REGİONLAR
Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalı artmışdır
Naxçıvan, 26 noyabr (AZƏRTAC). Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında (MR) 280 milyon 719 min 200 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricini 7,1 faiz üstələmişdir.
Naxçıvan MR Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, yanvar-oktyabr aylarında muxtar respublikada 15,9 min ton ət (diri çəkidə), 72,5 min ton süd istehsal edilmişdir. Həmin dövrdə muxtar respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlar, fiziki şəxslər tərəfindən xarici dövlətlərlə aparılan ticarət əməliyyatları nəticəsində 387 milyon Amerika Birləşmiş Ştatları dollarından artıq xarici ticarət dövriyyəsi yaranmışdır.
İxracın həcmi isə son bir il ərzində 5 faiz artaraq 287 milyon 820 min ABŞ dollarından çox olmuş və xarici ticarət üzrə 188 milyon 623 min dollardan ibarət müsbət saldo yaranmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]