RƏSMİ XRONİKA
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ ALİ MƏHKƏMƏSİNİN SƏDR MÜAVİNİNİN, KOLLEGİYA SƏDRLƏRİNİN VƏ BƏZİ MƏHKƏMƏLƏRİNİN SƏDRLƏRİNİN TƏYİN EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin sədr müavini, kollegiya sədrləri və məhkəmə sədrləri vəzifələrinə aşağıdakı hakimlər təyin edilsinlər:
Cəfərov İlham Məmməd oğlu - Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədr müavini
Nəsibov Hafiz Qənbər oğlu - Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Hərbi Məhkəmələrin İşləri üzrə Məhkəmə Kollegiyasının sədri
Nəbiyev Hüseyn Əmir oğlu - Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə dair İşlər üzrə Məhkəmə Kollegiyasının sədri
Cəfərov Mahmud Məhəmməd oğlu - Ağır Cinayətlərə Dair İşlər üzrə Naxçıvan Muxtar Respublikası Məhkəməsinin sədri
Əliyev Qasım Vəli oğlu - Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri
2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 iyul 2007-ci il.