunda nəzərdə tutulan mükafatlar il ərzində yarışlarda yer tutan, titul qazanan şahmatçılar, onların müəllimləri və direktorlarına, göstərdikləri fəaliyyətə görə məktəblərə və onların müəllimlərinə təqdim olunub.

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hərbi Prokurorluqda qazilərlə görüş keçirilib

Rezidenturaya ikinci cəhd qəbul imtahanının nəticələri açıqlanıb: 436 nəfər müsabiqə şərtini ödəyib

Zəngilan Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumuna ev sahibliyi edir - YENİLƏNİB FOTO

Nüfuzlu “Əl Əhram” nəşrində Azərbaycan səfiri ilə müsahibə dərc edilib

Milli Məclisdə bələdiyyələrin statusu və onların fəaliyyətinə inzibati nəzarət haqqında qanunlarda dəyişikliklər müzakirə olunub

Rektor: Məzunlarımız ibadət ocaqlarında imam kimi fəaliyyət göstərirlər

DİM: Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 2274 namizədlə 4254 müsahibənin keçirilməsi planlaşdırılır

Mərkəzi Bank Dünya Bankı ilə Ölkə Tərəfdaşlıq Çərçivəsini müzakirə edib

Baş nazirin müavini: Qazaxıstan Orta Dəhlizin inkişafına töhfə verir

® “Birbank Biznes”də Sahibkarlığın İnkişafı Fondunun kreditindən yararlanma imkanı

FHN dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyini diqqətdə saxlayır

Berlində Azərbaycan Mədəniyyət Mərkəzində “Əlifba: A Cultural Alphabet” kitabının təqdimatı keçirilib

Aygün Əliyeva: Azad edilmiş ərazilərdə ilk dəfə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilir

“Azərbaycanın milli parklarının tanıtımı” tədbirində mindən artıq ziyarətçi iştirak edib

Professor İradə Hüseynovanın “Tarix. Zaman. Düşüncələr” çoxcildliyinin V cildi çapdan çıxıb

Yeni Daşkənd şəhərinin Baş planının detalları açıqlanıb

Musiqili Teatr iyul repertuarını açıqlayıb

Lənkəranda mənzildə 68 yaşlı qadın meyiti tapılıb

Viktor Orban Avropa Komissiyasının Prezidentini dəyişdirməyə çağırıb

İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub

“Təhsilalanların sosial media savadlılığının artırılması” layihəsi həyata keçirilib

Avro-2024: Kilian Mbappe Polşa ilə matçda oynaya bilər

Qida Təhlükəsizliyi Agentliyinin sədri Göyçayda vətəndaşları qəbul edib

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Bu günədək 400 min hektardan artıq sahədə taxıl biçini aparılıb – operativ məlumat

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barədə Prezidentin sorğusuna baxacaq

Azərbaycanı sevən Renato Formenti növbəti dəfə Ədəbiyyat Muzeyinin qonağı olub

“The Jerusalem Post”: Bakı Kommünikesi COP29 çərçivəsində kiçik ada dövlətləri ilə dialoqa çağırır

Zəngilanda “Azərbaycan QHT-ləri: nəticələr və hədəflər” adlı panel müzakirələrə başlanılıb

Əfqanıstanın şərqində torpaq sürüşməsi yeddi nəfərin həyatına son qoyub

“Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Dövlət qulluqçuları təltif edilib - SƏRƏNCAM

Qara və əlvan metal qırıntı və tullantıları ixracının tənzimlənməsi sahəsində əlavə tədbirlər və “Qara və əlvan metal qırıntı və tullantıları ixracının müvəqqəti dayandırılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 aprel tarixli 457 nömrəli Fərmanının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dövlət qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Dünya Bankı Misirə 700 milyon dollar maliyyə yardımı ayıracaq

Aİ-də bəzi Rusiya media resurslarına qarşı qadağalar sabah qüvvəyə minəcək

Bild: Almaniyanın hakim koalisiyası dağıla bilər

Tədqiqat: Qəhvə içmək hərəkətsizliklə bağlı ölüm riskini azalda bilər

Ötən il Londonda silahlı cinayətlərin sayı artıb

ABC nəşri: Fransızlar Makronu Romanı yandıran Neronla müqayisə edirlər

Əməliyyat zamanı həlak olan polis kapitanı torpağa tapşırılıb VİDEO

Yeni nəşr: “Böyük türkmanlar və türk dastan yaradıcılığı tarixinin Oğuznamə dövrü”

“Sabah” Xorvatiya millisinin sabiq futbolçusu ilə anlaşıb

Azərbaycanlı rəssam Başkortostanda etnik-bədii simpoziumda iştirak edəcək

Xankəndidə ECOLEAD layihəsinə dair anlaşma memorandumu imzalanıb

ANAMA: Ötən həftə ərzində 946 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolunu təsdiq edən dövlətlərin sayı artmaqdadır - ŞƏRH

Tural Əliyev: Layihəsi ilə praktikada əməli uyğun gəlməyən QHT-lərə heç bir güzəşt olunmayacaq

Nazirlik: 835 nəfər xaricdə təhsil üçün Dövlət Proqramına müraciət edib

Baş prokuror: Qondarma “qurum”un separatçı rəhbərləri barəsində cinayət işləri məhkəməyə göndəriləcək

ABŞ-ın Ayova ştatından quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

“Sabah” klubu üç basketbolçu ilə müqaviləni yeniləyib

Qabiliyyət imtahanlarında iştirak edəcək konsertmeysterlərin nəzərinə

Çində təkrar istifadə oluna bilən raketin sınağı keçirilib VİDEO

Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının iclasında əsassız varlanma mövzusu ətrafında müzakirələr aparılıb

Ərəb mediası Qərbi Azərbaycan həqiqətlərindən yazıb

Sabah paytaxtın iki prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

“Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə”nin yeni formada verilməsinə başlanılıb

Sabah bəzi Bakı ətrafı ərazilərdə yağış yağacağı ehtimalı var

Prorektor Mahirə Hüseynova: Məqsədimiz Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində ilk “Məzun günü”

Üçüncü “Baku Piano Festival” çərçivəsində istedadlı uşaqların konsertləri olub

Azərbaycan idmançıları reytinq turnirində iştirak edəcəklər

“Divanü lüğat-it-türk”ün 950 illiyi münasibətilə beynəlxalq elmi konfrans keçiriləcək

Media nümayəndələri musiqi və incəsənət məktəblərinə şagirdlərin qəbul imtahanını izləyiblər

Avro-2024: Oyun vaxtı huşunu itirən futbolçunun son durumu açıqlanıb

“Nərd oyunu” kitabı yenidən nəşr edilib

Xidməti vəzifələrini yerinə yetirərkən həlak olan polis əməkdaşları ilə vida mərasimi keçirilib

FHN: Ötən sutka ərzində 41 halda yanğına çıxış olub, 7 nəfəri xilas edilib

Nazir müavini: Azərbaycanda əmək müqavilələrinin sayında ciddi artım müşahidə edilir

Dilçilik İnstitutunun alimləri Bişkekdə beynəlxalq konfransda məruzə ediblər

Kənd təsərrüfatı naziri Astara, Lənkəran və Lerikdə təsərrüfatlara baxış keçirib, fermerlərlə görüşüb

“SpaceX” daha 20 internet peykini orbitə çıxarıb

Biləsuvarda gündə 1200-1300 hektar taxıl sahəsində biçin aparılır - məhsuldarlıq yüksəkdir REPORTAJ

Qazaxıstan Dağıstanda törədilən terror aktlarının araşdırılmasında Rusiyaya yardım təklif edib

Sədr: Qarabağın bərpası və yenidən qurulmasında iştirak edən şirkətlərə kreditlər güzəştli şərtlərlə verilir

Azərbaycan Ordusunun yaradılmasının 106 illiyinə həsr edilmiş “Dövlətin dayağı, Xalqın qüruru” adlı tədbir keçirilib

Nazir müavini: Beynəlxalq Valyuta Fondu Azərbaycanı dünyanın 7 ən cəlbedici investisiya ölkəsindən biri elan edib

Özbəkistan karbon qazı emissiyasının azaldılması üçün DB-dan maliyyə vəsaiti alan ilk ölkədir

Mütəxəssis: Yay aylarında dərinin su balansını qorumaq üçün daha çox maye qəbulu tövsiyə olunur

Viktor Orban: Son beş il Aİ tarixində ən uğursuz dövrdür

ADPU-nun “SABAH” magistraturasını seçmək üçün 1334 nəfər müsahibələrdə iştirak edib

Polşada “Azərbaycan və Polşanın 100 illik münasibətləri” mövzusunda tədbir keçirilib

İqlim dəyişikliyinə diqqət hazırda ən önəmli və təcili çağırışlardan biridir

Futbol üzrə Azərbaycan I və II Liqalarının start tarixi bəlli olub

Çin ABŞ-ın sərmayə məhdudiyyəti planına etirazını bildirib

Azərbaycan yığması “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında iştirak etmək üçün Rusiyanın Yakutsk şəhərinə gəlib

Premyer Liqada yeni mövsümün püşkatma mərasiminin vaxtı müəyyənləşib

Azərbaycan İlahiyyat İnstitutunda “Məzun günü” keçirilib

ANAMA-nın İdarə Heyətinin sədri: Ermənistanın verdiyi mina xəritələrinin yararlılıq səviyyəsi 25 faizi keçmir

Silahlı Qüvvələr Gününə həsr olunmuş ciu-citsu üzrə Açıq Bakı turniri keçirilib

Türkiyədə kriptovalyuta bazarına tələblər sərtləşdirilir

Azərbaycan klubunun avrokuboklardakı oyununun vaxtı dəyişdirilib

ADPU və Corc Vaşinqton Universiteti arasında niyyət bəyannaməsi imzalanıb

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketini qəbul edib

Rəvan Həsənov: Xaricdən Azərbaycana gəlib təhsil almaq istəyən gənclərə maneələr yaradılır

Konfrans Liqası: “Sumqayıt”ın Macarıstan klubu ilə ev oyununun stadionu bəlli olub

Xaçmazlı gənc dənizdə boğulub

Cənubi Koreyada akkumulyator zavodunda baş verən yanğın nəticəsində 20 nəfər ölüb

Rumıniyada süd zavodunun 4 işçisi çənə düşərək ölüb