Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvan Muxtar Respublikası son 20 ildə iqtisadi artımın templərinə görə rekordsmen bölgədir

Naxçıvan Muxtar Respublikası son 20 ildə iqtisadi artımın templərinə görə rekordsmen bölgədir

Naxçıvan, 12 may, AZƏRTAC

Böyük tarixi əhəmiyyətə malik 15-ci səfər

Naxçıvan Muxtar Respublikası ölkəmiz üçün, ümumilikdə, bütün Türk dünyası üçün çox böyük geostrateji əhəmiyyətə malik mühüm məkandır. Təsadüfi deyil ki, dahi şəxsiyyət Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasətində də bu amil həmişə üstün yer tutub, müdrik dövlət xadimi siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərində həmişə Naxçıvanın təhlükəsizliyinin möhkəmlənməsinə və dayanıqlı inkişafına xüsusi diqqət və qayğı göstərib. Azərbaycan Prezidenti İlham Əliyevin mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri də bu baxımdan böyük əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının səfər çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində səsləndirdiyi fikirlər bir daha onu göstərir ki, muxtar respublikanın inkişafının və təhlükəsizliyinin tam təmin edilməsi istiqamətində həyata keçiriləcək tədbirlər bundan sonra da uğurla davam etdiriləcək.

Səfərin ulu öndər Heydər Əliyevin doğum günündə reallaşması isə təsadüfi deyildi. Dövlətimizin başçısının vurğuladığı kimi: “Tarixi Zəfərdən sonra bu, atamın birinci doğum günüdür. Ona görə mən hesab etdim ki, ənənəvi olaraq onun məzarını ziyarət edəndən sonra onun Vətəninə - Naxçıvana gəlim. Hesab edirəm ki, bu səfərin çox böyük rəmzi mənası var. Qeyd etdiyim kimi mən 15-ci dəfədir ki, Naxçıvana gəlirəm. Amma ilk dəfə mayın 10-da Naxçıvandayam. Bu doğum günündə mütləq burada olmalıydım”.

Yeni obyektlərin açılışının gerçəkləşməsi dövlətimizin iqtisadi qüdrətinin göstəricisidir

Bu gün Naxçıvan sürətlə inkişaf edir. Dövlətimizin başçısının böyük diqqət və qayğısı, fədakar naxçıvanlıların gərgin zəhməti nəticəsində muxtar respublikanın kənd, qəsəbə və rayon mərkəzlərinin 90 faizə yaxını artıq ən yüksək səviyyədə yenidən qurulub, abadlaşdırılıb. Muxtar respublika sakinləri şəhərlərimizin, kəndlərimizin abadlaşdırılması, yeni-yeni gözoxşayan binaların, sosial obyektlərin inşa edilməsi istiqamətində görülən işləri Ulu Öndərimizin siyasi xəttinin bəhrələri kimi dəyərləndirir, daim bu siyasi xəttə sadiqlik nümayiş etdirirlər.

Azərbaycan Prezidentinin növbəti səfəri zamanı da çox böyük sosial-iqtisadi, hərbi önəmə sahib yeni obyektlərin açılışı oldu. Dövlətimizin başçısı Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında, Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında iştirak etdi. Ölkə rəhbəri, eləcə də “ASAN xidmət” mərkəzinin binasının tikintisi ilə tanış oldu, “Azərxalça” ASC-nin Naxçıvan filialının, Süni Mayalanma Mərkəzinin və Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının, Culfa-Ordubad magistral avtomobil yolunun açılışlarına qatıldı. Prezident Ordubad Su Elektrik Stansiyasının tikintisi, dəmir yolu stansiyasında aparılan yenidənqurma işləri ilə tanış oldu, “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışında iştirak etdi. Bütün bunlar muxtar respublikanın bu günü və gələcək inkişafı, təhlükəsizliyi üçün çox böyük əhəmiyyət kəsb edən obyektlərdir. Blokada vəziyyətində yaşayan Naxçıvanda həyata keçirilən kompleks quruculuq işləri Azərbaycan dövlətinin iqtisadi qüdrətini, inkişafını və tərəqqisini təcəssüm etdirir.

Dövlətimizin başçısı muxtar respublikada həyata keçirilən məqsədyönlü tədbirləri, kompleks quruculuq işlərini yüksək qiymətləndirərək deyib: “Naxçıvan sürətlə inkişaf edir. Bütün sahələr üzrə işlər müsbət istiqamətdə gedir. Bu gün bir neçə infrastruktur layihəsinin açılışında iştirak etmişəm, o cümlədən Ordubad şəhərində içməli su və kanalizasiya layihəsinin istifadəyə verilməsini qeyd etmişik. Yollarla, elektrik təchizatı, qazlaşdırma ilə bağlı - bütün istiqamətlər üzrə muxtar respublikada görülən işlər məni çox sevindirir. Təkcə onu demək kifayətdir ki, qazlaşdırmanın səviyyəsi artıq 100 faizə çatıb. Elektrik enerjisi ilə təchizat 100 faizə çatıb və Naxçıvanda çox böyük enerji potensialı yaradılıb. Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir.

Bütün şəhərlər artıq magistral yollarla bir-birinə bağlanıbdır və Naxçıvanda olan hər bir insan bunu görür. Yollar çox keyfiyyətlə tikilir, mən bu yolların açılışlarında iştirak etmişəm, bəzi yollar çoxdan istismara verilib, amma buna baxmayaraq keyfiyyət də yerindədir. İçməli su layihələri bütün şəhərləri əhatə edir. İndi üç şəhərdə bu layihələr icra ediləcək və beləliklə, bu məsələ də tamamilə öz həllini tapacaq”.

Naxçıvan özünün sosial-iqtisadi tərəqqi dövrünü yaşayır

Muxtar respublikada hər addımda milli maraq və mənafelərimiz uca tutulur, əhalinin sosial rifah halının daha da yüksəldilməsi, həyat şəraitinin yaxşılaşdırılması üçün işlər böyük əzmkarlıqla həyata keçirilir. Pozitiv meyillərlə səciyyələnən sosial-iqtisadi tərəqqinin əsas hərəkətverici qüvvəsi olan azad rəqabət, investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafının təşviqi üsullarından geniş istifadə olunması bu istiqamətdə yeni-yeni uğurlara yol açıb.

Ötən illər ərzində görülən işlərin nəticəsidir ki, muxtar respublikada fəaliyyəti bərpa edilmiş və ya yenidən qurulmuş istehsal müəssisələrində 127 növdə, 608 çeşiddə ərzaq, 257 növdə, 925 çeşiddə qeyri-ərzaq olmaqla, ümumilikdə 384 növdə, 1533 çeşiddə məhsul istehsal olunur. İstehsal edilən 108 növdə ərzaq, 242 növdə qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi idxaldan asılılığın ciddi şəkildə azaldılmasına, əhalinin tələbatının keyfiyyətli məhsullarla ödənilməsinə şərait yaradıb.

Muxtar respublikada 2000-ci ildən ötən dövr ərzində dövlət tərəfindən 1529 layihənin maliyyələşdirilməsinə 169 milyon manatdan çox güzəştli kreditlər ayrılıb. Həmin vəsait sənaye, xidmət və kənd təsərrüfatı təyinatlı müəssisələrin yaradılmasında istifadə olunub. Bu gün muxtar respublikada geniş profilə malik sahibkarlıq subyektlərinin fəaliyyət göstərməsi, iş yerlərinin açılması, ümumi daxili məhsul istehsalında özəl bölmənin payının artaraq 88 faizi ötməsi bu siyasətin real bəhrələridir. Belə ki, müstəqillik illərində muxtar respublikada yüksək texnologiyalar əsasında maşınqayırma, metallurgiya, kimya, mədənçıxarma, mebel, yüngül, yeyinti və kənd təsərrüfatı təyinatlı 1051 istehsal və xidmət sahəsinin yaradılmasına nail olunub.

Ümumi iqtisadi inkişafa təsir göstərən amillərdən biri də yüksəkkeyfiyyətli, beynəlxalq standartlara cavab verən yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılması, ixrac potensialının gücləndirilməsidir. Bu gün muxtar respublikada fəaliyyət göstərən 40-a yaxın ixrac potensiallı müəssisədə ixracyönümlü məhsullar istehsal edilir. ABŞ, Çin, BƏƏ, Rusiya, Türkiyə, İran, Ukrayna, Qazaxıstan, Türkmənistan kimi ölkələrə elektrik enerjisi, mineral sular, daş məhsulları, tikinti materialları, tütün məmulatları, mebel məhsulları ixrac olunur. Muxtar respublikada sahibkarlıq fəaliyyəti və ticarət üçün yaradılmış münbit şəraitin nəticəsi olaraq xarici ticarət əlaqələrinin coğrafiyası daha da genişlənib və 2009-cu ildən başlayaraq xarici ticarətdə müsbət saldo yaranıb. Daha bir islahat tədbiri isə 2016-cı ildən etibarən investisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi, sərmayə qoyuluşunun stimullaşdırılması məqsədilə sahibkarlara investisiya təşviqi sənədlərinin verilməsidir. Ümumilikdə, 2016-cı ildən etibarən 16 layihə üzrə 72 milyon 773 min 113 manat məbləğində investisiya təşviqi sənədi, 56 ixrac əməliyyatı üzrə isə 119 min 366 manat ixrac təşviqinin ödənilməsi həyata keçirilib.

Dövlətimizin başçısının mayın 10-da Azərbaycan Televiziyasına verdiyi müsahibəsində bu barədə deyib: “Sənaye potensialı inkişaf edir, artır. Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb. Kənd təsərrüfatı ilə bağlı görülmüş işlər nəticəsini verməkdədir. Bu gün Süni Mayalanma Mərkəzinin açılışında olduq. Bildirməliyəm ki, ölkəmizdə cəmi iki mərkəz var - biri Göygöldə, biri də Naxçıvanda. Əminəm ki, bu mərkəzin fəaliyyəti nəticəsində yaxın 4-5 ildən sonra Naxçıvanda südçülük sahəsində artıq bütün işlər tamamlanmış olacaq və Naxçıvan özünü necə ki, digər əsas ərzaq məhsulları ilə təmin edir, südlə də təmin edəcəkdir. Yəni, bütün bunlar inkişafın təzahürüdür...

...Bir sözlə, muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”.

Zəngəzur dəhlizinin açılması Naxçıvanın inkişafına

əsaslı töhfə verəcək

Böyük Qələbənin memarı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Naxçıvan Muxtar Respublikasının blokadadan azad edilməsi istiqamətində çox önəmli və tarixi bir məsələnin həllini təmin edərək, ötən il noyabrın 10-da imzalanmış birgə Bəyanata qədim diyarla bağlı xüsusi bir maddəni - 9-cu bəndi salmaqla önümüzdəki illərdə muxtar respublikanın beynəlxalq nəqliyyat dəhlizinə çevrilməsinə yol açdı. Zəngilandan Naxçıvana dəmir yolu xəttinin və avtomobil magistrallarının tikintisi muxtar respublikada transmilli nəqliyyat proqramlarının və layihələrinin reallaşdırılmasına şərait yaradacaqdır ki, bu da qədim diyarın geostrateji əhəmiyyətini daha da artıqmaqla yanaşı, bir sıra mühüm məsələlərdə böyük nailiyyətlər qazanmağa şərait yaradacaqdır. Bütün bunlar Ali Baş Komandanımızın dəmir iradə nümayiş etdirməsinin nəticəsidir.

Bir sıra ekspertlərin də vurğuladığı kimi, Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan həm də bizim üçün Avropaya qapı, Türk dünyası üçün isə ümid bağına çevriləcək. Bütün maneə cəhdlərinə baxmayaraq, Zəngilan-Ordubad dəmir yolu xətti və bütövlükdə, Zəngəzur dəhlizinin açılması üçün real zəmin formalaşıb. Məhz bunu əsas gətirən siyasətçilərin fikrincə, ən yaxın vaxtlarda Zəngilanı Naxçıvanla birləşdirəcək 40 kilometrlik Zəngəzur dəhlizi mütləq açılacaq. Ölkə rəhbərinin dediyi kimi, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Ermənistanın revanşist əhval-ruhiyyəli davranış tərzi isə yalnız Ermənistanın özünə ziyan verəcək. Ali Baş Komandanımızın da qeyd etdiyi kimi, “Azərbaycanın “dəmir yumruğ”u hər zaman onların başı üzərindədir və hər an düşməni əzməyə hazırdır”.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Niger uran və neft yataqlarını qorumaq üçün ordusunu 100 minə çatdıracaq

Türkiyədə 4,4 bal gücündə zələzələ olub

Firəngiz Əlizadə “Üzbəüz” layihəsinin qonağı olub

Avro-2024: İngiltərə Serbiyanı minimal hesabla məğlub edib

MDU-da “Azərbaycanın COP29-a sədirliyi qlobal şimal və cənub arasında körpüdür” mövzusunda dəyirmi masa keçirilib

"Nero" rəqs studiyasının hesabat konserti keçirilib

Yaşar Gülər: Türkiyə beynəlxalq danışıqlar üzrə proseslərin əvəzolunmaz memarıdır

Avro-2024: Danimarka qələbə hesabını qoruya bilməyib

İsveçdə həmvətənlərimizə səyyar konsulluq xidməti göstərilib

Azərbaycan Paris Olimpiadasına növbəti lisenziyanı qazanıb VİDEO

Gürcüstanda bir gündə 3 zəlzələ baş verib

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç qızıl medal qazanıb

"Zəngəzur sənətkarlığı" adlı layihə üzrə iş davam edir

"Sabah"ın yay hazırlıq planı bəlli olub

Texasda tədbir zamanı atışmada 2 nəfər ölüb

ABŞ-da İkinci Dünya müharibəsi dövrünə aid təyyarə qəza törədib, 2 nəfər ölüb

ABŞ Dövlət katibi müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Avro-2024: Niderland Polşaya qalib gəlib

Baş katib: Ümid edirik Azərbaycan 2026-cı ildə də dünya çempionatına ev sahibliyi edəcək

Çin tarixinin ən görkəmli hərb strateqi Su Cının muzey kompleksi - FOTOSESSİYA VİDEO

BÇF-nin prezidenti: Dünya çempionatında bütün komandalar layiqincə mübarizə apardılar

“Avrora Qrup” aztəminatlı ailələrə bayram sovqatı çatdırıb

Türkiyədə Qurban bayramı: Antalya aeroportu dəqiqədə bir təyyarə qəbul edir

Azərbaycan millisi ardıcıl ikinci dəfə çövkən üzrə dünya çempionatının qalibi olub

Hərbi Nəşriyyatın 30-cu ildönümü qeyd edilib VİDEO

Azərbaycan Ağsaqqallar Şurası aztəminatlı ailələrə qurban payları təqdim edib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Luanda şəhərində sərgi açılıb VİDEO

“İstəyirik ətraf gözəlliklə dolu olsun” – Qusarda tingçilik təsərrüfatından VİDEOREPORTAJ FOTO

Xalq yazıçısı Anarın əsəri Türkiyə radiosunda səsləndirilib

Gəncədə Bəstəkarlar İttifaqının səyyar plenumu işinə başlayıb

Azərbaycan Ordusunda Qurban bayramı münasibətilə tədbirlər təşkil olunub

Türkiyədə qaz hasilatı il ərzində iki dəfədən çox artıb

MN: Hərbi hissələrdə Qurban bayramı mərasimləri qapalı şəkildə keçirilir

Altı əsrdən sonra nəşinin yeri dəyişdirilən sufi aliminin qəbri Lənkərandadır VİDEO

Şuşa sakini: Çox xoşbəxtik ki, Qurban bayramını doğma yurdumuzda qeyd edirik

Bakıda çövkən üzrə dünya çempionatının bağlanış mərasimi olub

Qurban bayramı ilə əlaqədar heyvanların satışı və kəsimi həyata keçirilir

Ağalı sakinlərinin qurbanlarını kəsməsi üçün kənddə səyyar çadır məntəqəsi qurulub VİDEO

Ağdamda şəhid və aztəminatlı ailələrə Qurban sovqatı paylanıb

Rostovdakı istintaq təcridxanasının iki əməkdaşını girov götürən məhkumlar məhv edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

COP29 Təşkilat Komitəsinin üzvləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar

Saatlıda Qurban bayramı münasibətilə şəhid ailələrinə, eləcə də aztəminatlı ailələrə bayram sovqatları paylanılıb

Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı münasibətilə Gürcüstanda xeyriyyə aksiyası keçirib

Naxçıvanda 8 ünvanda qurbanlıq heyvan kəsimi və satışı təşkil olunub

Sabaha dağlıq və dağətəyi rayonlarda yağıntılar intensiv olacaq, dolu düşəcək

Dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığı xarici portallarda

Biləsuvarda yol qəzası baş verib, xəsarət alanlar var

FHN: Sumqayıt şəhəri ərazisində sursat aşkar edilib VİDEO

Şuşalılar Qurban bayramını 32 ildən sonra doğma yurdlarında qeyd ediblər VİDEO

Bayramlarla əlaqədar bölgələrə axın müşahidə edilir

Bayramla bağlı 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir

Zəngilanda Bayram namazı qılınıb

Avro-2024: Niderland və İngiltərə millisi mübarizəyə başlayır

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

Naxçıvan istiqamətində yerləşən mövqelərimiz növbəti dəfə atəşə tutulub VİDEO

İllər sonra Füzuli şəhər sakinləri qurbanlarını doğma yurdda kəsirlər VİDEO

Ulu Öndərin 101 illiyi münasibətilə keçirilən minifutbol çempionatına yekun vurulub

Təzəpir məscidinin imamı: Mağazalarda qurban əti adı altında heyvan kəsilib satılması şəriətə uyğun deyil və Qurban əti sayılmır VİDEO

İmam: Qurban kəsmək müsəlmanlar üçün vacib əməllərdən biridir VİDEO

Mingəçevirdə 10 nəfərin xəsarət alması faktı üzrə araşdırma aparılır

Azərbaycanın ilk Xalq artisti - Hacıağa Abbasov

Şuşada bayram namazı qılınıb VİDEO

Bakıda Qurban bayramı namazı qılınıb VİDEO

GUAM ölkələri nəqliyyat kommunikasiyaları sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

Vətən müharibəsindən sonra 473 hərbçi 566 ədəd yüksək texnologiyalı protezlə təmin edilib

Qurban bayramı: Səxavət, halallıq və həmrəylik rəmzi

® “Rabitəbank” Qurban bayramı ərəfəsində şəhid və qazi ailələrinə dəstək olub

Samuxda yabanı halda bitən 3 tondan çox çətənə məhv edilib

ABŞ-da atışma olub, 9 nəfər yaralanıb

Sunak: Ukraynada sülh Kiyev üçün məqbul şərtlərlə bərqərar edilməlidir

Tramp: ABŞ üçüncü dünya müharibəsi riskindən xilas olmalıdır

Ahıl şəxslər üçün “Fiziki aktivliyin yaşı yoxdur" adlı tədbir təşkil edilib

TDT: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru

15 iyun tariximizin ən parlaq səhifələrindən biridir

“Avro 2024”: Son çempion turnirə qələbə ilə başlayıb

Qazaxıstan Almaniyaya bir milyon tondan çox neft tədarük edəcək

Londonda Kral Çarlzın rəsmi doğum günü keçirilib

Avropa çempionatları tarixində ən erkən qol vurulub

Milli Qurtuluş Günündə Şirvanda “Xilaskar” filmi nümayiş olunub

Şimali Kipr Prezidenti Ersin Tatar əlamətdar günlər münasibətilə Azərbaycanı təbrik edib

“Vəhdəti-vücud” günü

Ermənistanda Daşnaksütyun partiyasının 20-yə yaxın üzvü saxlanılıb

“Avro 2024”: İspaniya Xorvatiyaya üç cavabsız qolla qalib gəlib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Şuşa Bəyannaməsi bu müdrik kəlamların həyatiliyinin təsdiqidir – ŞƏRH

Prezident İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib

Azərbaycanda yay turizm mövsümünə start verilib

BDU kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Ulu Öndər Heydər Əliyev həyatının böyük hissəsində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb - ŞƏRH

“Qəbələ” klubu fransalı yarımmüdafiəçi ilə vidalaşıb

Türkiyənin Sabancı Universitetinin nümayəndə heyəti SOCAR-da olub

Tbilisidə “Qafqaz evi” ideyası: sülh və təhlükəsizlik” layihəsi çərçivəsində dəyirmi masa keçirilib

“Zirə” braziliyalı hücumçu ilə müqavilə imzalayıb

Fransada fermerler yenidən nümayişə çıxacaqlarını bəyan ediblər

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını təbrik edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd olunub

ŞKTR parlamentinin spikeri Heydər Əliyevin Azərbaycanın xilasında tarixi rolunu vurğulayıb

Türkiyəli ekspert: Bakı ilə Ankaranın birliyi Türk dünyasının həmrəyliyinin stimuludur VİDEO