Fransada fermerler yenidən nümayişə çıxacaqlarını bəyan ediblər
Paris, 15 iyun, AZƏRTAC
Fransada kənd təsərrüfatı işçiləri iyunun 17-də yenidən etiraz nümayişinə çıxmağı planlaşdırırlar.
AZƏRTAC xəbər verir ki, ilin əvvəlində fermerlərin qəzəbinin alovlandığı vaxtda Baş nazir Qabriel Attal ümumi kənd təsərrüfatı siyasəti (PAC) ilə bağlı bütün yardımların martın 15-dək ödəniləcəyinə “təntənəli şəkildə” zəmanət verərək, gərginliyi azaltmağa nail oldu. Bir neçə həftədən sonra Kənd Təsərrüfatı Nazirliyi bu yardımların ödənilməsinin iyunun 15-dək veriləcəyini bildirdi. Ancaq minlərlə təsərrüfat ödənişi gözləsə də, vəziyyət hələ də həllini tapmayıb.
2023-cü ildə ödənilməli olan yardımlar hələ də verilməyib. Bundan qəzəblənən fermerlər onsuz da siyasi cəhətdən sarsılmış ölkədə iyunun 17-də yenidən etiraz nümayişinə çıxacaqları ilə bağlı xəbərdarlıq ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]
Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
- 16.06.2026 [12:08]
Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib
- 16.06.2026 [12:03]