Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ulu Öndər Heydər Əliyev həyatının böyük hissəsində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb - ŞƏRH

Ulu Öndər Heydər Əliyev həyatının böyük hissəsində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb -  ŞƏRH

Bakı, 15 iyun, AZƏRTAC

Milli müstəqilliyini 1991-ci ildə bərpa etmiş, lakin işğala, parçalanmaya, iqtisadi təlatümlərə, dövlət idarəçiliyində anarxiyaya məruz qalmış Azərbaycan xalqı bütün bunlardan azad olmağın yolunu böyük idarəçilik təcrübəsinə və liderlik qabiliyyətinə sahib Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında görürdü. Xalqın təkidli çağırışı ilə 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə gəlməklə Heydər Əliyev milli qurtuluşun əsasını qoydu. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtmaqla o vaxtadək mövcud olan problemlərdən bizi qurtarmadı, həm də bugünkü uğurumuzun, qalibiyyətimizin əsasını qoydu. O, həyatının böyük hissəsində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin çətin sınaqlarından çıxarıb, müasir Azərbaycanı, onun həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaradıb. Bu illər ərzində Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni, hərbi quruculuq və digər sahələrdəki dirçəlişi Ulu Öndərin adı ilə bağlıdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə söyləyib.

Politoloq bildirib ki, Azərbaycan xalqının iradəsi ilə ölkə rəhbərliyinə qayıdaraq müstəqil ölkəmizi, xalqımızı, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürməsi Ümummilli Liderin özünün dediyi kimi, “ömrünün qalan hissəsini xalqına bağışlaması” idi.

Ulu Öndər Heydər Əliyevin müstəqillik dövründə həyata keçirdiyi siyasət XX əsrin 60-cı illərinin sonundan başlayaraq əsasını qoyduğu idarəetmə fəlsəfəsinin davamı idi. Həmin idarəetmə fəlsəfəsinin başlıca məqsədi və ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin gücləndirilməsi, milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının müəyyənləşdirilərək həyata keçirilməsi idi. Ümummilli Lider tərəfindən təməli həmin dövrdə qoyulmuş azərbaycançılıq ideologiyası günümüzdə müasir Azərbaycanın dünyada yerinin müəyyən olunması, milli dövlətçiliyimizin formalaşması və dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdı.

"Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi ilə müstəqilliyimiz inkişaf edərək məhz onun sayəsində əbədi və dönməz xarakter aldı. Ulu Öndərin 1969-1982-ci illərdə hakimiyyətdə olduğu zaman milli kadrların hazırlanması istiqamətində qətiyyətli addımlar atması, hər il yüzlərlə gənci hərbi və digər mühüm sahələrdə təhsil almaq üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərməsi müstəqil Azərbaycanın kadr potensialının formalaşdırılmasında mühüm rol oynadı.

Totalitar sovet rejiminin hökm sürdüyü 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasının qəbulu və orada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi Ümummilli Liderin müstəsna xidmətlərindəndir. Həmin zaman imperiya siyasətinin tələbləri ilə tam ziddiyyət təşkil edən xalqın mənəvi sərvətinin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün hüquqi əsasların yaradılması cəsarətli addım idi.

SSRİ rəhbərliyinin 1990-cı ildə Bakıya ordunun yeridilməsi haqqında qərarına və qanlı faciənin törədilməsinə ilk etirazı Heydər Əliyev bildirmişdi. Ulu Öndərin faciədən bir gün sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək xalqımızın kədərinin bölüşməsi və sovet hakimiyyətinin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi o dövrdə xalqımıza bir dəstək, bir təsəlli oldu.

Ümummilli Liderin Naxçıvana rəhbərlik etdiyi 1991-1993-cü illərdə respublikamızın müstəqilliyi yolunda mühüm qərarlar verildi. Muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarıldı, üçrəngli bayrağımız ilk dəfə Naxçıvanda Dövlət bayrağı kimi qəbul edildi, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qəbul olundu, 20 yanvar faciəsinə siyasi qiymət verildi və SSRİ-nin saxlanılması barədə referendumdan imtina edildi”,- deyə Y.Hacızadə vurğulayıb.

Politoloq qeyd edib ki, “Siyasət mümkün olanı etmək deyil, mümkünsüzü bacarmaqdır” kəlamındakı kimi, Heydər Əliyev Azərbaycanın qurulması, gələcək inkişafı üçün mümkünsüz görünən hər şeyi etdi. Fransız mütəfəkkiri Volterin “dövləti xilas etmək üçün bir dahi insan kifayətdir” sözləri də Ulu Öndərin timsalında özünü doğrultmuş oldu. Ona görə Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması heç də təsadüfi deyil.

Diqqətə çatdırılın ki, Ümummilli Lider böyük azərbaycanlıdır. Onun azərbaycançılıq nəzəriyyəsi bu gün vahidliyimizi təmin edir. Ölkəmizdə bütün millətlərin, etnik qrupların sülh içində yaşamasını formalaşdırdı. Ulu Öndər Heydər Əliyevin vəsiyyəti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən layiqincə, şərəflə, inkişaf etdirilməklə həyata keçirilir. Ümummilli Liderin vəsiyyəti Azərbaycan dövlətinin siyasi konsepsiyasının əsasını təşkil edir.

Ulu Öndərin təməlini qoyduğu Azərbaycan diplomatiyası, iqtisadiyyatı, hərb sahəsi bu gün inkişaf dövrünü yaşayır. Dünyanın gərgin, münaqişələrlə dolu dövrünü yaşadığımız bu günlərdə sabit ictimai-siyasi şərait, inkişaf edən iqtisadiyyat, güclü, ölkənin ərazi bütövlüyünü təmin edə bilən ordu dahi şəxsiyyətin əzminin, iradəsinin, uzaqgörənliyinin nəticələridir.

Çoxvektorlu, tarazlaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursunun qanunauyğun nəticəsi kimi Azərbaycanın beynəlxalq mövqeyi gündən-günə möhkəmlənir. Cənubi Qafqazın lider dövləti olan ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Dövlətimizin moderatorluğu və təşəbbüsü ilə strateji əhəmiyyətli layihələr reallaşdırılıb və bu siyasət davam edir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır, nəqliyyat–kommunikasiya xəritəsini yenidən formalaşdırır. Yəni, ölkəmiz regional və beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa çox mühüm töhfələr verir. Bir neçə il bundan əvvələ kimi öz təhlükəsizliyinin, ərazi bütövlüyünün təmin olunmasına çalışan Azərbaycan bu gün Cənubi Qafqazın, Mərkəzi Asiyanın, Avropanın hərbi, enerji və iqtisadi təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir.

“Əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün bizi bir çox ölkələrdən fərqləndirən ən mühüm və səciyyəvi keyfiyyətlərdən biri müstəqil siyasətin həyata keçirilməsidir. Azərbaycanın xarici siyasəti həm müstəqil xarakter daşıyır, həm də beynəlxalq hüquq normalarına və prinsiplərinə söykənir, ikitərəfli və çoxtərəfli münasibətlərin ruhuna – mahiyyətinə əsaslanır. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, “biz güclü, qüdrətli dövlət qura bilmişik”. Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan ölkədir. Bizim sözümüz imzamızdır. Bu gün dünya xəritəsində belə ölkələrin sayı o qədər də çox deyil. Xüsusilə biz ərazisi, əhalisi o qədər də böyük olmayan ölkələrə fikir versək, görərik ki, müstəqil siyasət aparmaq iqtidarında olan ölkələr o qədər də çox deyil. Biz tam müstəqil siyasət aparırıq. Bizim siyasət milli maraqlar üzərində qurulub. Azərbaycan xalqının maraqları bizim siyasətimizin mənbəyidir, onun əsasıdır. Kənardan siyasətimizə təsir etmə imkanları sıfıra bərabərdir. Bunu yaxın tarix göstərib. Bizim siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir və müdafiə olunur. Xalq–iqtidar vəhdəti bizim uğurlarımızın əsas səbəbidir”, - deyə politoloq əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır